Paket çaylarla bağlı qorxunc xəbərdarlıq – "Xərçəngə səbəb olur

Paket çaylarla bağlı qorxunc xəbərdarlıq – İndiki insanlar rahatlıq və operativlik üçün paketlənmiş qida məhsullarından daha çox istifadə edirlər. Halbuki, paketlənmiş məhsulların çoxu insan sağlamlığı üçün ciddi təhdidlər yaradır. 
Alimlər müəyyən ediblər ki, insan orqanizminə tədricən və çox ağır şəkildə təsir göstərən məhsullardan biri də paket çaylardır. Bu çayların paketi qaynar suda dağılmasın deyə epiklorohidrin maddəsindən hazırlanır. Hansı ki, bu maddədən həşaratlara qarşı hazırlanan dərmanlarda daha çox istifadə edilir. 
Epiklorohidrinlər qaynar isti su ilə reaksiyaya girəndə qorxunc xəstəliklərin yaradıcısına çevrilir.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı bizim.media-ya danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, indiki dönəmdə insanlar rahatlıq üşün paket çaylardan daha çox istifadə edirlər:
"Halbuki, bu çayların insan orqanizminə çox ciddi ziyanları var. Ən böyük ziyan məhz paketin özüdür. Bu paketlərin hazırlanmasında plastik materialdan istifadə olunur. Həmin material da isti su ilə reaksiyaya girərək nano hissəcik şəklində suya yayılır. Çayı içəndə də ziyanlı maddələr orqanizmimizə daxil olur. Hər gün paket çaylardan istifadə edən insanlarda tədricən ürək-damar sistemində tıxanıqlıq yaranır. Bu da bir çox hallarda ürəyin dayanmasına belə səbəb ola bilir".
"Xərçəng xəstəliyinə səbəb olur"
Məhsəti Hüseynova onu da qeyd edib ki, paket çayların digər ziyanı onun hazırlanmasında istifadə edilən kimyəvi maddələrdir:
"Nəzərə alaq ki, paketdəki çayların kiflənməməsi və ətir verməsi üçün müxtəlif kimyəvi maddələrdən istifadə edilir. Bu maddələr insan orqanizmində çox ciddi fəsadlar yaradır və hətta xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Çünki paket çaylarının hazırlanmasında fərqli-fərqli kimyəvi aromizatorlardan və sintetik mənşəli boyalardan istfadə edilir. 
Təsadüfi deyil ki, paket çayı dəmləməyə ehtiyac qalmır. Paketi suya salan kimi rəng dəyişir. Bu da insanlarda mədə-bağırsaq problemlərinin yaranmasına gətirib çıxarır.
Bu da immun sistemini pozur. Kimyəvi maddələr bir çox hallarda həzm sistemində bədxassəli şişlərin yaranmasına səbəb olur. 
Yeniyetmə yaşlarında bu çaydan çox istifadə edənlərdə hormonal pozuntular, orta və yaşlı nəsillərdə isə yaddaş zəifliyi ortaya çıxır. Yaxşı olar ki, açıq çaylardan daha çox istifadə edilsin".
Milli.Az

Xəbərlər     Baxılıb: 1837   Tarix: 03 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

gözəllik məhsulları toy gecesi geyim şəkilləri seks haqqinda körpə və ona qulluq xina ucun hakistalar hamiləliyə hazırlıq kosmetika burcler haqqinda veten haqqinda atalar sozu mekteb tapmaca sanamalar