Psixoloq insanları uğura aparan əsas amili açıqladı

Psixoloq insanları uğura aparan əsas amili açıqladıTanınmış psixoloq Angela Dakvort, uzun illər müxtəlif sahələrdə uğur qazanan insanları araşdırdıqdan sonra onların ortaq uğur sirrini müəyyən edib.
Milli.Az xəbər verir ki, o, bu barədə "Fortune" jurnalında yazıb.
Dakvortun fikrincə, insanı uğurlu edən nə yüksək intellekt, nə də istedad deyil, əsas amil qətiyyət, yəni uzunmüddətli məqsədlərə qarşı həm sevgi, həm də səbir nümayiş etdirməkdir.
"Yüksək nəticə əldə edən insanların ortaq xüsusiyyəti, nə ilə məşğul olduqlarından asılı olmayaraq, uzunmüddətli məqsədlərə sevgi və davamlı səylə bağlılıqlarıdır. Bu, bir sözlə, qətiyyətdir", - deyə Dakvort vurğulayıb.
Qətiyyətin iki əsas tərkib hissəsi
Psixoloq qətiyyəti bir-biri ilə sıx bağlı olan iki komponent kimi izah edir:
Məqsədə olan sevgi, yəni uzun illər boyunca eyni məqsədi qorumaq və ona sadiq qalmaq.
Səbir və davamlılıq, çətinliklərə baxmayaraq, təslim olmamaq, öz üzərində çalışmaq və davam etmək.
"Əslində bu, bir növ Şimal ulduzuna sahib olmaq kimidir. Hər dəfə yeni bir şeyin dalınca qaçmaq yox, bir istiqamətə fokuslanmaqdır", - deyə o bildirir.
Dakvortun fikrincə, səbirli olmaq, xüsusilə çətin günlərdə ayağa qalxmaq və davam edə bilmək bacarığı - uğurun ayrılmaz hissəsidir.
Qətiyyət, intellekti geridə qoyur
Dakvortun 2007-ci ildə apardığı məşhur araşdırmada ABŞ-ın hərbi akademiyası Vest-Poyntda 11 mindən çox kursantın performansı analiz olunub. O, kursantların qətiyyət ballarını ölçərək məşhur və çox çətin "Beast Barracks" təlim proqramını uğurla bitirib-bitirməyəcəklərini proqnozlaşdırıb.
"Nəticələr gözlənilməz dərəcədə aydın idi: Qətiyyət, kursantların bu çətin proqramı tamamlayacaqlarını proqnozlaşdırmaqda ən güclü göstərici oldu. Bu göstərici SAT nəticələrini, məktəb qiymətlərini, fiziki testləri və hətta Vest-Poyntun kompleks ümumi bal sistemini belə geridə qoydu", - deyə Dakvort qeyd edib.
Ən ağıllılar həmişə ən səbirli olmur
Psixoloqun başqa bir araşdırması isə maraqlı nəticə ortaya qoyub: daha yüksək intellektə sahib tələbələr, daha az ağıllı həmyaşıdları ilə müqayisədə daha az səbir göstəriblər. Bu da göstərir ki, təbiətən üstün olmayan insanlar, çox vaxt zəhmət və qətiyyətlə bu fərqi bağlayaraq daha uğurlu ola bilirlər.
"Bir Liqa Ays Universitetində ən yüksək GPA (orta bal) toplayanlar ən ağıllılar yox, ən səbirli tələbələr idi", - deyə "Fortune" yazır.
Nəticə: Davamlılıq istedaddan önəmlidir
Hərçənd ki, bəzi mütəxəssislər hələ də səbirin unikal psixoloji konstrukt olub-olmadığını müzakirə edir, tədqiqatların yekun nəticəsi dəyişmir:
Uzunmüddətli məqsədlərə sədaqət və davamlı zəhmət, çox zaman doğuşdan gələn istedad və intellektdən daha vacib rol oynayır.
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 1130   Tarix: 19 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

hamilelikde qidalanma yay geyimləri 2026 toy gecesi dərslər bas ortuleri qış salatları hekayələr sevgi kosmetika sekis hakista birlik vicdan mekteb