Paltarlardakı müxtəlif ləkələrdən xilas olmaq

Paltarlardakı müxtəlif ləkələrdən xilas olmaqPaltarlardakı müxtəlif ləkələrdən xilas olmaq

Yağ ləkəsi

Bəzən adi yağ ləkələri yuyulduqdan sonra yox olur. Əksər hallarda isə onları yumaqla təmizləmək mümkün olmur. Buna görə də paltarı yumazdan əvvəl ləkəni təmizləmək lazımdır. Ləkə düşən kimi onun üzərinə ya narın duz, ya təbaşir tozu, ya da diş tozu səpmək lazımdır. Bu maddələr yağı yavaş-yavaş özünə hopdurur - buna görə də ləkənin dərhal yox olmasını gözləməyin, bunun üçün bir neçə saat vaxt lazımdır. Əgər uzun müddət gözləmək imkanınız yoxdursa, paltarın ləkə düşən hissəsinə həm altdan, həm də üstdən "prisipka", yaxud diş tozu səpin, hər iki tərəfi siqaret kağızı və ya suçəkən kağızla örtün və qaynar ütü ilə ütüləyin. Əgər ləkə çox böyükdürsə, tozu və kağızı bir neçə dəfə təzələyin. Paltardakı yağ ləkəsi köhnədirsə, onu benzinlə isladıb bir-iki saat gözlədikdən sonra hər iki tərəfdən kağız qoyub qaynar ütü ilə ütüləmək lazımdır. Əgər ləkəni bu üsulla təmizləyə bilmirsinizsə, onda skipidar, benzin, yaxud asetondan istifadə etmək lazımdır. Parçanın ləkəli hissəsinə altdan suçəkən kağız qoyun, sadalanan maddələrin birində isladılmış pambıqla ləkəni kənarlardan ortaya doğru silin. Kağız və pambıq çirkləndikcə təzəsi ilə əvəz olunmalıdır. Bundan sonra paltarı yuyun. Yuyulmaq üçün nəzərdə tutulmayan paltarı ləkənin yeri quruduqdan sonra ütüləməklə kifayətlənmək olar.

Yağlı boya ləkəsi

İstənilən növ parçadan olan paltara düşən yağlı boya ləkəsini benzin və aseton qarışığı ilə təmizləmək olar. Parça və yaxud pambığı bu qarışıqda isladıb ləkə düşən hissəni təmizləyin. Hərəkətin ancaq bir istiqamətdə olmasına diqqət yetirin. Əgər ləkə təzədirsə, onu əvvəlcə asetonla islatmaq, sonra benzinlə silmək lazımdır. Ləkəni təmiz kerosinə batırılmış pambıqla da təmizləyə bilərsiniz. Sonra bu hissəni naşatır spirti ilə yenidən sürtün. Əgər ləkə köhnədirsə, onu təmizləmək daha çox vaxt aparar. Qurumuş ləkənin üzərinə əvvəlcə kərə yağı çəkin. Bir neçə dəqiqə gözlədikdən sonra yumşalmış ləkəni benzinlə silin. Bir-iki saatdan sonra ləkənin yerini təmiz yuyucu soda ilə silin. Adətən, bu proseslərdən sonra ləkə itir. Ləkənin tam təmizləndiyinə əmin olduqdan sonra paltarı adi qayda ilə yuyun.

Pas ləkəsi

Burda adi yuyulma heç cür kömək edə bilməz. Pas ləkəsini təmizləmək üçün sizə üzvi turşulardan istifadə etmək lazım gələcək. Bunun üçün oksalat turşusu, yaxud limon turşusu ilə sirkənin qarışığı yararlıdır. İstifadə edəcəyiniz turşunun dərəcəsi ləkənin intensivliyindən asılıdır. Adətən, bu məhlulu hazırlamaq üçün bir stəkan suya 2 qramdan 20 qrama qədər turşu əlavə etmək lazımdır. Məhlul saxsı və ya farfordan olan qabda hazırlanmalıdır. Hazır məhlulu isitdikdən sonra parçanın ləkəli hissəsini çox qısa müddətə onun içinə salın. Sonra isə bol su ilə yaxalayın. Əgər ləkə tam təmizlənməyibsə, prosesi təkrar edin.
Pas ləkəsi süni rənglənmiş parçaya düşübsə, bu üsuldan istifadə etmək olmaz. Burada sizə eyni nisbətdə qarışdırılmış qliserin, sürtkəcdən keçirilmiş sabun və su qarışığı kömək edə bilər. Parçanın ləkəli hissəsini bu məhlulla sürtün, bir sutkadan sonra mütləq adi qayda ilə yuyun. Əgər sizdə adını qeyd etdiyimiz turşular yoxdursa, onda qaynama həddinə qədər qızdırılmış limon turşusundan istifadə etmək olar. Ağ parçalarda pas daha aydın görünür. Belə parçalardan ləkəni 1 stəkan suya qarışdırılmış 20 qram hidrosulfit məhlulu ilə təmizləmək olar. Məhlulu 60-70 dərəcə həddində qızdırdıqdan sonra ləkəli parçanı onun içinə salın, sonra isə yuyun. Bu məhlulu rəngli parçalarda istifadə etmək olmaz.

