Perekislə qarqara viruslardan qoruyur? - Həkimdən AÇIQLAMA

Perekislə qarqara viruslardan qoruyur? - Həkimdən AÇIQLAMAƏksər insanlar koronavirusa yoluxmamaq üçün hansı tədbirləri görməyin lazım olduğu ilə maraqlanır. Təəssüf ki, bununla bağlı spesifik profilaktik tədbir, eləcə də spesifik müalicə vasitələri yoxdur. Ona görə də məcburuq ki, sadəcə, ümumi profilaktik tədbirlər görməklə yoluxmanın qarşısını alaq.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının rezidenti, həkim Adil Əliyev bildirib: "Sadə dildə desək, düşmənlə-virusla mübarizə aparmaq üçün silahımız yoxdur. Lakin düşməndən uzaq durmaq, təmasa keçməmək hazırkı vəziyyətdə tək çıxış yolumuzdur. Həmçinin immun stimuləedici preparatlar, immuniteti gücləndirən bir sıra təbii məhsullarla qidalanmaq məqsədəuyğundur. Burada söhbət vitamin mənbəyi olan limon, portağal, soğan, sarımsaq kimi təbii məhsullardan gedir. Bu mənada, xüsusilə, zəncəfili qeyd etmək istəyirəm. İnternetdə araşdırma aparsanız, o bitkinin faydaları barədə geniş məlumat toplamaq olar. Yuxarıda "düşmənə" qarşı spesifik silahımız yoxdur deyə qeyd etdim. Lakin hər kəsdə olan bir "silah" var ki, o da immun sistemimizdir. İmmunitet düşmənlərə qarşı mübarizə aparan mürəkkəb bir sistemdir ki, orqanizm düşmənlə təmasda olan kimi immun sistemi səfərbər olaraq mübarizə aparır. Lakin immunitet hər kəsdə eyni gücdə deyil. Belə ki, cavan şəxslərdə immun sistemi yaşlılara nisbətən daha güclüdür. Ona görə də koronavirusla yoluxan yaşlılar xəstəliyi daha ağır keçirir. Hətta onlarda xəstəlik ölümə səbəb olur".
Həkim qeyd edib ki, ümumilikdə xəstəlik qrip və başqa tənəffüs infeksiyaları ilə oxşar əlamətlərə malikdir. Belə ki, bu virusa yoluxma zamanı quru öskürək və 38 dərəcədən yuxarı temperatur və s. əlamətlər müşahidə olunur.
Mütəxəssis, viruslardan qorunmaq üçün əl-üzün mütəmadi sabunla yuyulmasını, eləcə də şəxsi gigiyena qaydalarına əməl etməyi vacib saydığını vurğulayıb. Onun sözlərinə görə, təxminən 1 xörək qaşığı 3%-li perekis (Hidrogen peroksid) məhlulunu 1 stəkan ilıq suya əlavə edərək qarqara etmək olar. Amma hər bir halda nəzərə almalıyıq ki, bu kimyəvi maddənin həm də qıcıqlandırıcı təsiri olduğundan ehtiyatlı davranmalı, hətta fərdi şəkildə həkimlə məsləhətləşdikdən sonra istifadə etmək mümkündür: "Hazırda dünya gündəmində olan koronavirusa qarşı spesifik müalicə tədbirləri mövcud olmasa da, virusun xarici mühitdə davamsız olması, eləcə də dezinfeksiyaedici məhlulların təsirindən məhv olması bəllidir. Hazırda ölkəmiz virusa qarşı profilaktik tədbirlər görməkdədir. Həm maarrifləndirmə, həm də dezinfeksiya tədbirlərinin aparılması da bu tədbirlər silsiləsindəndir. İnanırıq ki, ölkəmiz bu sınaqdan da üzüağ şəkildə çıxacaqdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2043   Tarix: 21 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

aksessuarlar makiyaj instagram yay geyimləri 2026 ayaq sismesi daginiq skleroz mualicesi sirin qiz statuslari dolmalar kosmetika olumu namiq qaraçuxurlu seksual novruz hakısdası badambura