Pərvin Səidədən də ÜZR İSTƏDİ - FOTO
Aktrisa Pərvin Abıyeva "Maşın" realiti-şousunda hər kəsdən, eyni zamanda müğənni Səidə Sultandan üzr istəyib.
Xanim.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna səbəb onun ötən gün Səidəylə söz davasına çıxmasıdır. Abıyeva qeyd edib ki, sözügedən şouya ölkədə kiçikdən böyüyə çox adam baxır:
"Dünən isterika keçirdim. Məndən balacalardan da, böyüklərdən də üzr istəyirəm. Səidə xanım da məndən böyükdür, hətta ondan da üzr istəyirəm".
Xatırladaq ki, ötəngünkü efirdə onlar arasında mübahisə düşüb, tanınmışlar bir-birini təhqir ediblər. Səs rejissorları efirdə səsi alaraq onların danışıqlarının eşidilməsinə maneə olublar.
f Paylaş