"Pis gəlin bir nəsli bədbəxt edir" - Əməkdar artist
"Gözüyumulu evlənməyin. Ev dağılır övladlar travma yaşayır. Bir gəlin bir nəsli bədbəxt edir".
azxeber.com xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Qonaqcanlı" verilişində deyib.
Müğənni keçmiş gəlini ilə yaşadığı problemdən danışıb:
"Babalarımız düz edirdi: bir qızı alanda yeddi arxasını, nəslini, bütün sülaləsini öyrənməlisən. Çoxları deyirdi, nəslini alıram? Bir də görürsən nəsildə bir xarab var, gedib ona oxşayır. Qız almaq və vermək asan deyil. Mənim başım nələr çəkdi. Gözüyumulu evləndirdim. Hələ də çəkirəm. Bu yaşımda 3 uşağa baxıram. Yaşa dolmuşam, uşağa baxan yaşımdır?".
Qeyd edək ki, ifaçının oğlu Kərim keçmiş həyat yoldaşı Canana ilə qalmaqallı şəkildə boşanıb. Onların 3 övladı var. Uşaqların qəyyumluğu əvvəl ataya verilib. Daha sonra isə uşaqlar anada qalıb. Hazırda uşaqlara M.İsgəndərli baxır. Kərim ikinci dəfə ailə qurub və bu nikahdan övladı doğulub.









Hakışta
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı
Sezen Aksu sevənlərə pis xəbər
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır