Professordan çağırış - Bunu etsəniz, orqanizmin özünümüdafiə ehtiyatı bitə bilər
Seçenov adına Moskva Dövlət Tibb Universitetinin professoru, Rusiya Xalq Sağlamlığı Dərnəyinin prezidenti Andrey Dyomin siqaret çəkənlər və içki içənlərin koronavirus infeksiyası riski altında olduğunu deyib.
Publika.az xəbər verir ki, mütəxəssis alkoqolun qoruyucu rolunun olmadığını qeyd edib:
"Ümumdünya Səhiyyə Təşkilatı bu məsələni araşdırdı və nəticəyə gəldi ki, alkoqol immun sisteminə təsir etməklə yanaşı ağciyərlərə də zərər verir, qaraciyərdə lazımlı maddələrin sintezini pozur. Bunlar isə bədəndəki bütün zərərli maddələri zərərsizləşdirməli olan iki sistemdir".
Mütəxəssis siqaretin COVID-19 ilə yoluxma riskini artırması barədə hesabatı da xatırladıb. O, insan bədəninin müəyyən təhlükəsizlik ehtiyatına sahib olduğunu açıqlayıb və əlavə edib ki, pis vərdişlərə meylli olanlarda bu ehtiyat koronavirusa yoluxmazdan əvvəl də bitə bilər.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar