Pandemiya tabletləri - Koronavirusu müalicə edən dərmanların REYTİNQİ

Pandemiya tabletləri - Koronavirusu müalicə edən dərmanların REYTİNQİPandemiya başlayandan koronavirus infeksiyasına qarşı effektiv mübarizə və müalicə metodları hazırlanıb. Artıq Covid 19-a qarşı effektiv vaksin tapılıb. Amma hələ də koronavirusu məhv edən və tam müalicə edən virusəleyhinə super dərman kəşf edilməyib.
İstifadə olunan dərmanların isə 100%-lik təsirinə dair sübut yoxdur. Bəs həkimlər nəyi müalicə edir: Onlar xəstəliyin simptomları, yaratdığı fəsad, ağciyərlərdə pnevmoniya və ağırlaşmalarla mübarizə aparır. Xəstəliyi isə orqanizmin immun sistemi bacardığı qədər məhv edir.
Milli.Az pandemiya yaranandan koronavirusa qarşı istifadə edilən dərmanların təsiri və reytinqini təqdim edir.
Kovidin müalicəsi ilə bağlı ilk metodiki müalicə sxemi 2019-cu ilin sonunda Çindən gəldi.
ÜST pandemiyanı elan edəndən sonra bütün ölkələr məhz bu metodikanı əsas götürərək, öz milli klinik müalicə tövsiyələrini hazırladılar.
Çinin sənədində bir neçə virus əleyhinə preparatın adı çəkilirdi: lopinavir, ritonavir, interferon alfa, ribavirin. Bunlardan ikisi QİÇS-in müalicəsində istifadə olunurdu.
Loponavir və ritonavirin birlikdə covidin səbəb olduğu atipik pnevmoniyaya qarşı effektiv olması barədə Yuhan həkimlərinin elmi işi var idi.
Lakin sonradan Avropa, İtaliya həkimləri bu müalicəyə şübhə ilə yanaşdılar və öz xəstələrində effekt almırdılar. Artıq 2020-ci ilin iyulunda aydın oldu ki, bu dərmanlar koviddə faydasızdır.
Digər məşhur və ümidlər bəslənilən virus əleyhinə Remdevirlə vəziyyət başqa cür oldu. Onu Ebolaya qarşı yaratmışdılar. Lakin Amerikada Covidə yoluxmuş ilk xəstələri elə onunla müalicə etməyə başladılar. Xəstə tez sağaldı və Remdesevir məşhurlaşdı.
2020-ci ilin yazında İnfeksion xəstəliklər üzrə Milli İnstitutda bu dərmanın kovid xəstələrində müalicə təsiri araşdırılmağa başlandı.
preldə alimlər elan etdi ki, preparat təsirlidir, işləyir. Oktyabrda isə FDA rəsmən onu koronavirus müalicə sxeminə təsdiq etdi.
Lakin sonradan ÜST bu dərman barədə müsbət rəy vermədi və yetərli sübutlar olmadığı üçün effektivliyi və təhlükəsizliyinə şübhə ilə yanaşdığını bildirdi.
Lakin artıq bütün dünya ölkələri, Azərbaycanda da remdesivir istifadə edilməyə başlandı.
Xilaskar plazma
Bu preparatların orqanizmə zərəri, əks təsirləri və hətta təhlükə yaratması həkimləri çıxılmaz vəziyyətdə qoyurdu. Daha çox QİÇS xəstələrinin terapiyasında istifadə edilən bu dərmanlar xəstənin lipib baryerinip pozur və çox xroniki xəstəlikləri ağırlaşdırır.
Ona görə belə prepararlarla müalicə almış xəstənin sağalandan sonra hansı problemlərlə üz-üzə qalacağını demək çətindir.
Ona görə alimlər daha təhlükəsiz metod axtarışında idilər. Tezliklə virusa yoluxub sağalmış xəstənin qan plazmasının digər xəstəyə köçürülməsi üzərində iş başladı və bu metod populyar oldu. Donor plazmasının köçürülməsi orqanizmə koronavirusa qarşı antitelləri daxil edir, virus neytrallaşdırır. Bu metod reanimasion və daha ağır xəstələrə, ölümün caynağından xilas olmaları üçün tətbiq olunurdu.
İlk dəfə də bu müalicə barədə 2020-ci ilin fevralında Çin həkimləri xəbər verdi. Onlar bu yolla 20 xəstəni xilas etmişdilər.
Hazırda buy olla sağalan yüzlərlə xəstə və elmi tədqiqatlar var.
Lakin Kokreyn adlı müstəqil təşkilatın ekspertləri bu yöndə aparılmış bütün tədqiqatları və müalicələri araşdıraraq, belə qərara gəldi ki, donor plazması ilə koronavirusun müalicəsinə elə də ciddi etibar etmək olmaz. Çünki plazma köçürülmüş xəstələrə başqa dərmanlar, metodlar, süni tənəffüs aparatı, antivirus, antibiotiklər verilmişdi. Ona görə məhz donor plazmanın həmin xəstəni xilas etdiyini 100% əminliklə demək olmaz. Hətta ola bilər ki, elə xəstənin öz immuniteti təbii gedişatla virusa qalib gəlib.
Lakin bu metod xəstə üçün təhlükəsiz olduğu üçün istifadə edilə bilər.
Lakin donor plazması üçün hər qan uyğun gəlmir. Qanda kifayət qədər antitel olmalıdır. Antitellər isə sağalandan sonrakı həftələrdə sürətlə azalır. Üstəlik qan qrupu və plazma uyğunluğu olmalıdır. Donorun başqa xroniki xəstəlik və infeksiyası olmamalıdır.
Monoklonal antitellər serumu - Trampın dərmanı
Bu zülallar immun hüceyrələr tərəfindən sintez olunur. Bu antitellərdən vaksin hazırlanmasında da istifadə olunur.
Covid əleyhinə ilk monoclonal antitelləri alimləri 2020-ci ilin yazında aşkarladılar. O zaman niderland alimləri sübut etdilər ki, 47D11 antitelləri ACE-2 reseptorlarını neytrallaşdırır. Məhz bu reseptorlar vasitəsilə virus yapışaraq insan hüceyrəsinə daxil olur. İsrail, Çin, Rusiya və Amerika alimləri bu xüsusda zülalı almağa başladılar.
Heyvanlar üzərində bu metod əla nəticə göstərdi. İnsanlar üzərində hələ klinik tədqiqatlar gedir. Bir çox ölkələr artıq bu dərmanların istifadəsinə icazə versə də, müalicə protokollarında yoxdur. Bu preparatlar digər dərman və müalicələr effektsiz olanda istifadə edilir.
Amerikanın eks prezidenti Donald Tramp məhz bu dərmanla müalicə edilmişdi. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1484   Tarix: 28 fevral 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yanından keçirik, amma şəfasınl bilmirik

