Professor seroloji testlərin əhəmiyyətindən DANIŞDI

Professor seroloji testlərin əhəmiyyətindən DANIŞDIYeni növ koronavirusun peyda olmasından sonra dünyanın virusoloqları xəstələrin diaqnozu üçün müxtəlif metodlardan istifadə etməyə davam edir. Qısa müddətdə xəstəliyin araşdırılmasında effektiv üsullardan biri də seroloji testlərin aparılmasıdır.
Publika.az xəbər verir ki, alimlər seroloji testlərin bir çox cəhətdən üstün olduğunu qeyd edir. Bu testlər müayinə olunan şəxsin xəstə insanlarla təmasda olub-olmadığını və özünün yoluxub-yoluxmadığını müəyyən etmək üçün barmaqdan və ya damardan qan götürərək aparılır.
Digər testlərdən fərqli olaraq, seroloji testlər simptomlardan asılı olmayaraq, antikorların aşkarlanmasına yönəldilir və bir insanın xəstəliyə qarşı immunitetini qiymətləndirməyə kömək edir. Yəni PZR testləri tərəfindən təyin edilə bilməyən həm aktiv xəstə, həm də artıq sağalmış xəstələr, həmçinin koronavirusun asimptomatik daşıyıcıları öyrənilir.
Seroloji testlərin üstünlüklərindən bəhs edən professor Adil Qeybulla qeyd edib ki, tədqiqat və immunitet qazanılma səviyyəsini öyrənmək üçün onlar əhəmiyyət daşıyacaq.
"Seroloji testlər qanda immunoqlobinləri təyin etməyə imkan verir. Müəyyən bir xəstəliyin gedişi ilə bağlı vəziyyətin öyrənilməsi baxımdan əhəmiyyət kəsb edir. Postpandemik dövrdə bədəndə antikorların, əks cinslərin təyininə önəm vermək lazımdır. Hazırda diaqnostik olaraq orqanizmdə hansı prosesin getməsi, hansı mərhələdə olması baxımından bu testin əhəmiyyəti var. Odur ki, özəl klinikalarda və laboratoriyalarda seroloji testlərin həyata keçirilməsinə başlanıb. Artıq xəstələr tibbi prosedur olaraq bu üsullarla orqanizmdə COVID olması və hansı mərhələdə keçirdiyini öyrənə biləcək. Epidemik mənzərə fonunda həkimlər üçün xüsusilə əhəmiyyət kəsb edir".
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva çox qısa müddətdə xüsusən əhali arasında COVID-19 xəstəliyinə qarşı inkişaf etmiş immunitetin yoxlanılması işlər aparılacağını açıqlamışdı:
"Bizi xüsusən mart ayından sonrakı dönəmdə xəstəliyə yoluxmuş və sağalmış vətəndaşlarda inkişaf etmiş immunitet çox ciddi şəkildə maraqlandırır. Eyni zamanda, belə bir elmi araşdırmalar aparılır ki, ölkə ərazisində noyabr-dekabr aylarında da bu xəstəliyə yoluxan və keçirən olubmu? ÜST-ün dəstəyi ilə tez müddətdə bu cür seroloji araşdırma aparılacaq".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2433   Tarix: 06 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

turlar.az

toy gecesi geyim seçimi yaz geyimleri 2026 qadin dunyasi 2026 seksual pozalar hekim mesleheti cinsi münasibətlər kosmetika rus dilini öyrənək 2 ci dərs ana haqqinda bayati novruz bayramına aid hakıştalar yemek reseptleri yutube