"Porsche" ilə iki uşaq anasını öldürən biznesmen oğlu görün haradadır

"Porsche" ilə iki uşaq anasını öldürən biznesmen oğlu görün haradadırBir neçə gün əvvəl Bakının Sabunçu rayonunda yetkinlik yaşına çatmayan oğlanın "Porsche" markalı avtomobillə gənc qadını vurub öldürməsi hadisəsindən sonrakı proseslərlə bağlı bəzi məsələlər aydınlaşıb.

Hadisəni törətmiş və barəsində Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə iş açılmış 2001-ci il təvəllüdlü Fərəcli Ağaəli Füzuli oğlu hazırda Bakıdadır və istintaq nəzarəti altındadır. Onun barəsində məhkəmə tərəfindən hər hansı qərar çıxarılmayıb. Bununla belə, Sabunçu Rayon Polis İdarəsi istintaq dövründə A.Fərəclinin ölkədən çıxmaması və istintaqdan yayınmaması ilə bağlı onun valideynindən yazılı iltizam alıb.

Bakıxanov qəsəbəsindəki bir sıra restoran və klublarda tez-tez görünən 16 yaşlı Ağaəli hadisədən sonra həmin yerlərə baş çəkməyi dayandırıb.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu hadisə ilə bağlı birgə məlumat yayıb. Həmin məlumatda bildirilir ki, 3 may 2017-ci il tarixdə naməlum avtomobilin sürücüsü Sabunçu rayonu ərazisində hərəkətdə olarkən piyada Məmmədova Xəyalə Ənvər qızını vuraraq hadisə yerindən qaçıb. X. Məmmədova aldığı bədən xəsarətlərindən 3 saylı şəhər kliniki xəstəxanasında vəfat edib. Fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb. Daha sonra 263.2-ci maddə 263-1.3-cü maddəyə tövsif edilib.

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Porsche" markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili idarə edən azyaşlı Ağaəli Fərəcli tərəfindən törədilməsi müəyyən edilib.

Həmçinin vurğulanıb ki, cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış A.Fərəclinin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs - Nadir Məmmədov (ad və soyad şərtidir) tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə - azyaşlı oğlu A.Məmmədova verdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tətbiq edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Mənbə:lent.az

Xəbərlər     Baxılıb: 2673   Tarix: 11 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Süfrəmizdəki təhlükə - Həkimdən XƏBƏRDARLIQ

Qidalanma vərdişləri böyrək daşı xəstəliyinin yaranmasında mühüm rol oynayır. xəbər verir ki, bu barədə türkiyəli urologiya mütəxəssisi Mustafa Suat Bolat məlumat verib. Onun sözlərinə görə, zülalın həddindən artıq qəbul

.

Gəzərkən artan ağrı bu xəstəliyin ƏLAMƏTİDİR

Gəzərkən artan ağrı, ayaqlarda uyuşma və qısa məsafədən sonra dincəlmə ehtiyacı onurğa kanalının daralması xəstəliyinin ilkin əlamətləri ola bilər. Xüsusilə 55-60 yaşdan sonra daha çox rast gəlinən bu problem irəlilədikd

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

turlar.az

sac duzumleri gözəllik məhsulları toy makiyaji sekilleri erroziya nədir baliq yagi göyəm turşusu qış tədarükü kosmetika gozde olar qiz evi haxista zəhmət novruza aid hakisda burclerin uyumu