Kənd yollarında, boş ərazilərdə çox vaxt fikir vermədən yanından keçib getdiyimiz yabanı bitki əslində təbiətin ən güclü şəfa qaynaqlarından biridir. .  xəbər verir ki, xalq arasında "turşəng" və ya "quzuqulağı"

.

Yeməyi bir dəfədən çox qızdırmağın sağlamlıq üçün TƏHLÜKƏSİ

Mütəxəssislərin fikrincə, bir çox qida məhsulu yenidən qızdırıldıqdan sonra yalnız faydalı xüsusiyyətlərini itirmir, həm də sağlamlıq üçün təhlükəli ola bilər. Müasir həyatda insanların çoxu hər gün bir neçə dəfə təzə yemə

.

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Alimlərin yeni kəşfi düzgün yuxu rejimi haqqında təsəvvürləri dəyişə bilər. 23 mindən çox yetkin insanın iştirak etdiyi genişmiqyaslı araşdırma göstərib ki, optimal yuxu müddəti gündə təxminən 7 saat 18 dəqiqə ola bilər

.

Çox təhlükəli VİRUS: Yeni karantin qapıda

İngiltərədə meningokok infeksiyası ilə bağlı yayılan xəbərlər geniş rezonans doğurub və məsələ artıq yalnız lokal hadisə kimi deyil, daha geniş epidemioloji risk kontekstində qiymətləndirilir. xəbər verir ki, Böyük Britaniyanı

.

"Novruz"da bunu etmək qəti QADAĞANDIR

Novruz bayramı bolluq, bərəkət və zəngin süfrələrlə yadda qalır. . Həkimlər xəbərdarlıq edir ki, məhz bu günlərdə demək olar hər kəsin etdiyi bəzi vərdişlər sağlamlıq üçün ciddi risk yarada bilər. . Bayramın dadını çıxarma

.

Allergiya mövsümü başladı: Gözlərinizin qorunma yolları

Bir çox insan qaşınma, sulu gözlər, qızartı və göz qapaqlarının şişkinliyini mövsümi reaksiya kimi qəbul edir, lakin bu, həm də infeksiya ola bilər. xəbər verir ki, bunu rusiyalı həkim Karina Kozina yerli KİV-ə açıqlamasınd

.

Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı

Təbiətin bizə təqdim etdiyi şəfalı bitkilərdən faydalanmaq sağlam həyata doğru atılan mühüm bir addımdır. Anadolu torpaqlarında yetişən və əldə edilməsi ən asan antibiotik mənbələrindən biri olan bu bitkini qidalanmanız

.

Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır

Qatıq istehlakının faydası yalnız onun tərkibindən deyil, həm də nə vaxt yeyildiyindən asılıdır. Araşdırmalar göstərir ki, düzgün zamanda yeyilən qatıq həzmdən enerjiyə qədər bədəndə mühüm fərqlər yaradır.  xəbər verir ki

.

Tıxanmış ürək damarları üçün 3 güclü RESEPT

Ürək damarlarının daralması və ya tıxanması (ateroskleroz) müasir dövrdə ən geniş yayılmış problemlərdən biridir. Bu vəziyyət qanda xolesterinin yüksəlməsi və damar divarlarında yığılması nəticəsində yaranır. xəbər veri

turlar.az

qis geyimləri 2026 hamiləlik geyim şəkilləri qadın kostyumları vetene aid bayatılar yaz yay 2026 veten haqqinda bayati kosmetika veten haqqinda bayatilar bakire mekteb azerbaycanli is adami amerikada gullelendi hakista sozler