Perikard boşluğunun punksiyası və müayinəsi

Perikard boşluğunun punksiyası və müayinəsiPerikard boşluğunun müayinəsi diaqnostik və müalicə məqsədi ilə aparılır.Punksiyanın aparılması aşağıdakı xəstəliklər zamanı baş verir:
- ürək tamponadasının inkişaf simptomlarında
- irinli eksudativ perikarditə şübhə olanda
- eksudatın sorulma tendensiyasının olmaması
- eksudat perikarditin təbiətinin dəqiqləşdirilməsi
Bəzi hallarda punksiya həyati göstəriş olanda təcili aparılır.Bu zaman məqsəd mayenin evakuasiyası və ürəyin sıxılmasını azaltmaqdır.Hemostaz sistemində kifayət qədər pozğunluq olduqda və hemoragik sindromda punksiya əks göstərişdir.
Punksiyanın texnikası
Perikardın punksiyasının müxtəlif metodları var.Punksiya sağ tərəfi 30* qaldırılmış çarpayıda xəstənin arxası üstə uzanmış vəziyyətində aparılır.Belə vəziyyət mayenin perikard boşluğunun aşağı hissəsinə toplanmasını təmin edir.Punksiya yerli anesteziya ilə (1%-li dikaim məhlulu) xəncərəbənzər çıxıntıdan 0,5 sm solda edilir.Punksiya üçün şprisə bərkidilmiş uzun iynədən istifadə olunur.İynəyə isə sıxac vasitəsilə EKQ-nin döş aparmasının elektrodu birləşdirilir.İynə 45* bucaq istiqamətində sol çiyin oynağı istiqamətində perikardın parietal hissəsinə toxunana qədər yeridilir.Bu EKQ-də izləməklə həyata keçirilir.EKQ vasitəsilə iynənin miokarda daxil olunması diqqətlə izlənərək proses başa çatır.Bu zaman şprisi geri doğru çəkməklə iynəni ürək boşluğuna salmaq lazımdır.Daha sonra şprisin porşenini geri doğru çəkib perikard boşluğundakı maye xaric olunur.Sonra boşluğa furasilin və ya antibiotik yeridilir və iynə çıxarılır.
Perikardial mayenin müayinəsi müxtəlif istiqamətlərdə aparılır:
* mayenin fiziki-kimyəvi tərkibinin müəyyənləşdirilməsi
* mayenin sitoloji tərkibinin müəyyənləşdirilməsi
* bakterialoji müayinə
* immunoloji testin aparılması
Eksudatın xarakterinin təyini vacib diaqnostik əhəmiyyət kəsb edir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1063   Tarix: 15 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

geyim necə seçməli toy gecesi geyim seçimi piodermiya nedir elme aid atalar sozleri 2026 geyim kolleksiyalari i̇mtahana hazırlıq kosmetika hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz kondom vetene aid bayatilar gəncə qaynana hakista