Plevrit və plevral möhtəviyyat

Plevrit və plevral möhtəviyyatPlevrit plevranın səthində möhtəviyyat əmələ gəlməsi və plevral boşluqda maye toplanması ilə xarakterizə olunan iltihabı xəstəlikdir.
Xəstəliyin 2 əsas forması ayırd edilir:
- quru
- möhtəviyyatlı(eksudativ)
Plevrit xəstəliyi öz gedişində xarakterini dəyişə bilir.Belə ki,eksudativ plevrit sorulduqda quru plevritə çevrilə bilir.
Plevritin əmələ gəlməsində pnevmakokkların,stafilokokkların,vərəm mikrobakteriyasının,bəyaz spiroxetin rolu böyükdür.Plevrit lokalizasiyasına görə bir neçə növlərə bölünür:
- apikal (zirvə plevriti)
- kostal (plevranın qabırğa nahiyəsinin plevriti)
- kostodiafraqmal
- diafraqmal
- paranediastinal
Plevritlər birtərəfli və ikitərəfli ola bilir.
Xəstəliyin əmələ gəlməsində virusların,bakteriyaların,göbələklərin,parazitlərin,apitik törədicilərin,xlamidiyaların törətdiyin infeksion xəstəliklərin cəbəbi vardır.Plevritin əmələ gəlməsinin əsas səbəbi ağ ciyərlrin və döşdaxili limfaların vərəmi hesab olunur.Plevritin baş verməsində pnevmoniyaların,ağ ciyərlərdə baş verən irinli proseslərin rolu da var.
Bəzi hallarda plevra və ağ ciyərlərin metastatik şişləri,ağ ciyərlərin birincili xərçəngi,limfoma,leykoz da plevritin baş verməsinə səbəb olur.
Əlamətləri
Plevrada iltihabi proses olduqda ilk sutkalarda limdotik kapilyarların genişlənməsi,onların keçiriciliyinin artması,ödem və plevraaltı qatın infiltirasiyası müşahidə edilir.1-2 gündən sonra kapilyarların trombozu baş verir və damarların keçiriciliyi azalır.Bu zaman plevra ödemli və durğun olur.Sonra hüceyrə infiltrasiyası baş verir və səthdə eksudat əmələ gəlir.Eksudat tərkibinə görə müxtəlif olur:
fibrinoz
seroz
irinli
hemoragik
Eksudat müalicə nəticəsində sorula və ya fibroz toxumaya çevrilə bilir.
Xəstəlik özünü tənəffüs aktından asılı olan,güc verdikdə və öskürdükdə güclənən,bədənin vəziyyətindən asılı olaraq döş qəfəsində baş verən ağrılarla biruzə verir.Plevrada toplanan maye ağ ciyəri sıxdıqda təngnəfəslik meydana çıxır.Quru plevrit zamanı xəstələr subfebrikl,eksudativ plevrit zamanı isə yüksək qızdırmadan şikayət edirlər.
Xəstəliyə diaqnoz qoyulan zaman xəstənin anamnezinə diqqətlə qulaq asmaqda fayda var.USM,rentgenoloji müayinə,palpasiya,auskultasiya,perkusiya və digər laborator müayinələrin nəticələri diaqnozun təsdiqlənməsində rol oynayır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1078   Tarix: 15 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

geyim necə seçməli toy gecesi geyim seçimi piodermiya nedir elme aid atalar sozleri 2026 geyim kolleksiyalari i̇mtahana hazırlıq kosmetika hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz kondom vetene aid bayatilar gəncə qaynana hakista