Pəhriz saxlayarkən qidalar balanslaşdırılmış şəkildə qəbul edilməlidir

Pəhriz saxlayarkən qidalar balanslaşdırılmış şəkildə qəbul edilməlidirPəhrizin orqanizm üçün çoxlu faydası var. Pəhriz saxlayanlardan bəziləri həkim məsləhəti, bəziləri isə öz bildiyi kimi qidalanmağa üstünlük verir. Mütəxəssislər bəzən diyeta ilə pəhrizi səhv salanların da olduğunu bildirirlər.
Milli.Az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: "Təəssüflər olsun ki, pəhriz dedikdə yalnız arıqlamaq, çəki atmaq üçün olan diyetlər nəzərdə tutulur. Diyetologiya yalnız arıqlamaqdan ibarət deyil. Burada hər bir xəstəliyə uyğun və hər kəsə fərdi qaydada pəhriz növləri nəzərdə tutulur".
Xəstəliklər müəyyən edildikdən sonra ona uyğun pəhriz tətbiq olunmalıdır: "Ürək xəstəliyi, mədə-bağırsaq xəstəliyi olanların bir-birindən tam fərqli pəhrizləri var. Məsələn, böyrək xəstələrinə tərkibində daha az protein olan pəhrizlər məsləhət görülür. Ona görə bu fərdilik məsələsinə mütləq əməl olunmalıdır".
Psixoloqların dediyinə görə, həddən artıq pəhriz saxlamaq müəyyən psixoloji problemlərə səbəb olur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Çimnaz Verdiyeva deyib: "Düzgün qidalanmamaq, pəhriz qidalarından rejimsiz istifadə etmək depressiya, narahatlıq, yuxusuzluq və digər problemlərə səbəb olur. Belə halda onlar sosial cəhətdən də özlərində məhdudiyyətlər qoyurlar, çünki düzgün qidalanmamaq düzgün olmayan həyat şəraitinə aparıb çıxarır".
Pəhriz saxlayarkən qida rasionunda karbohidratlar, yağlar və zülallar balanslaşdırılmış qaydada olmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1286   Tarix: 13 iyul 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

gozel gorunmek gelinlikler geyim dəbləri zərdəçal sizanaqlara qarsi maska necə tez arıqlayım burcler 2026 kosmetika birlik hakisda uşaq şeirləri heyati buga burcu