Pediatr: Uşağı şirin çayla böyütmək olmaz

Pediatr: Uşağı şirin çayla böyütmək olmazAzərbaycanda çox anaların uşağı müəyyən dövrdən sonra şirinçaya alışdırması vərdişi getdikcə fəsadlarını göstərməkdədir.
Mütəxəssislər uşaq orqanizmi üçün şəkərli çayın zərərli olduğunu bildirir.
Milli.Az saglamolun.az-a istinadən xəbər verir ki, həkim pediatr Abdullayeva Gülnar anaların körpələri şirin çaya öyrəşdirməsini ciddi səhv adlandırıb:
"Şirin çay və şirin su asan mənimsənilən karbohidratdır. Buna görə gə uşaqlarda tez doyma hissi yaradır. Beləliklə balacalar lazımı qidalardan imtina edir. Ümumiyyətlə, uşaqlara 6 ayına kimi şirinçay vermək qəti qadağandır.
Ana südü 90% sudan ibarətdir. Ona görə də onlara şirin su verilməsinə ehtiyac görülmür. Amma uşaq  əlavə qidalara keçdikdə, isti yay aylarında heç bir əlavə qatqı olmadan adi su verilə bilər".
Bəs uşağa kəmşirin çay vermək olarmı? Xüsusən uşaq gecələr oyananda onu sakitləşdirmək üçün dərhal kəmşirin çay verməsinin səbəbi nədir?
"Şirin çayla kəmşirinin heç bir fərqi yoxdur. Ümumiyyətlə çay kalsium mübadiləsinə mənfi təsir göstərir. Uşaq müxtəlif səbəblərdən gecə yuxudan oyanıb ağlaya bilər. Acan uşağa şirin çay verib guya toxlaşdırmaq, sakitləşdirmək, sonradan uşağı şirin çaya öyrəşdirərək, gecələr təkrar-təkrar oyanmaların sayını artıracaq.
Xüsusən şirin çayla dolanan uşaqlarda çox kəskin iştahsızlıq olur. Valideyn müraciət edəndə deyir: uşağım heç nə  yemir. Menyunu soruşuruq, araşdırırıq, sonda məlum olur ki, yemək yemirdi, ana da bir stəkan şirin çay verirdi.
Bir çox ana gecə yuxusuna haram qatmaq istəmir. Əgər gecə uşağa şirinçay versək səhər işdahsızlıq yaranır.
Şirinçay əmziklə əmizdirildikdə dişlərin çox tez çürüməsinə, kariesin əmələ gəlməsinə, süd dişlərinin vaxtından əvvəl düşməsinə səbəb olur. Bu da arzuolunmayan bir vəziyyətdir. Bu halda uşaq ağzında yeməyi yaxşı çeynəyə bilmir, çeynəmədən udulan qidalar isə mədədə problemlərə yol açır. Ümumiyyətlə nəinki gecə, gündüz də şirinçay tövsiyyə olunmur".
Milli.Az

Xəbərlər     Baxılıb: 1510   Tarix: 08 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Kivini qabığı ilə yeməyin bu faydaları varmış

Kivinin lətli hissəsi C vitamini ilə zəngindir, həmçinin lif, kalium və K vitamini kimi vacib qida maddələri ehtiva edir. -a istinadən bildirir ki, kivini qabığı ilə birlikdə yemək orqanizm üçün daha çox fayda təmin edə bilər

.

Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir

Tez-tez təkrarlanan baş ağrısı bəzən stress, yuxu rejiminin pozulması, susuz qalmaq, yeməkləri ötürmək, gözlərin uzun müddət ekrana yönəlməsi və ya düzgün olmayan duruşla əlaqəli ola bilər. Bəzi hallarda isə miqren kimi xüsus

.

Yod çatışmazlığı təhlükəlidir

Yod tiroid hormonunun istehsalı üçün vacib bir elementdir. Həm çatışmazlıq, həm də artıqlıq orqanizm üçün ciddi təhlükədir.  xəbər verir ki, yod daha çox cod, ton balığı və süd, qatıq və pendir kimi süd məhsullarında olur

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Alimlər demensiyanı əvvəlcədən göstərən yeni əlamət tapdı

Yuxu zamanı beyin fəaliyyəti demensiya riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, bununla bağlı ABŞ-nin Kaliforniya Universitetinin alimləri araşdırma aparıb. Araşdırma çərçivəsində yaşı 40-94 arasında dəyişə

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qarpız bu şəxslərə olmaz

Qarpızın həddindən artıq qəbulu bəzi insanlar üçün sağlamlıq riski yarada bilər. xəbər verir ki, rusiyalı diyetoloq Olqa Yamilovanın sözlərinə görə, xüsusilə böyrək və şəkərli diabet xəstələri bu meyvəni ehtiyatla istehla

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

turlar.az

hamiləlik yaz geyimleri 2026 qaşların formalari döş əmən kişilər arıqlamaq gəlin paltarları duru yeməklər kosmetika arıqla uzeyir hacibeyli vətən haqqında bayatılar oglan evi novruz