Professor: Allergik xəstəlikləri koronavirus infeksiyasından ayırd etmək vacibdir

Professor: Allergik xəstəlikləri koronavirus infeksiyasından ayırd etmək vacibdirAllergiya orqanizmin hər hansı bir maddəyə qarşı yüksək həssaslıqlı reaksiyasıdır. Adətən, allergiya özünü dəridə müxtəlif ölçüdə və formada səpkilər, qaşınma, immun sistemi tərəfindən zəiflik, selikli qişaların şişkinliyi ilə büruzə verə bilər.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının professoru, əməkdar elm xadimi Amaliya Əyyubova bildirib. O qeyd edib ki, allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin insan orqanizmindən asılı olaraq bəzi allergiyalar mövsümi xarakter daşıyır, əsasən yaz və payız aylarında qeydə alınır: "Bura pollinoz - bitkilərə qarşı həssaslıq, allergik rinit - məişət tozuna qarşı həssaslıq, bronxial astma, atopik bronxial astma, qida allergiyası və s. aiddir. Mövsümi allergiyalar təbiətdə baş verən dəyişiklərlə əlaqədar yaranır. El arasında "Bahar xəstəliyi" və yaxud "Bahar katarı" adlanan allergiya ağacların çiçək açdığı ərəfədə daha da fəallaşır. Xəstələrdə asqırma daha da güclənir, onların gözlərindən su axır, gözləri qızarır, qaşınır və şişir. Buna havada olan tozcuqlarla bərabər, yanaşı mövsümi qidalar da təsir edir. Nümunə üçün çiyələyi, gilası, əriyi, şaftalını, tutu və s. göstərmək olar. Allergenlər insan orqanizminə dəri, tənəffüs və mədə-bağırsaq traktı vasitəsilə keçir. Xəstəlik özünü dərhal - 20-30 dəqiqə ərzində, yaxud da 24-48 saat sonra büruzə verə bilər".
Professorun sözlərinə görə, allergik xəstəlikləri hazırda bütün dünyada yayılan koronavirus infeksiyasından ayırd etmək vacibdir: "Burada bizə düzgün toplanan anamnez kömək edir. Belə ki, allergik xəstəliklər irsən keçən xəstəliklərə aiddir. Xəstəlik birdən-birə başlayır, hərarət olmur. Çox vaxt xəstə və uşağın valideyni hər il xəstəliyin hansı vaxtda baş verəcəyini bilir. Məsələn, ağacların, çiçəklərin, güllərin çiçəklənmə vaxtı və s. Mövsümdən asılı olmayan ən çox yayılmış allergenlər ev tozudur. Onun əsas tərkibi gözlə görünməyən gənədir. Onları törətdiyi xəstəliklər - bronxial astma, atopik bronxial astma bütün ilboyu qeydə alınır".
Amaliya Əyyubova qeyd edib ki, pandemiya ilə əlaqədar aparılan sosial izolyasiya, karantin rejimi, evdə qalmaq müəyyən dərəcədə mövsümi allergiyadan əziyyət çəkənlərə kömək edir: "Evdə qalmaq xəstəliyin inkişafına və üzə çıxmasına maneə törədir. Bu ərəfədə allerqoloqlara müraciət xeyli azalıb. Əlbəttə, allergik xəstəliyi olan insanlar koronavirus infeksiyasına yoluxarlarsa, xəstəlik daha da ağırlaşar. Bunun nə ilə nəticələnəcəyini əvvəlcədən demək çətindir. Ona görə də məsləhət görürəm ki, allergik xəstəliklər başlayan zaman həkim-allerqoloqa müraciət etməyi unutmayın".
O, mövsümi allergiyadan qorunmaq üçün küləkli havada evdən çıxmamağı, evin, mənzilin pəncərələrinə ağcaqanad toru vurmağı və hər gün 1-2 dəfə onları yaş parça ilə silməyi, evdə tozsoran işlətməməyi, döşəmələri yaş parça ilə təmizləməyi, hansı qidaya qarşı həssaslıq hiss edilərsə, ondan ən azı 6 ay-1 il müddətinə uzaqlaşmağı və həkim-allerqoloqun məsləhətinə riayət etməyi məsləhət görüb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1436   Tarix: 18 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

yay geyimləri 2026 geyim seçimi maskalar gundelik burcler dəri və saç qrip haqqında burcler 2026 kosmetika qiz evi veten masturbasiya nedir ariqla oğlan evine aid hakisda