Piylənmə COVID-19-dan ölüm riskini artırır

Piylənmə COVID-19-dan ölüm riskini artırırPiylənmə COVID-19-a yoluxanlar üçün çox təhlükəlidir. Məhz artıq çəki yeni növ koronavirusdan ölüm hallarının yüksək olmasının əsas səbəblərindəndir. Bu xəstəlik bir milyondan çox insanın həyatına son qoyub. Lakin bu kədərli məlumatlara baxmayaraq, "Fast Food" və un məmulatlarının həvəskarları öz zərərli vərdişlərindən imtina etməyə tələsmirlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosu məlumat yayıb. Bu yaxınlarda aparılan araşdırma zamanı məlum olub ki, kök insanlar, o cümlədən cavanlar COVID-19 xəstəliyini çətin keçirirlər. Onların bir qayda olaraq intensiv terapiyaya və süni nəfəs aparatlarına ehtiyacı olur.
Hazırda dünyada 2,3 milyarda yaxın insan artıq çəkiyə malikdir. ÜST-nin Avropa regionunda yaşı altıdan doqquza qədər olan 400 minə yaxın uşaq piylənmədən əziyyət çəkir.
Mütəxəssislər bunu əsasən fiziki aktivliyin olmaması, duzlu, natriumlu, şəkərli və yağlı qidalardan həddindən artıq istifadə edilməsi ilə əlaqələndirirlər.
Təcridolunma tədbirlərinin görülməsi nəticəsində bir çox insanların idman zallarında məşğul olmaması, velosipedlə işə getməməsi, açıq havada gəzməməsi mövcud vəziyyəti daha da gərginləşdirib. Bəziləri isə gəlirlərinin azalması səbəbindən qənaət etməyə məcbur olaraq özlərinə ucuz yerlərdən tərkibində şəkərin, yağın və duzun yüksək dərəcədə olduğu yeməklər sifariş edirlər. Avropa regionunun bəzi ölkələrində qeyri-sağlam qida istehsalçıları COVID-19-un region iqtisadiyyatına təsiri bəhanəsilə "Fast Food" yeməklərinə qoyulan reklam məhdudiyyətlərinin yumşaldılmasına nail olmağa çalışır.
ÜST dünyanın COVID-19-dan sonra yoluxucu xəstəliklər zamanı ağır nəticələrə səbəb ola biləcək piylənmə pandemiyası ilə qarşılaşacağından narahatdır. Piylənmə ürək-damar xəstəliklərinin, xərçəng və diabetin inkişaf riskini kəskin şəkildə artırmaqla yanaşı, bir sıra psixoloji problemlərə də gətirib çıxarır.
Bu həftənin cümə axşamı günü ÜST-nin himayəsi altında COVID-19 kontekstində piylənməyə qarşı mübarizə təcrübələrini bölüşən region ekspertlərin virtual görüşü keçirilib.
COVID-19 hazırda dünyanın 185 ölkəsində aşkarlanıb. Qırx milyondan çox insan bu xəstəliyə yoluxub, bir milyondan çox insan isə bu xəstəlikdən həyatını itirib. Son araşdırmalar zamanı o da məlum olub ki, bu statistik göstəricilər, həmçinin piylənmə ilə bağlıdır.
"ÜST-yə üzv dövlətlər piylənmə, qeyri-infeksion xəstəliklər və COVID-19 səbəbindən ölüm halları ilə bağlı təcrübələrini və məlumatlarını paylaşa biləcək bir platforma təqdim etməyə hazır olduqlarını bildiriblər", - deyə ÜST-nin nümayəndəsi Joao Breda bildirib. O, bu müşavirənin regiondakı ekspertlərə, həkimlərə və vəzifəli şəxslərə koronavirus xəstələrinin müalicəsində risk faktorlarını nəzərə almaqda və bu məlumatları hesabatlarında və tövsiyələrində əks etdirməkdə kömək edəcəyinə əmin olduğunu bildirib.
Müşavirənin gedişində Böyük Britaniyadan olan baş diyetoloq xanım bildirib ki, ölkədə 2020-ci ilin mart ayından bəri sağlamlıq üçün zərərli olan ərzaq məhsullarının satışında güclü artım, fiziki aktivliyin isə kəskin surətdə azalması müşahidə olunur.
Qeyd edək ki, bu kontekstdə bütün ekspertlər insanların rifahına və sağlamlığının qorunmasına kömək edəcək daha səmərəli siyasətin və yanaşmaların tətbiqinin vacibliyini vurğulayıblar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1144   Tarix: 25 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

hamilelikde qidalanma qaşların formalari aksessuarlar goyemin faydalari intim münasibətləri qadın hüquqları milli yeməklər kosmetika big.az seksler novruza aid hakışda masturbasiya nedir kahfe falı