Professor: "Soyuqlar başlayanda bütün respirator infeksiyaların aktivləşməsi gözləniləndir" - XƏBƏRDARLIQ!

Professor: "Soyuqlar başlayanda bütün respirator infeksiyaların aktivləşməsi gözləniləndir" - XƏBƏRDARLIQ!"Payız və qış aylarında artıq soyuqlar başlayır və bu zaman bütün respirator infeksiyaların, o cümlədən COVID-19 virusunun aktivləşməsi gözləniləndir".
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov bildirib. Onun sözlərinə görə, qadağaların aradan qaldırılması, məktəblərin açılması təmasların sayını artırır: "Hələ ki, yoluxma böyük sürətlə artmır. Qorunma tədbirlərinə ciddi əməl olunması yoluxma sayını nəzarətdə saxlaya bilər. Camaatda da arxayınlaşmanın müəyyən qədər rolu var, koronavirusun ikinci plana keçirildiyi hiss olunurdu. Dəfələrlə qeyd etmişik ki, arxayınlaşmaq olmaz".
A. Qurbanov bildirib ki, insanlar gigiyena qaydalarına ciddi əməl etməlidirlər: "Hazırda Avropa ölkələri və bütün dünya ölkələrində koronavirus daha çox narahatedici məsələyə çevrilib. Bəzi ölkələrdə qadağa çağırışları səslənir. Yoluxma sayları bütün dünyada artır".
Mütəxəssis qeyd edib ki, Azərbaycanda qadağalar ləğv olunsa da, bəzi qaydalar hələ də qüvvədədir: "Amma insanlar sanki hazırda karantin rejiminin qüvvədə olduğunu, bəzi qaydaların olduğunu unudurlar. Artıq insanlar arxayınlaşdılar, eyni zamanda təmaslar artdı. Nəticədə yoluxma sayları da artdı".
Onun sözlərinə görə, bugünkü yoluxma sayı son dərəcə narahatedici hal deyil, amma daha çox artım olarsa, bu bizi narahat edə bilər: "Buna görə də insanlar lazımsız təmaslardan qaçmalı, imkan daxilində distant işləməli, sosial məsafəni qorumalıdır. İctimai nəqliyyatda, metroda, marketlərdə, təmas olan istənilən yerdə maskadan mütləq istifadə olunmalıdır. Artım daha da çox olarsa, səhiyyə sistemi yenidən yüklənə bilər. Ağır xəstələrin sayı çoxala bilər, arzuolunmaz hallar da artar. Bu vaxtları biz yaşamışıq, amma indi hamımız birlikdə çalışmalıyıq ki, həmin dövlər daha qayıtmasın. İnsanlar çox diqqətli olmalıdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1114   Tarix: 13 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

həkim məsləhəti kosmetoloq geymler 2026 ciyer qovurmasi xolesterini azaldan qidalar toyuq buglamasi vannalar kosmetika heyati birlik haqqinda sperma 8 mart kökəlmək üçün