Giləmeyvə və qırmızı şərab ləkəsi

Bir daha qeyd edək ki, ləkə qurumamış onun üzərinə narın duz səpmək lazımdır. Qırmızı şərab ləkəsini qaynar su ilə də təmizləmək olar. Bunun üçün parçanın ləkə düşmüş hissəsini tarım açıb, ləkə yox olana qədər üzərinə qaynar su tökmək lazımdır. Əgər ləkə köhnədirsə, hiposulfit, sulfit və hidrosulfitli məhlullardan istifadə etmək lazımdır. Bunun üçün bir stəkan suya 3-5 qram turşu əlavə edin. Sonra pambığı bu məhlula batıraraq, ləkəni kənarlarından ortaya doğru təmizləyin. Unutmayın ki, bu məhlulu ancaq ağ parçalarda istifadə etmək olar. Bu ləkələri qaynar südün köməyilə də təmizləmək olar. Bunun üçün parçanı bir neçə dəqiqəlik qaynar südün içinə salın, sonra isə adi qayda ilə yuyun. Su ilə qarışdırılmış hidrogen peroksid və naşatır spirti qarışığı da bu ləkələrin təmizlənməsində köməyinizə gələ bilər. Bu məhlulların istifadəsindən sonra əşyanı əvvəlcə təmiz su ilə, sonra da adi qaydada yumaq lazımdır. Rəngli paltarlardan ləkəni aparmaq çox çətindir. Bu halda sizə qliserin, yaxud onun yumurta sarısı ilə qarışığı (1 hissə yumurta sarısı və 2 hissə qliserin) işinizə yarayar. Ləkəni bir neçə dəfə bu maddədə isladın, 2-3 saat saxladıqdan sonra təmiz su ilə yuyun

Mürəkkəb və adi boya ləkəsi

Mürəkkəb ləkəsini (xüsusən isti-isti) təmizləməyə naşatır spirti və yaxud çay sodası məhlulu (1 stəkan suya 2-3 çay qaşığı soda) kömək edə bilər. Ləkəni 6-10 qram oksalat, yaxud limon turşusu əlavə edilmiş, qızdırılmış 1 stəkan suyla təmizləyə bilərsiniz. Təmizləmədən sonra paltarı təmiz su ilə yumaq kifayətdir. Ağ parçadan mürəkkəb və boya ləkəsini aparmaq üçün 1 litr suya 30 qram quru xlor, 20 qram yuyucu toz əlavə edin. Məhlulu bir neçə dəqiqə saxladıqdan sonra başqa qaba süzün və istifadə edin. Bundan sonra parça əvvəlcə təmiz, sonra isə sabunlu su ilə yuyulmalıdır. 1 stəkan suda həll edilmiş 5-10 qram hidrosulfit məhlulunu 50-60 dərəcə həddində qızdıraraq bu ləkələri aparmaq üçün istifadə edə bilərsiniz. Parçanın ləkəli hissəsini bu məhlul olan qabın içinə salın və təmizlənənə qədər gözləyin. Bundan sonra paltar yuyulmalıdır.

His və qurum ləkəsi

Bu qara ləkələr istənilən parçada gözə çarpır. Əgər onları adi şotka ilə sürtərək, təmizləyə bilməmisinizsə, skipidarda isladılmış pambıqla təmizləyin. Bundan sonra əşyanı ilıq sabunlu suda yumaqla təmiz olacağına əmin olun. Əgər bu proses ləkəni tam aparmağa kömək etməzsə, onda eyni nisbətdə qarışdırılmış yumurta sarısı və skipidar qarışığından istifadə edin. Qarışığı ləkənin üzərinə çəkin, pambıq, yaxud şotka ilə yüngülcə sürtün və təmiz ilıq su ilə yuyun.

