Piknikə gedəndə bu rəng paltarlar geyinməyin - Gənə yapışacaq
Piknik edərkən bəzi rəngli paltarları geyinməmək tövsiyyə olunur.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb bəzi rəngli paltarların gənələri özünə çəkməsidir.
Meşə gəzintiləri, pikniklər və açıq hava tədbirləri yay aylarında məşhur olsa da, bu fəaliyyətlər bəzən sağlamlıq riskləri yaradır. Onlardan biri də gənə yapışmasıdır. Gənələr ciddi xəstəliklərə səbəb ola bilir. Bu səbəbdən uzunqollu geyimlər və şalvarlar ən çox tövsiyə olunan qorunma metodlarıdır.
Lakin son araşdırmalar göstərib ki, geyim rəngi də çox önəmlidir. "Skandinaviya Yoluxucu Xəstəliklər Jurnalı"nda dərc olunan tədqiqat nəticəsində, parlaq rənglərin gənələri 20 dəfə daha çox cəlb etdiyi məlum olub. Araşdırmaya görə, parlaq rənglərin gənələri cəlb etməsinin səbəbi hələ tam bilinməsə də, bəzi alimlər bu rənglərin təbiətdəki maralların qarın bölgəsinin rənginə bənzədiyini iddia edirlər.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO