Pandemiya dövründə B qrupundan olan vitaminlərə ehtiyac nədən yaranır və onları necə əldə etməli?

Pandemiya dövründə B qrupundan olan vitaminlərə ehtiyac nədən yaranır və onları necə əldə etməli?B qrupu vitaminləri infeksiyanın qarşısını alaraq immun sistemini möhkəmləndirir. Ona görə pandemiya zamanı onları kifayət qədər qəbul etmək xüsusən vacibdir. B vitamini ilə zəngin qidaları gündəlik rasiona daxil etməklə, koronavirus təhlükəsinə baxmayaraq, sağlamlığı qorumaq şansını artırmaq mümkündür.
Orqanizmin yeni növ koronavirus infeksiyasına və digər virus hücumlarına qarşı davamlı olmasını təmin etmək üçün ən yaxşı yollardan biri immun sistemini gücləndirən qida qəbuludur. Koronavirus əleyhinə dərmanların olmaması baxımından bu üsul hələlik pandemiya zamanı infeksiyanın qarşısının alınmasında yeganə üsul olaraq qalır. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu günlərdə Hindistanın Qida Təhlükəsizliyi və Standartlaşdırma İdarəsi (FSSAI) sinir sisteminin və immunitetin sağlam fəaliyyətinin təmini üçün vitaminlərlə zəngin məhsullardan istifadə etməyi rəsmən tövsiyə edib.
B kompleksinə tiamin (B1), riboflavin (B2), niasin (B3), pantoten turşusu (B5), piridoksin (B6), biotin (B7), fol turşusu və ya folat (B9), kobalamin (B12) daxildir. Mütəxəssislər pandemiya zamanı orqanizmin nəyə görə onlara ehtiyacı olduğunu izah ediblər.
Qeyd olunan vitamin kompleksi qırmızı qan hüceyrələrinin (eritrositlərin) yaranmasını təmin edir, beyinin və sinirlərin normal işləməsinə imkan yaradır, enerji səviyyəsini artırır, ürək-damar sistemini möhkəmləndirir, həzmi yaxşılaşdırır, əzələləri yaxşı vəziyyətdə saxlayır, hormonların və xolesterinin sintezini normallaşdırır.
B qrupundan olan vitaminlərin çatışmaması anemiyaya, infeksiyalara, mədə-bağırsaq traktı, dəri, periferik neyropatiya ilə bağlı problemlərə meyilliliyi artırır. Bu vitaminlər hamilə və südverən analar üçün daha vacib sayılır. Belə ki, onlar beyinin inkişafına kömək etməklə yanaşı, uşaqlarda doğuş qüsurları riskini azaldır.
B vitaminlərini əldə etmək üçün qida mənbələri aşağıdakılardır:
Göy-göyərti və yaşıl yarpaqlı tərəvəzlər folatın ən mühüm mənbələrindən biridir. Yumurta saçın, dərinin və dırnaqların yaxşı vəziyyətdə olmasını hərtərəfli təmin edən biotindir. Paxlalı bitkilər böyük miqdarda fol turşusu ilə yanaşı, tiamindən, riboflavindən, pantoten turşusundan, piridoksindən (daha orta dozalarda) ibarətdir. Qoz B qrupu vitaminləri ilə birlikdə orqanizmi mis, fosfor, manqan, E və D vitaminləri ilə təmin edir.
Qızılbalıqlar fəsiləsindən olan balıqların tərkibində çoxlu omeqa-3 yağ turşuları, riboflavin, niasin, piridoksin və kobalamin də daxil olmaqla bir neçə növ digər vitaminlər var.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1793   Tarix: 03 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

toy makiyaji sekilleri reseptler yaz geyimleri 2026 qaynar qazan həftəlik bürclər cəlil məmmədquluzadə keyks kosmetika novruz bayramı haxışta bahar porno tərəzi novruz hakışdaları