Pnevmoniya barədə bilmədikləriniz - Hansı halda şübhələnməli?

Pnevmoniya barədə bilmədikləriniz - Hansı halda şübhələnməli?Hər il pnevmoniyadan ölənlərin sayı artır. İnsanı xəstəxanaya çatdırırlar, 1-2 gün ərzində ölür və səbəb kimi pnevmoniya göstərilir.
Bu xəstəlik o dərəcədə amansızdır ki, varlı, kasıb, imkan, yaxşı xəstəxana və həkim fərqi olmur.
Milli.Az pandemiya dövründə kəskinləşən pnevmoniya barədə vacib məqamları təqdim edir:
1.Pnevmoniya necə yaranıb?
Ağciyərlərin və tənəffüs yollarının iltihabını yaradan 30 müxtəlif virus var. Virus pnevmoniyası daha çox rast gəlinir və yüngül keçir. Amma qrip ağırlaşması olaraq yoluxucu streptokokk bakteriyaları ilə iltihab baş verərsə xəstəlik ağır keçir.
Göbələklərin yaratdığı pnevmoniya isə immuniteti zəif insanlarda baş verir.
Bir çox iri xəstəxana və əməliyyatxanalarda virus və göbələklərdən xəstəxanadaxili pnevmoniyaya tutulmaq olur.
Hətta ən ciddi dezinfeksiya və antiseptika olunan tibb müəssisəsində belə risk var.
Aspirasion pnevmoniya isə qida və ya selik, tüpürcək nəfəs yollarına düşdükdə baş verir. Bu nevroloji problemləri olanlarda və içki içənlərdə rast gəlinir.
2.Kimlər pnevmoniyaya tutulur?
Fərq yoxdur, kim olursa olsun. Əgər orqanizm zəifləyibsə, immunitet düşübsə, hətta adi soyuqdəymə belə pnevmoniya verə bilər. Risk daha çox 2 yaşına kimi uşaqlarda, 60 yaşından yuxarı yaşlılarda, siqaret çəkənlərdə, QİÇS xəslərində, kimyaterapiya alanlarda, xroniki ağır xəstəliyi olanlarda, ağır əməliyyat keçirənlərdə yüksəkdir.
3.Pnevmoniya hansı hallarda öldürür?
Bir çox xəstələrdə sepsis inkişaf edərək ağciyər, ürək çatışmazlığı baş verir. Orqanizm infeksiyaya çox kəskin reaksiya verəndə orqanizmin ayrı-ayrı hissələrində iltihab ocaqları yaranır. Buna görə əsas ürək və ağciyərlərin işini pozur.
Sepsis immuniteti zəif olanlarda, azyaşlı uşaqlarda, yaşlı insanlar, hamilələr, xroniki siqaret çəkənlərdə çox yaranır.
4.Pnevmoniya müalicə olunurmu?
Pnevmoniya adı eyni olsa da özü müxtəlif olur və müalicəsi də eyni deyil. Əgər xəstəliyi bakteriyalar yaradıbsa, antibakterial müalicə aparılır. Əgər göbələk yaradıbsa, göbələk əleyhinə aparılır. Əgər virus yaradıbsa, virus əleyhinə terapiya edilir.
Qızdırmasalıcı, ümumi gücləndirici, çox miqdar maye də vacibdir.
Ağır hallarda mütləq xəstəxana rejimində müalicə olmalıdır
5.Necə qorunmalı?
Əsas səbəb qrip və viruslardır. Ona görə qrip ştamlarına görə ildə peyvənd olunmaq yaxşı olardı. Eləcə də pnevmakokka qarşı vaksin var. Qrip epidemiyası mövsümündə ictimai nəqliyyat, ticarət mərkəzləri, kütlə içində az olun. Əlləri tez-tez yuyun, dezinfeksiya edin. İmmuniteti möhkəmləndirmək üçün qida, idman, hava, yuxu rejimi gücləndirin. Qrip olanda işə, dərsə getməyin, mütləq yataq rejimində olun
6.Hansı hallarda həkimə getməli?
Pnevmoniyanın birinci əlaməti təngnəfəslik, irinli bəlğəmli öskürək, 39 dərəcə qızdırma, titrəmə və boğulmadır.
Ümumiyyətlə, 3 gündən artıq getdikcə əlamətləri zəifləməyən halda dərhal xəstəxanaya gedib, qan analizi, rentgen və müayinələrdən keçmək lazımdır. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1427   Tarix: 21 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

reseptler geyim və ayaqqabılar toy gecesi cinsi problemlər sanamalar küftələr atalar sözləri kosmetika vetene aid bayati sirniyatlar qaynana tanisliq sağlamlığa aid atalar sözləri