Pandemiya zamanı necə qidalanmaq lazımdır? - Həkimdən MƏSLƏHƏTLƏR

Pandemiya zamanı necə qidalanmaq lazımdır? - Həkimdən MƏSLƏHƏTLƏRKoronavirus pandemiyası demək olar ki, bütün dünyanı əhatə edib. Vəziyyət hər gün daha da pisləşir, COVID-19-un yayılması sürətlə artır. Bir çox ölkələrdə səhiyyə sistemi çökmək ərəfəsindədir. Görünür şəxsi sağlamlığımız üçün özümüz məsuliyyət daşımalı olacağıq. həkimlərin bu gün üçün tövsiyəsi lazımi təhlükəsizlik tədbirlərinə riayət etmək, qoruyucu maska taxmaq, sosial məsafəyə və gigiyena qaydalarına əmək etməkdir. Pandemiya şəraitində güclü immunitet son dərəcə vacibdir, bu da əsasən sağlam həyat tərzindən və qidalanmadan asılıdır.
Milli.Az xəbər verir ki, media.az bu barədə hazırda koronavirus infeksiyasına yoluxan xəstələrlə işləyən həkim terapevt Mehriban Abdullayeva ilə söhbət edib.
"Pandemiya zamanı ən başlıcası karantin rejiminin qaydalarına riayət etmək, sağlam həyat tərzi keçirmək və düzgün qidalanmaqdır. Qidalanma balanslaşdırılmış, immuniteti gücləndirən vitamin və minerallarla zəngin olmalıdır", - deyə M. Abdullayeva söyləyib.
Həkimin sözlərinə görə, xroniki xəstəlikləri olan vətəndaşlarla yanaşı, bədən çəkisi artıq olan insanlar da risk qrupuna daxildirlər.
"Bu səbəbdən bu gün yemək rasionuna nəzarət etmək çox vacibdir. Yağlı qidalardan mümkün qədər az istifadə etmək, çəkinin artmasına səbəb olan şirniyyat və ərzaqların qəbulundan çəkinmək lazımdır. Ən əsası - çox yeməməkdir", - həmsöhbətimiz vurğuladı.
M. Abdullayevanın sözlərinə görə, immuniteti gücləndirmək üçün qidalanmada daha çox mövsümi meyvə və tərəvəzlərdən istifadə etmək lazımdır.
"Məsələn, indi C vitamini və sinklə zəngin olan nar mövsümüdür. Ümumiyyətlə, qida rasionunda tərəvəz və meyvələr üstünlük təşkil etməlidir. Yeri gəlmişkən, şirniyyat məhsullarını təzə meyvələr və ya quru meyvələrlə əvəz etmək olar", M.Abdullayevə qeyd etdi.
Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının gündə ən az 400 qram meyvə və tərəvəz yeməyi tövsiyə edir.
Həkim orqanizmə daha çox enerji və toxluq hissi verən liflərlə zəngin məhsulları da unutmamağı tövsiyə edir. Bu səbəbdən hər gün paxla və dənli bitkilərdən istifadə etmək faydalıdır. Buraya buğda, çovdar və yulaf bitkiləri, qarğıdalı, düyü, arpa yarması, darı, qarabaşaq daxildir.
"Zülal məhsullarının faydalarını da unutmaq olmaz. Ət, süd məhsulları və yumurta qiymətli protein mənbəyidir. Üstəlik bu məhsullardan bir çox fərqli yemək hazırlamaq olar", deyə M. Abdullayeva söyləyib.
Həmsöhbətimiz düzgün qidalanma ilə yanaşı, orqanizmin kifayət qədər miqdarda maye qəbul etməsinin də lazım olduğunu əlavə etdi. Buna görə mümkün qədər çox su içməyin vacibliyini bildirdi.
"Təzə sıxılmış meyvə şirələrə üstünlük verin. Alkoqollu içkilər qəbul etməkdən çəkinin, onlar orqanizmin müqavimət gücünü əhəmiyyətli dərəcədə azaldır, bu da mövcud şərtlərdə qəbuledilməzdir. Ballı və ya zəncəfilli çay içməyi məsləhət görərdim, əlbəttə sui-istifadə etməmək şərti ilə, misal üçün gündə bir dəfə içmək olar. Bu orqanizm üçün çox faydalıdır və eyni zamanda onun müqavimətini artırır", həkim vurğulayıb.
Fikrinin tamamında müsahibimiz pandemiya zamanı orqanizmi vitamin kompleksi ilə dəstəkləməyin çox vacib olduğunu qeyd etdi.
"D vitamini, C vitamini, maqnezium, selenyum və tərkibində sink olan preparatların profilaktik dozasını qəbul etməyi məsləhət görürəm", deyə M.Abdullayevə qeyd edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1849   Tarix: 03 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

gelinlikler kosmetik vasiteler yaz geyimleri 2026 doğum hekayələri 1 hefteye 5 kq ariqlamaq gəlinlik və toy dəbi psixoliji məsləhətlər kosmetika janrlar hakista novruz bayramı haxışta nizami gəncəvi kəlamlar