Pandemiyada gözləri virusdan qorumağın 5 qaydası

Pandemiyada gözləri virusdan qorumağın 5 qaydasıDünyada milyonlarla insanın vəfatına səbəb olan Covid-19 infeksiyası təkcə ağız-burun boşluğu ilə deyil, eyni zamanda gözlərimiz vasitəsilə də yoluxur.
Hətta bəzi insanlar sadəcə gözləri ilə bu virusa tutulurlar. Vaxtımızın çoxunu evdə kompüter qarşısında keçirdirik. Bu da gözlərimizdə quruluq və yorğunluğa səbəb olur. Mütəxəssislər pandemiya dövründə göz sağlamlığını qorumaq üçün bir sıra qaydalara riayət edilməli olduğunu bildirir.
Milli.Az Axsam.az-a istinadən 5 əsas qaydanı təqdim edir:
1. Əlləriniz çirkli olduğu halda gözlərinizə toxundurmayın.
Pandemiyada gözləri qorumağın ən yaxşı yolunun əlləri natəmiz halda gözə toxundurmamaqdır. Buna görə də əllərimizi hər dəfə ən az 20 saniyə sabunla yumalıyıq. Çünki Covid-19 qrip simptomları kimi dərinin üzərinə yapışır. Daxili orqanizmə asanlıqla daxil ola bilir. Buna görə də əlləri tez-tez yumaq istənilən halda virusa yoluxma riskini azaldır.
2. Mütləq tibbi maskalardan və üz üçün sipərlərdən istifadə edin.
Maska ilə yanaşı üz sipərindən də istifadə etməlisiniz. Gözü ən çox üz sipəri qoruyur. Belə olan halda kənar təsirlər göz sağlamlığı üçün təhlükə yaratmır.
3. Gözlərinizdə müəyyən problemlər yaranarsa, dərhal həkimə müraciət edin.
Gözlərdə şişkinlik, qızartı, sulanma halları olarsa, vaxt itirmədən göz həkiminə yaxınlaşın. Çünki belə problemlər vaxtında aradan qaldırılmasa, böyük fəsadlar verir.
4. Əgər linza istifadə edirsinizsə aşağıdakılara diqqət edin.
-Linzaların təmizliyinə riayət olunmalıdır. Xüsusilə pandemiya dövründə onlardan istifadə qaydalarına mütləq əməl etmək lazımdır.
-Əlləri yumadan linzadan istifadə etmək olmaz. Mütləq əlləri təmiz sabunla yuyub sonra istifadə etmək lazımdır.
-İstifadə müddəti bitən linzaları atmaq lazımdır. Hazırda qış fəsli olduğundan  evlərdə istilik sistemlərindən istifadə edilir. Bu da öz növbəsində linza qabında suyun qurumasına səbəb olur. Ona görə də onun suyuna da diqqət etmək lazımdır.
5. Kompüter arxasında əyləşirsinizsə, 45 dəqiqədən bir fasilə edin.
Pandemiyada müəyyən karantin qaydaları tətbiq edildiyindən bir çox insanlar işlərini və təhsillərini distant formada kompüter vasitəsi ilə həyata keçirir. Buna görə də gözlərdə quruluq baş verir. Görmə ilə bağlı müəyyən problemlər yaşanır. Bu problemlər olmasın deyə, 45 dəqiqədən bir kompüter arxasından qalxaraq 5-10 dəqiqə istirahət etmək lazımdır. Eyni zamanda kompüterin monitoru göz səviyyəsindən müəyyən məsafədə saxlanılmalıdır. Gözlərinizdə quruluq artmasın deyə, gündə 2-3 dəfə süni gözyaşlarından istifadə etməlisiniz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1574   Tarix: 16 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

reseptler qis geyimləri 2026 yaz geyimleri 2026 haxışta bürc uyğunluğu kecellesme paltar olmaq kosmetika qaynana kəlamlar terezi novruz rus dilin nece orenek