Piylənmənin səbəbləri
Kişilərlə müqayisədə qadınlar piylənməyə 2 dəfə artıq məruz qalır. Artıq çəkinin yarandığı kritik dövr 30-60 yaş arasıdır. Ümümdünya Səhiyyə Təşkilatının beynəlxalq ekspertlərinin fikrincə piylənmə peşə, sosial, milli, coğrafı, cinsi və yaş qrupundan asılı olmayaraq, planetimizin milyonlarla əhalisini əhatə edən qlobal epidemiyadır.Artıq çəkili insanlar normal bədən kütləsinə malik şəxslərə nisbətən hipertoniyadan 2-3, stenokardiya və ürəyin işemik xəstəliyindən isə 3-4 dəfə çox əziyyət çəkirlər. Belə pasiyentlərdə bütün xəstəliklər, hətta KRVİ, qrip və ağciyərlərin iltihabı daha ağır formada gedir, fəsadların yaranma riski yüksək olur.Piylənmə əksər hallarda orqanizmə qida vasitəsilə daxil olan enerji ilə onun sərfi arasındakı disbalans nəticəsində əmələ gəlir. Artıq kalori piyə çevrilərək, depo şəklində dərialtı qat, piylik, qarın divarı və daxili orqanlarda toplanır. Piy ehtiyatlarının artması bədən kütləsinin yüksəlməsinə və bir çox sistemlərin fəaliyyətinin pozulmasına gətirib çıxarır. Piylənmə hallarının 90%-i izafi qida qəbulu, 5%-i isə metabolik pozğunluqlarla bağlı olur.
Piylənmənin profilaktikası üçün qidanın kalorisi ilə sərf olunan enerji arasındakı balans qorunmalıdır. Piylənməyə irsi meyllik olduqda, hipodinamiya zamanı, həmçinin 40 yaşdan sonra karbohidrat və yağların qəbulu məhdudlaşdırılmalı, zülal və bitki mənşəli qidalara üstünlük verilməlidir. Piyada gəzintilərinə, üzgüçülük və idman məşqlərinə vaxt ayrılmalıdır.
Milli.Az









Hakışta
Qara zirə (Çörək otunun) faydaları
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
İşdə nə edək ki, daha az yorulaq
Enerji içkisi sevənlər oxusun
Çılpaq yatmağın faydaları
Sağlam qaraciyər üçün qəhvə için
Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR
Gözümüzü məhv edə biləcək eynəklər var