Prezidentdən SƏRT TAPŞIRIQ: "Bu, mənim son xəbərdarlığımdır"

Prezidentdən SƏRT TAPŞIRIQ: "Bu, mənim son xəbərdarlığımdır"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində yaşayış binasının tikintisi dayandırılıb.

Xanim.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir: "Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda "Böyük Plaza" yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. Məsələ ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev kəskin reaksiya göstərmiş, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib.

Yasamal rayonu, Mətbuat prospektində əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb.

Ölkəmizdə yaşıllıqların salınması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, qanunsuz ağac kəsilmələrinə qarşı müxtəlif tədbirlər aparılması, ağacəkmə aksiyalarının keçirilməsinə baxmayaraq, mövcud yaşıllıqların məhv edilməsi, ağacların qanunsuz kəsilməsi təbii ki yolverilməzdir.

Prezident İlham Əliyev ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməli olduğunu, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməli olduğunu bildirib:

Prezident İlham Əliyevin ağackəsimi ilə bağlı çıxışından sitat (13 aprel 2014, Nazirlər Kabinetinin iclası, yekun nitqi)

"Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.

Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır"

Xəbərlər     Baxılıb: 1962   Tarix: 15 aprel 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qəhvənin qocalmağın qarşısını alırmış - yeni araşdırma

Yeni araşdırmaya əsasən, qəhvənin tərkibindəki birləşmələr bədəni yaşlanma effektlərinə qarşı qorumağa kömək edən xüsusi bir bioloji mexanizmə malikdir.  xəbər verir ki, qəhvə hüceyrə təmiri, iltihab və stresin tənzimlənməs

.

Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR

Gündəlik həyatda zərərsiz görünən bəzi vərdişlər ağciyər üçün ciddi risk yarada bilər. -ın məlumatına görə, siqaret tüstüsü ilə yanaşı, evdə paltar qurutmaq, kondisionerlərin təmizlənməməsi və güclü kimyəvi təmizləyicilərdə

.

Axşam yeyilən tünd şokolad daha yaxşı yatmağınıza kömək edə bilər

Günün sonunda bədənimiz yorğun olsa da, zehnimizin hələ də "qaçmağa" davam etməsi çoxumuza tanış bir haldır. Yatağa uzanırıq, bədən hazırdır, amma beyin hələ də görüləcək işlər siyahısında gəzişir. Məhz buna gör

.

Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma

Havanın çirklənməsi qidalanma və fiziki aktivlik dəyişməsə belə, bədəndə piyin artmasına və əzələ kütləsinin azalmasına səbəb ola bilər. xəbər verir ki, Balear Adaları Sağlamlıq Araşdırmaları İnstitutunun alimləri İspaniyad

.

"Hantavirus"a görə bu ölkələr risk altındadır - Diqqət

Ümumdünya Səhiyyə Təşkilatının hantavirusa yoluxma ilə bağlı mümkün araşdırmalarda 12 ölkə ilə əlaqə saxladığı bildirilir. xəbər verir ki, ölkələrdən bəziləri yeni yayılmış virusla bağlı risk altındadır. Təsirə məruz qala

.

B12 çatışmazlığı üçün ideal 5 QİDA - gecə

Vitamin B12 çatışmazlığı yorğunluq, zəiflik və yaddaş problemlərinə səbəb ola bilər. Bu problemi təbii yolla aradan qaldırmaq üçün qidalanmaya diqqət etmək çox vacibdir. xəbər verir ki, aşağıdakı 5 qida B12 baxımından ə

.

Portağalın hansı faydaları var?

Portağal sağlamlıq üçün ən faydalı meyvələrdən biri hesab olunur.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, portağal C vitamini ilə zəngin olduğundan immun sistemini gücləndirir və orqanizmi müxtəlif infeksiyalar

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

hamiləlik qaşların formalari geymler 2026 praktik məsləhətlər dini geyimler 2026 yay donlari sidik yolu infeksiyasi kosmetika tapmacalar atalar sozu sac duzumleri haqisda dovsan