Prezidentdən əhaliyə ŞAD XƏBƏR: "Bu il..."

Prezidentdən əhaliyə ŞAD XƏBƏR: "Bu il...""Azərbaycanın işğal olunmuş ərazilərdə bütün infrastruktur, dini abidələr, məbədlər dağıdılıb. ATƏT-in iki Faktaraşdırıcı Missiyasının hesabatında da bu, təsdiqini tapıb. Baş verənlər separatçılığın və Ermənistan tərəfindən işğalın nəticəsidir."

Xanim.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında deyib.

Prezident İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların qətnamələrində, qərarlarında Ermənistan işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir.

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qəbulundan 25 il keçdiyini qeyd edən prezident bildirib ki, Təhlükəsizlik Şurasının bəzi qətnamələri isə saatlar içərisində yerinə yetirilir.

"Biz bunu ikili standartlar adlandırırıq. Beynəlxalq münasibətlərdə ikili standartlar mövcud olduğuna görə beynəlxalq hüquq müxtəlif ölkələr tərəfindən müxtəlif cür təfsir olunur. Beynəlxalq təşkilatların qərarları icra olunmursa, bütün dünya təhlükəyə doğru gedir. Bu, onu göstərir ki, bir ölkə digərinin ərazilərini işğal edə bilər", - deyə İlham Əliyev bildirib.

Prezident bəyan edib ki, Azərbaycanın əraziləri işğaldan azad edilməli, vətəndaşlarımız torpaqlarına qayıtmalıdır. O bildirib ki, Azərbacyan münaqişəni həll etmək, Ermənistan isə status-kvonu saxlamaq istəyir.

"ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərin rəhbərləri dəfələrlə bəyan edib ki, status-kvo dəyişməlidir. Bu, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi deməkdir", - İlham Əliyev qeyd edib.

Dövlət başçısı həmçinin vurğulayıb ki, 25 il ərzində Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasına baxmayaraq, ölkə böyük uğurlar əldə edib.

"Hökumət və xalq arasında birlik olanda torpaqlar işğal altında qalsa belə, iqtisadiyyat inkişaf edə bilər: "Azərbaycanda yoxsulluğu son 15 ildə 5 faizə qədər azaltmışıq. Azərbaycan iqtisadiyyatı neft qiymətlərinin aşağı düşməsindən əziyyət çəkib. Ancaq islahatlarla qısa müddətdə çətinlikləri həll edə bildik. Neft gəlirləri 3-4 dəfə aşağı düşürsə, bu, həyat tərzinə təsir edir. Buna baxmayaraq, çətinliklərin öhdəsindən gəldik. Müəyyən çətinliklər var, ancaq neft qiymətlərinə adaptasiya baş verir. Bu il iqtisadi artım olacaq. Biz ixracımızı genişləndirməliyik, bizə xarici bazarlar lazımdır. Bunun üçün həmin bazarlara malik ölkələrin rəhbərləri ilə yaxşı siyasi əlaqələrə malik olmalıyıq", - İlham Əliyev bəyan edib.

mənbə: istipress

Xəbərlər     Baxılıb: 2764   Tarix: 16 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

turlar.az

maskalar gözəllik məhsulları kosmetik vasiteler hakışta xınayaxdı intim haqda qadin ehtirasi artiran dermanlar süfrə bəzədilməsi kosmetika ariqla muellim seiri baliq novruz bayrami hakisda vetene aid bayatilar