Özünüzü yorğun və halsız hiss edirsinizsə... – DİQQƏT

Özünüzü yorğun və halsız hiss edirsinizsə... – DİQQƏTSon vaxtlar özünüzü heç bir səbəb olmadığı halda yorğun, halsız, əsəbi, yuxusuz və stressli hiss edirsiniz? Bəlkə də sizdə maqnezium çatışmazlığı var.
Qadınsaytı.az maqnezium çatışmazlığının əlamətlərini və orqanizmi maqneziumla təmin etməyin yollarını araşdırıb:
Maqnezium orqanizm üçün ən önəmli minerallardan biridir. Əzələ və sinir sistemi fəaliyyəti üçün əvəzedilməzdir. Damarların elastikliyində və qan təzyiqinin stabilləşməsində mühüm rol oynayır. Həmçinin, hüceyrələrin yenilənməsi və böyüməsi üçün, həmçinin sümük və dişlərin möhkəmlənməsində kalsium önəmli yer tutur.
Maqnezium çatışmazlığı zamanı orqanizm aşağıdakı siqnalları verir:
- Halsızlıq və yorğunluq
- Ürək döyüntülərinin artması
- Başın hərlənməsi
- Tez özündən çıxma.
- Yuxusuzluq
- Xolesterinin yüksəlməsi
- Böyrək daşı və ya sidik yollarında qum və daş.
- Mensturasiya zamanı şiddətli ağrılar.
Mütəxəssislər bildirirlər ki, bəzi vərdişlər orqanizmdəki maqneziumun azalmasına səbəb olur.
Hamamda və saunada çox vaxt keçirmək, tərkibində yod olan dərmanlardan istifadə etmək, idmanla həddən çox məşğul olmaq maqneziumun səviyyəsinin düşməsinə gətirib çıxarır. Çünki tərlə birlikdə orqanizmdən külli miqdarda maqnezium da atılır.
Həmçinin, qara çay, qəhvə və spirtli içkilər də maqnezium düşmənidir. Duzdan çox istifadə edənlər və yalnız zülalla zəngin ərzaqlarla qidalananlar da maqnezium çatışmazlığı ilə üzləşə bilərlər.
Bəs, orqanizmi maqneziumla təmin etmək üçün hansı tədbirləri görmək lazımdır?
Çərəzlərin bir çoxu - badam, qoz, fındıq, fıstıq, kaju, qabaq tumu maqneziumla zəngindir. Mərci, noxud, quru lobya, bütöv dənli taxıllar, buğda kəpəyi, göyərtilər, banan, çiyələk, moruq, qarpız, qovun, xurma, əncir, şokolad və kakaoda da maqnezium var.
Bir çox ədviyyatlar da maqnezium ehtiva edir. Bunlardan ən faydalıları kəklikotu, qurudulmuş şüyüd, kərəviz toxumu, adaçayı, qurudulmuş xardal, razyana toxumu, xaşxaşdır.
Bu qidalardan istifadə edərək maqnezium çatışmazlığının qarşısını ala bilərsiniz//Publika.az

Xəbərlər     Baxılıb: 1714   Tarix: 08 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

qaşların formalari aksessuarlar toy makiyaji sekilleri qadınlar və kişilər azerbaycan haqqinda qəlyanaltılar qısa saç düzümləri kosmetika namiq qaraçuxurlu seksi bürclər novruz bayramı haxışta naz mila