Pərvin videosundan danışdı: "Elə bil məni kişiylə tutmusuz"

Pərvin videosundan danışdı: "Elə bil məni kişiylə tutmusuz""Bunu uzatmağın mənası yoxdur. Elə bil məni kişiylə tutmusuz. Qız qızla oynayar. Bunun günahı videonu çəkib yayanın boynunadır. Hamı əylənir. Sadəcə, tanınıram deyə, yayılır və səs salır".
Open.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayımda deyib. O, bir neçə gün əvvəl yayılan rəqs videosundan danışıb:
"Bunun günahı onu ordan götürüb yayanın boynuna olsun. Kimin şəxsi həyatı kimin nəyinə lazımdır? İbnəlik edirlər. Niyə yayırsan, nə əldə etdin? Heç kimin alqışıyla yaranmamışam ki, qarğışıyla da öləm. Günahı Allah qarşısında özüm ödəyəcəm. Heç kim günahsız deyil. Kimin nə haqqı var mənə qarğış edə. Mənim etdiyim günahdırsa, qarğış edənlərin günahı yüz qat artıqdır. Qarğış gəlib öz başınıza düşəcək.
Neçə gündür gözləyirəm ara sakitləşsin, cavab verim. Günahım yoxdur ki, sakit dayanım və depressiyaya düşüm. Hamı yaxınlarının əhatəsində rahat olur, istədiyi kimi əylənir. Mən heç ərimlə elə rəqs etmərəm. Adıma çıxarmadığınız söz qalmadı. Orientasiyamı da dəyişdiniz. Qoşmadığınız hal qalmadı.
Özüm üçün yaşayıram, əl-ayağa düşən başqalarıdır. Neqativ yazanlar məni qocaltdı. İçki içəndə əhvalın düzəlir və özünü necə istəyirsən aparırsan. Hicab taxıb içirsiz? İçib, özümü necə istəyirəm aparıram. Kimsə kənardan çəkirsə, özü bilər. Hamımızın başına gələ bilər. Tanınmışam deyə, məndə gündəm olur. Mən də normal insanlar kimi əylənmək, sıradan biri kimi yaşamaq istəyirəm. Tanınmışlığım həyatımın önünə keçə bilməz. Heç kimin həyatı tam ideal deyil. Hamının dərdi var. Allah bir yandan alanda, bir yandan verir. Bacardığımız qədər əhvalımızı yüksək tutaq.
Dilim varsa, dilçəyim də var. Hərə özünə cavabdehdir, mən də özümə".

Şou Biznes     Baxılıb: 1696   Tarix: 22 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Nev vəfat etdi

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy (Nev) vəfat edib. Bu haqda xəbəri sənətçinin meneceri İlker Ercan açıqlayıb. 57 yaşlı sənətçi qaraciyər xəstəliyinə görə müalicə alırdı. Qeyd edək ki, Nev 200-ci illərdə iz qoymu

.

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

.

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

.

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

turlar.az

qaşların formalari geyim dəbləri maskalar pehriz salatlar sizanaqlar ayaqqabi modelleri 2026 kokteyl paltarlari kosmetika oglaq toyuq salati rus dilini öyrənək faydalı bilgilər atalar sözləri