Peyvənddən sonra qidalanma rejimi necə olmalıdır? - Həkim MƏSLƏHƏTİ

Peyvənddən sonra qidalanma rejimi necə olmalıdır? - Həkim MƏSLƏHƏTİPeyvənd vurdurandan sonra qidalanmada zülal, mineral, yağ və vitaminlər vəhdət təşkil etməlidir. Həkimlər xüsusi olaraq vurğulayırlar ki, həmin prosedurdan sonra qida rasionuna daxil edilən ərzaqlar düzgün seçilməlidir.
Publika.az xəbər verir ki, əsas olaraq müntəzəm və düzgün şəkildə su qəbul edilməlidir. Suya zəncəfil, nanə, yaşıl alma, darçın və iki-üç dilim limon əlavə edərək içilməsi immun sistemi üçün çox faydalıdır. Həkim-terapevtin dediyinə görə, bu, həmçinin mədə-bağırsaq sisteminə də müsbət təsir edir. Bundan başqa həkimlər qeyd edirlər ki, pandemiya dövründə immun sistemini gücləndirən qidalara daha çox üstünlük verilməlidir.
Həkim-diyetoloq Ləman Süleymanova deyib ki, peyvənddən sonra çoxlu tərəvəzlər qəbul edilməlidir:
"Həmçinin vitaminlərlə zəngin və mövsümə uyğun olaraq meyvələrdən istifadə edilməsi məqsədəuyğundur. Ət məhsulları, toyuq, balıq məhsulları və göyərtilər mütləq şəkildə rasiona daxil edilməli, xüsusilə tərkibində S vitamini olan qidalara üstünlük verilməlidir. D vitamini olan qidaların - göbələk, kərə yağı, yumurta, avokado və s. də qəbulu məsləhətdir".
Kişmiş, kəvər, göy və qırmızı soğan, sarımsaq, brokkoli və gül kələmi də vitaminlərlə zəngin qidalardır. Peyvənd olunanların xüsusilə spirtli içkilərdən uzaq olması, fast-fud, şirniyyat və un məmulatlarından mümkün qədər az istifadə etməsi tövsiyə olunur.
"Yağlı, qızardılmış və qurudulmuş qida məhsullarının qəbulunu məhdudlaşdırmaq lazımdır. Qaynadılmış, buxarda bişirilmiş, kabab formasında olan məhsullardan rahat şəkildə istifadə etmək olar. Normal yuxu rejimi və stresdən uzaq olmaq da peyvənddən sonra yaxşı təsir göstərir", - deyə həkim-diyetoloq bildirib.
Zülalların kifayət qədər qəbulu da əsas amillərdəndir. Bu baxımdan balıq, pendir, lobya, mərcimək, noxud və çərəzlərin yeyilməsi məsləhətdir. Orqanizmdə xəstəliklərin yaranmaması üçün gündəlik qidalanma normasını gözləmək və ona əməl etmək lazımdır.

Sağlamlıq     Baxılıb: 3591   Tarix: 07 may 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

turlar.az

yay geyimləri 2026 gözəllik məhsulları geyim necə seçməli balqabaq yagi agil haqqinda atalar sözləri aşıqlar dieta kosmetika xerçeng qız bürcü aydin sani həmidə pizza