Payızda koronavirus yenidən aktivləşə bilərmi? - Epidemioloq danışdı

Payızda koronavirus yenidən aktivləşə bilərmi? - Epidemioloq danışdı"Yaya qədər əhalini qorumaq üçün tədbirlər görülməzsə, koronavirus pandemiyası geri dönə, izolyasiyanın ləğvi ilə yeni dalğa yarana bilər".
Milli.Az xəbər verir ki, bu fikri serbiyalı epidemioloq, doktor Zoran Radovanoviç deyib. O, hesab edir ki, fərqli dövlətlərdə görülən məhdudlaşdırıcı tədbirlər yoluxma hallarının və ölənlərin sayının azalmasına kömək edəcək.
"Vaxtında tədbir görülməsəydi, bir çox ölkədə virusa yoluxanların sayı daha çox ola bilərdi. Sosial məsafə, təcrid və xəstələrlə təmasda olanların axtarışı səhiyyə sisteminin hazırlıqlı olmasına xidmət edir. Beləliklə, bütün ağır xəstələr mexaniki ventilyasiya aparatlarına və reanimasiya şöbələrinə aparıla bilər. Əks təqdirdə hazırda xəstələr xəstəxana dəhlizi boyu uzanardı" deyə ekspert qeyd edib.
Epidemioloq əmindir ki, pandemiyanı dayandırmaq tamamilə mümkün deyil, ancaq onu ləngitmək olar. O etiraf edir ki, koronavirusdan ölənlərin sayının azalması ilə ölkələr məhdudlaşdırıcı tədbirləri yumşaltmağa başlaya bilər. Lakin Radovanoviç yumşaldıcı qərarların payızda yeni pandemiya sürətinə səbəb olacağını istisna etmir.
O, Qərbi Balkanlarda izolyasiyanın aprel ayının sonuna qədər davam edəcəyini proqnozlaşdırır: "Sonra dövlətlər sayıqlığını itirə bilər. Bu vəziyyətdə pandemiyanın may-iyun aylarında yenidən yüksələcəyini və ya payıza qədər təxirə salınacağını söyləmək çətindir. Məsələn, SARS epidemiyası 2003-cü ilin iyul ayına qədər davam etdi, lakin yeni tip koronavirusda da eyni halın baş verə biləcəyi dəqiq deyil" deyə ekspert sözlərinə əlavə edib.
Xatırladaq ki, COVID-19 pandemiyası kontekstində mart ayında Qərbi Balkanların hökumətləri vətəndaşların hərəkətini məhdudlaşdırdı, işçilərin əksəriyyəti evdən işləməyə başladı. Eləcə də beynəlxalq və nəqliyyat əlaqələri dayandırıldı. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1916   Tarix: 01 aprel 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim seçimi yay kolleksiyasi gözəllik məhsulları ev dizaynlari qonaq otagi royanin oglu şirniyyatların hazırlanması buga burcu 2026 kosmetika novruz hakistalari qoğalın nağlı yemek reseptleri qiz burcu gulmeli hakista