Pankreas xərçənginə tutulma halları sürətlə artır - SƏBƏB
İngiltərədə aparılan araşdırma pankreas (mədəaltı vəz) xərçənginə tutulma hallarının artdığını üzə çıxarıb.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, araşdırmaya görə, 1990-cı ildən bəri bu xəstəlikdən əziyyət çəkən 25 yaşa qədər qadınların nisbəti 200 faiz artıb.
Yaşı 25-dən 49-a qədər olan insanlar arasında bu nisbət əhalinin qalan hissəsindən təxminən iki dəfə çox olmaqla 34 faizə yüksəlib.
Qadınların bu xərçəngdən niyə daha çox təsirləndiyi hələ də aydın deyil. Xəstəlikdən əziyyət çəkənlərin 5 il sağ qalma nisbəti cəmi 5 faizdir.
Xərçəng araşdırmalarını tədqiq edən "Cancer Research UK"ə görə, mədəaltı vəzi xərçənginə tutulma halları ümumi olaraq, təxminən 17 faiz artıb. Bu isə kişilər arasında da xəstəliyin sürətlə yayıldığını göstərir.
Tədqiqatçılar ümumi tendensiyanın piylənmə nisbətinin artması ilə əlaqədar olduğundan şübhələnirlər.
Bukinqem Universitetinin onkoloqu professor Karol Sikora "Daily Mail"ə verdiyi açıqlamada bunları deyib:
"Yəqin ki, bu, son 20 ildə insanların qidalanma tərzində baş verən dəyişikliklərlə əlaqəlidir".
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi