Professor Əmir Əliyev: "Xəzər dənizində gedən enmə prosesi iqlim faktoruna söykənir

Professor Əmir Əliyev: "Xəzər dənizində gedən enmə prosesi iqlim faktoruna söykənir"Qərb mətbuatında yayımlanan məlumata görə, alimlər Xəzər dənizi səviyyəsinin əsrin sonunadək 9-18 metr enəcəyi qənaətinə gəliblər. Xəzər dənizi dünya okeanı ilə birbaşa əlaqəsi olmayan ondan təcrid olunmuş dəniz olduğundan səviyyəsinin mütəmadi olaraq dəyişməsi, yəni enib-qaxması təbii bir haldır".
AMEA-dan Milli.Az-a verilən məlumata görə, bunu akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev bildirib.
Alimin sözlərinə görə, dənizin səviyyəsi üzərində ilk insrtumental müşahidələr 1837- ci ildən Bakıda aparılmağa başlanılmışdır: "Çoxillik müşahidələr göstərir ki, bu son 177 il ərzində dənizin səviyyəsi 3 dəfə kəskin surətdə dəyişib: 1929-1977-ci illərdə 3.0 metr aşağı düşmüş, 1978-1995-ci illərdə 2.5 metr qalxmış və 1996-cı ildən başlayaraq bu günə qədər dənizin səviyyəsində yenidən enmə müşahidə edilir və enmə 1.5 metr təşkil edir. Hal-hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -28.05 metr mütləq hündürlükdədir. İnstrumental müşahidə müddətində ən böyük dəyişkənlik səviyyəsi 1862-ci ildə (-24 m) qeydə alınmış və dəyişmə amplitudu 4m təşkil edib".
Professor qeyd edib ki, çoxsaylı policoğrafi, arxeoloji, tarixi və müşahidə məlumatları göstərir ki, son 3.5 min il ərzində Xəzər dənizinin səviyyəsində təxminən 450-500 illik periodiklik müşahidə edilir: "200-250 il müddətində səviyyə qalxır və bu müddət ərzində də enir. Xəzərdə son ən böyük səviyyə dəyişkənliyi 1862-ci ildən enmə ilə başlayıb və bu prosesin təxminən 2050-ci illərə qədər davam edəcəyi güman edilir".
Onun sözlərinə görə, son 500 ildə dənizin ən minimal səviyyəsi 1977-ci lldə müşahidə olunmuşdur. Bu zaman səviyyənin orta illik qiyməti (-29.00 m) bu ilki (2020-ci il) qiymətindən 1.0 m az olmuşdur, yəni dənizin səviyyəsi hazırda 1.0 m aşağı enmişdir. Xəzər dənizinin bu müddət ərzində (1977-2020-ci illər) hidrometeoroloji və ekoloji rejimində heç bir mühüm narahatedici hadisə baş verməyib: "Ümumiyyətlə, Xəzər dənizində onilliklər ərzində baş verən səviyyə dəyişmələri iqlim dəyişkənliyi, yüz, min illik səviyyə dəyişmələri isə Xəzər hövzəsində baş verən tektonik proseslərlə əlaqədardır. Hazırda gedən enmə prosesi iqlim faktoruna söykənir ki, bu da dənizin su balansı ilə müəyyən edilir. Su balansını təşkil edən elementlərin dəyişmələri Xəzərin səviyyə dəyişmələrini təyin edən əsas amildir".
Milli.Az /news.milli.az

Maraqlı     Baxılıb: 3119   Tarix: 05 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

turlar.az

qis geyimləri 2026 maskalar donlar 2026 üzü nəmləndirən maska plov reseptləri əməliyyatlar bürclər iyun 2026 kosmetika baldıza aid hakışta xocali insan lakonizim seksual