Professor: "1,5-2 metr deyil, imkan olduqca daha çox məsafə saxlamaq məsləhətdir"

Professor: "1,5-2 metr deyil, imkan olduqca daha çox məsafə saxlamaq məsləhətdir""Virusun yeni ştammında müəyyən dəyişikliklər ortaya çıxacaq. Yeni virus ştammı sayəsində xəstəliyin klinikası da fərqli gedə, immun sistemimiz bunlara fərqli cavab verə bilər. Bunların heç biri indi bəlli deyil, amma zaman bunları göstərəcək. İndi qorunma tədbirlərinə ikiqat artıq riayət etmək lazımdır. Virus daha sürətlə yayıldığı üçün sosial məsafə prinsiplərinə daha ciddi riayət etmək tövsiyə olunur. Məsələn, 1,5-2 metr deyil, imkan olduqca daha çox məsafə saxlamaq məsləhət görülür".
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Allahverdiyev məlumat verib.
Professor bildirib ki, yeni ştamm sürətlə bir neçə ölkədə yayılmağa başlayıb və böyük panikaya səbəb olub:
"Son vaxtlar koronavirusun yeni, daha virulent forması ortaya çıxıb. Yeni ştamm əvvəlkindən 70 faiz daha çox sürətlə yayılır. Mutasiya virusun genetik quruluşunda baş verən geriyə dönməyən dəyişiklikdir. Mutasiya nəticədə virusun genlərə cavabdeh olan proteinlərində, yəni onun zülallarında və çox bildiyimiz spayk proteinində dəyişiklik ortaya çıxır. Əslində bu virus ortaya çıxandan sonra onun ən azı 4 minə yaxın mutasiyası baş verib. Bu mutasiyalar içərisində ən diqqətçəkəni onun yayılma dərəcəsinin daha da artmasıdır. Virusun genomundakı dəyişiklik onun üzərindəki tikan formasındakı spayk proteinlərin quruluşunda dəyişikliyə səbəb olur. Orada təxminən 1255-ə yaxın amin turşusu var. Gendə baş verən dəyişiklik aminositlərin də düzülüşündə fərqlilik yaradır. Belə hesab olunur ki, mutasiyaya uğramış virusun üzərindəki spayk proteini orqanizmə daxil olduqdan sonra tənəffüs sistemində olan endotel hüceyrələri ilə daha sıx bağlanır. Sıx bağlanma nəticəsində hüceyrələrin içərisinə asanlıqla daxil olur. Nəticədə daha çox - 70 faizə yaxın virus orqanizmə daxil ola bilir. Vücuda az virus daxil olsa belə onların orqanizmi yoluxdurma dərəcəsi daha yüksək olur".
A.Allahverdiyevin sözlərinə görə, COVID-19-a yoluxub sağalan insanların bəzilərinin orqanizmlərində ona qarşı anticisimlər yaranır. Həmin anticisimlər koronavirusun mutasiyadan öncəki formasına qarşı daha təsirli olsa da, yeni ştammı əvvəlki qədər əngəlləməyə bilər:
"Koronavirusa qarşı müxtəlif peyvəndlər hazırlanıb. Bu vaksinlərin virusun yeni ştammına qarşı nə dərəcədə effektiv olması onların hansı üsulla istehsal olunmasından asılıdır. Son vaxtlar molekulyar bioloji və biotexnoloji üsullar əsasında hazırlanan vaksinlərdə bu baxımdan narahatlıq ola bilər. Effektivliyi 95 faiz qiymətləndirilən vaksinlərin təsiretmə faizinin müəyyən qədər düşəcəyi gözlənilir. Tədqiqatlar nəticəsində köhnə, yəni mutasiyadan əvvəlki vaksinlərin əmələ gətirdiyi anticisimlərin yeni ştammı nə qədər əngəlləyə biləcəyini qısa müddət ərzində öyrənmək olar. Əgər peyvənddən yeni ştamma qarşı istənilən nəticə əldə olunmazsa, vaksinlə bağlı araşdırmalar yenidən başlaya bilər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1386   Tarix: 10 yanvar 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

qadin sayti donlar 2026 qadın geyimi ailə psixoloqiyası kakoslu paxlava hazirlanmasi meyvələrin faydası bilik haqqinda atalar sozu kosmetika novruza aid hakistalar itburnu arxadan olmag google vətən haqqında bayatı