Yumurta ləkəsi

İstər ağ, istərsə də rəngli parça olsun, fərqi yoxdur, əgər üzərinə yumurta ləkəsi düşübsə, onu təcili təmizləmək lazımdır. Çünki belə ləkələr uzun müddət qaldıqda, yumurtanın zülal tərkibi həll olunmayan maddəyə çevrilir. Adətən, bu ləkələri suyla qarışdırılmış naşatır spirti ilə təmizləyirlər. Əgər ləkələr artıq köhnəlibsə, onda naşatır spirtini eyni həcmdə qliserinlə qarışdıraraq istifadə edin. Yalnız qliserindən, onu 35-40 dərəcə qızdırıb, istifadə etmək də olar. Pambığı ilıq qliserinə batırıb ləkəni silin və 15 dəqiqəlik fasilədən sonra təkrar edin. Sonra paltarı yuyun.

Tər ləkəsi

Adətən, tər ləkəsi ipək paltarlarda qalır. Onları qatı xörək duzu məhlulu ilə təmizləmək mümkündür. Yun parçalardan belə ləkələri sabunlu suda isladılmış şotka ilə təmizləmək olar. Bundan sonra isə oksalat turşusu məhlulundan istifadə edin. Məhlulu sabunlu su ilə silinmiş hissəyə çəkin, sonra ilıq su ilə yuyun

Ot ləkəsi

Açıq havada gəzintidə nə qədər ehtiyatla hərəkət etsəniz də, ot ləkələrindən tam xilas olmaq çətindir. Bu ləkələri tez bir zamanda adi yuyulma üsulu ilə təmizləyə bilərsiniz. Sabunlu suya naşatır spirti məhlulu əlavə etsəniz, nəticə daha mükəmməl olar. Yumazdan əvvəl paltarın ləkəli hissəsinə naşatır spirti çəkmək olar. Ancaq bu halda paltarın rənginin getməyəcəyinə tam əmin olmaq lazımdır. Sirkə ilə eyni nisbətdə qarışdırılmış oksalat turşusu da bu ləkələri aparmağa kömək edir.

Maraqlı     Baxılıb: 3174   Tarix: 11 fevral 2015
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Təhsil kurslarının YENİ FIRILDAĞI – Müştəri toplamaq üçün bu yola da ƏL ATIRLAR

Günü-gündən sayı artan hazırlıq kursları bəzən insanları "tələyə" salır. Reklam vasitəsilə peşəkar fəaliyyət və təcrübəli müəlim heyətinin olduğunu qyed edən "kurslar" müştəri topladıqdan sonra əsl üzlərin

.

Azərbaycanlı şagirdlər ABŞ-da üzümüzü ağ etdilər - FOTO

ABŞ-ın nüfuzlu təhsil ocaqlarından biri olan Yale Universitetində keçirilən "The World Scholars Cup" beynəlxalq bilik olimpiadasında iştirak edən Oksbric Akademiyasının azərbaycanlı şagirdləri 2 qızıl, 15 gümü

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Müəllimlərə ŞAD XƏBƏR: Maaşlar artdı

Müəllimlərin vəzifə maaşına əlavələr edilib. Bu barədə  -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib. Qeyd olunub ki, noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılmas

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

"Böyük Qayıdış kimi tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin əsas vəzifəsidir - Hafiz Paşayev

Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu təhsilin təminatçısı müəllimdir. Müəllim adını qorumaq, yüksəltmək hər birimizin vəzifəsidir.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfi

.

Bu gündən müəllimlərin sertifikasiya imtahanlarının müsahibə mərhələsi başlayır

Bu gündən müəlimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılır.  xəbər verir ki, müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular avqustun 18-də müəllimlərin şəxsi kabinetlərinə göndərilib

turlar.az

yaz geyimleri 2026 gelinlikler makiyaj instagram cizgi filmi qlazok sengulum nagili stresin elametleri kosmetika xanim.az opusme burclerin uygunlugu vətən həsrətinə aid bayatılar laylalar