Peterburq metrosunda həyatını itirən azərbaycanlı qızın dəfnindən ÜRƏK DAĞLAYAN FOTOLAR: "Kəfənimi oğurladın, a bala"

Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində həyatını itirən 21 yaşlı azərbaycanlı gənc Dilbər Əliyevanın cənazəsi bu gün torpağa tapşırıldı. Sputnik Azərbaycan-ın əməkdaşının da qatıldığı dəfn mərasimində yüzlərlə insan iştirak edib. Başsağlığına gələn insanlar üçün ərazidə 3 yas çadırı qurulmuşdu.

Xanim.az sputnik.az-a istinadən bildirir ki, Dilbər Əliyeva ilə vida marəsimi Dilbər Əliyevanın əmisi Zakir Əliyevin sözlərinə görə, Dilbər 1996-cı ildə Sankt-Peterburqda dünyaya gəlib, Rusiya vətəndaşı olub. Əslən Gürcüstandan olan Əliyevlər ailəsi uzun illər Sankt-Peterburqda yaşayıb. "Çox sevimli qız idi. Bu il institutu bitirəcəkdi. Sonuncu kursda oxuyurdu..." - deyir əmisi.

Z. Əliyevin sözlərinə görə, hadisə barədə internet vasitəsilə məlumat alıb. Sonradan qardaşına zəng edərək, ondan Dilbərin ağır yaralandığı xəbərini öyrənib: "Sonra dedilər ki, onun həyatını qurtarmaq mümkün olmayıb".

Yas çadırı "Dilbərin qardaşı da Sankt-Peterburda təhsil alır. Bir bacı, bir qardaş idilər. Qardaşım qızın təhsilini bitirməsini gözləyirdi. Deyirdi ki, "qız təhsilini bitirsin, köçüb gələcəyik Azərbaycana". Onlar Azərbayacan çox bağlı bir ailədir" - Z. Əliyev danışır. Dilbərin xalasının yoldaşı Musa Rzayev də onu pozitiv bir qız kimi xarakterizə edib: "Sankt-Peterburq Universitetinin Psixologiya fakültəsində təhsil alırdı. Çox savadlı qız idi. Arzulayırdı ki, uşaq psixoloqu olsun. Uşaqları çox sevirdi".

Cənazə namazı M. Rzayev bildirir ki, hadisəsən sonra Dilbərin atası ona zəng edərək, Dilbərin başına gələnləri danışıb: "Dedi, sağ tərəfdən yaralanıb. Qəlpələr sağ qolunu parçalayıb, ayağını qoparıb, xəstəxanaya gedənədək çox qan itirib. Sonra da dünyasını dəyişib". "Yayda Dilbər bir ay Bakıda qaldı. O, fərqli uşaq idi. Onun elə ideyaları, elə fikirləri vardı ki... Mənə deyirdi, "əmi, toyumu Bakıda edərsiniz". Qismət olmadı" - Rzayev bunları danışdıqca göz yaşlarını saxlaya bilmir...

Dilbərin atası və qardaşı onun məzarı başında Nəhayət Dilbərin cənazəsi götürüldü. Bu acıya dözmək çətin idi. Anası Güllü xanım, bibiləri, nənələri Dilbəri oxşayıb ağlayırdılar. "Kəfənimi oğurladın, a bala" - deyə nənəsi inildəyirdi. Dilbərin dostu Ülvin Şirinzadənin sözlərinə görə, Dilbər genişürəkli, həyatsevər qız olub: "Mehriban idi, valideynlərinə çox hörmət edirdi. Uzun müddət Rusiyada yaşasa da, vətənini çox sevirdi. Ailəsi düşünürdü ki, Azərbaycana qayıdıb, burda yaşasınlar. Ancaq qismət olmadı". "Ən böyük arzusu psixoloq olmaq idi. Deyirdi ki, psixoloq olub, insanların dərdlərinə şərik olmaq istəyir. Amma özü bir dərd oldu sevənləri üçün. Biz onu tez itirdik. Allah rəhmət eləsin" - deyir Ülvin. Dilbər Əliyeva Suraxanı, Dədə Qorqud qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edildi.

Dilbər Əliyeva Dədə Qorqud qəbiristanlıqda dəfn edildi Xatırladaq ki, bu il aprelin 3-də Rusiyanın Sankt-Peterburq metrosunun "Sennaya ploşad" və "Texnoloqiçeskiy institut-2" stansiyalarında baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər isə xəsarət alıb. Rusiya Federasiyasının İstintaq Komitəsi hadisə ilə əlaqədar "Terror aktı" maddəsi ilə cinayət içi açıb.
Peterburq metrosunda həyatını itirən azərbaycanlı qızın dəfnindən ÜRƏK DAĞLAYAN FOTOLAR: "Kəfənimi oğurladın, a bala"Peterburq metrosunda həyatını itirən azərbaycanlı qızın dəfnindən ÜRƏK DAĞLAYAN FOTOLAR: "Kəfənimi oğurladın, a bala"Peterburq metrosunda həyatını itirən azərbaycanlı qızın dəfnindən ÜRƏK DAĞLAYAN FOTOLAR: "Kəfənimi oğurladın, a bala"Peterburq metrosunda həyatını itirən azərbaycanlı qızın dəfnindən ÜRƏK DAĞLAYAN FOTOLAR: "Kəfənimi oğurladın, a bala"

Xəbərlər     Baxılıb: 2325   Tarix: 06 aprel 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

gozel gorunmek toy gecesi geyim seçimi seksual fotolar morugun faydasi günay musayeva yemisan faydasi kosmetika hakisdalar yumurta yuxuda qara ilan gormek hakistalar novruza aid