Patoloji affekt halı psixi travma nəticəsində əmələ gəlir

Patoloji affekt halı psixi travma nəticəsində əmələ gəlirAffekt emosiya deməkdir. İnsanı coşqun və sürətli qaplayan, eyni zamanda, nisbətən qısamüddətli partlayış səciyyəsi daşıyan emosional prosesdir. Məsələn, qəzəb, qorxu, hiddət bu qəbildəndir. Bu növ affektlər fizioloji affekt adlanır və psixikanın xəstəliyinə aid deyil.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmlər doktoru Zəfər Əliyev məlumat verib.
Professor bildirib ki, affektin fizioloji və patoloji növləri var: Fizioloji affekt psixi xəstəliklə əlaqəsi olmayan, xəstəlik xarakteri daşımayan emosional vəziyyətdir. Patoloji affekti fizioloji affektdən fərqləndirən başlıca əlamət birincidə düşüncənin dərin pozulmasıdır. Fizioloji affekt zamanı şəxs törətdiyi hərəkətləri dərk edir, amma bu zaman öz hərəkətlərinə nəzarət və onları idarə etmək qabiliyyəti zəifləyir. Fizioloji affekt vaxtı hadisələrin bəzi detalları unudulur. Beləliklə, fizioloji affekt insanın düşüncəsində pozuntu yaranmasa da, onu qismən dəyişir. Affektin yaranmasının iki əsas səbəbinin olduğu ehtimal edilir. Birinci səbəb affektin yaranması üçün affektogen şəraitin olmasıdır. Yəni, affekt vəziyyəti zorakılığa, təhqirə, qorxuya, real təhlükəyə qarşı yaranır. İkinci səbəbə insanın fərdi-psixoloji xüsusiyyətləri, yəni, sinir sisteminin tipi və əsas xassələri, müvəqqəti psixofiziki hallar, yorğunluq, yuxusuzluq və s. aiddir.
Patoloji affekt isə qısamüddətli psixotik vəziyyət olmaqla psixi travma nəticəsində əmələ gəlir. Affektin bu növündə insan kiminləsə mübahisə edərkən özünə, ya da qarşısındakına xəsarət yetirir. Bir neçə saniyə, yaxud dəqiqə davam edən affekt halından sonra isə yuxu yaranır. Yuxudan oyanandan sonra həmin şəxs heç bir şey xatırlaya bilmir.
Z.Əliyevin sözlərinə görə, patoloji affekt zamanı çox təhlükəli cinayətlər törədilir və bu vəziyyətdə cinayət törədən şəxs anlaqsız hesab edilir. Başqa sözlə, cinayət məsuliyyətindən azad olunur. Həmin şəxslər haqqında məhkəmə məcburi müalicə qərarı çıxarır.
Mütəxəssis bildirib ki, patoloji affekt təhlükəli olsa da, məhkəmə psixiatriyasında çox az rast gəlinir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2177   Tarix: 19 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

geyim dəbləri yemek reseptleri yay geyimləri 2026 döşləri necə böyütmək olar kökəlməyin yolları saca xina qoymaq qaydasi alin yazisi xanim qafarova kosmetika atalar sözləri yumurta rus dilini öyrənək burclerin uyumu bürcler