Pandemiya immunitetimizi dəyişib, xəstə olanlar işə gəlməsin - Professor

Pandemiya immunitetimizi dəyişib, xəstə olanlar işə gəlməsin - ProfessorPayızdan qışa keçid mövsümi xəstəliklərin də yayıldığı bir dövrdür. Odur ki, mövsümi xəstəliklər ənənəvi olaraq artır. Bu, dünyanın bütün ölkələrində müşahidə olunur. Pandemiya hələ sona çatmayıb. Dünya Səhiyyə Təşkilatı onun sona çatması ilə bağlı heç nə deməyib. Pandemiya olduğu müddətdə təbii ki, karantin davam edir. Sadəcə karantin qaydaları həddən artıq yumşaldılıb və biz onu hiss etmirik.
Bu sözləri professor Adil Qeybulla son günlərdə ölkədə xəstəliklərin artması haqqında danışarkən deyib. Həkim bildirib ki, karantin qalırsa, biz müəyyən qaydaları hələ də gözləməliyik:
"Yaxşı olardı ki, xəstə adamlar işə gəlməsin, yataq rejiminə keçsinlər və sağalsınlar. Bundan başqa işdə xəstə ilə kontaktda olmamaq üçün maska taxmaq və məsafə gözləmək daha məqsədəuyğundur. Yoluxmamağa çalışmaq lazımdır. Yoluxan şəsx isə xəstəliyi ayaqüstə keçirməsin, yataq rejiminə keçməli və maye qəbul etməlidir. Lazım olarsa, həkim məsləhətinə əməl etsin.
Bir tərəfdən mövsümü xəstəliklərin yayılması və pandemiyanın davam etməsi, digər tərəfdən isə Rusiyada donuz qripinin yayılması haqqında məlumatlar bizi ehtiyatlı davranmağa səsləyir. H1N1 virusu qripin bir növüdür. Ev heyvanlarından donuzlarda təsadüf edildiyindən simvolik olaraq donuz qriöi adılanır. Donuz qripi də digər qrip növləri kimi, yüksək hərarət, baş və əzələ ağrıları, ümumi halsızlıq, yuxarı tənəffüs yolları itihabının kataral əlamətləri, asqırma, öskürmə və sairlə davam edir.
Eyni zamanda intoksikasiya əlamətləri də göz önündə olur. Odur ki, bu xəstələr mütləq yataq rejimində olmalı, həm də situasiyadan asılı olaraq müalicə təyin edilməlidir.
İlk günlərdə isə xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün yataq rejiminə keçmək, maye qəbulunə diqqət etmək, özünü gözləmək, xəstəliyin ağırlaşmaması üçün bu, çox mühümdür. Təəssüflər olsun ki, əvvəlki illərdən də görürük ki, bu cür xəstələr özlərini qorumurlar. Ağırlaşmaların çoxu bundan qaynaqlanır. Bu mürəkkəb vəziyyəti nəzərə alaraq hər kəsə özünü fərdi şəkildə qorumağı tövsiyə edirəm. Unutmamalıyıq ki, pandemiyada əhalinin böyük əksəriyyəti yoluxduğundan immun sistemimdə güclü təlatümlər yaradıb. Odur ki, hazırkı immun sisteminiz əvvəlki deyil".
Məlumat üçün bildirək ki, son bir həftə ərzində Rusiyada qrip və SARS xəstələrinin sayı demək olar ki, 24 faiz artıb. Bu barədə infeksionist, tibb mərkəzlərindən birinin rəhbəri Yevgeni Timakov danışıb. O, bildirib ki, növbəti iki ildə insanlar daha tez-tez və daha ağır xəstələnəcək. /publika.az/
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1024   Tarix: 11 dekabr 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

geyim seçimi gözəllik məhsulları geyim və ayaqqabılar cantalar 2026 arıqlama pəhriz süd vəziləri qəlyanaltılar kosmetika novruza aid hakistalar məsəllər pomidor intim arıqla