Psixoloqdan qalmaqallı açıqlama: "Türk seriallarını izləyən kütlə cahildir, səviyyəsi aşağıdır

Psixoloqdan qalmaqallı açıqlama: Azərbaycanda Türkiyə serillarının və filimlərinin böyük izləyici kütləsi var. Son dönəmlərdə həmin ekran əsərlərində zorakılıq səhnələrindən çox istifadə olunduğu müşahidə edilir. Fiziki, psixoloji, cinsi, ailədaxili və sair şiddət növləri mənfi hal kimi ictimailəşdirilir. Əslində şiddətin yaxşı hal olmadığını nümayiş etdirmək, geniş auditoriyaya bu yöndə mesaj vermək müsbət hadisədir. Lakin bəzi hallarda bunun əks-təsir yaratdığı, bir sıra problemlərə yol açdığı, hətta şiddəti, zorakılığı adiləşdirdiyi iddia olunur. Əgər iddialar doğrudursa, bu, sosial münasibətlərə, insanın empatiya qabiliyyətinə, gündəlik həyat tərzinə necə təsir edir?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan psixoloq Samirə Bağırova Türkiyə seriallarının illərdir dəyişməyən süjetinin olduğunu diqqətə çatdırıb.
Qeyd edib ki, şiddət, zorakılıq, yeni doğulmuş uşaqdan imtina kimi ssenarili filmlər artır və mütləq şəkildə fəsadlar zamanla özünü göstərir: "Mən bunu hələ illər öncə müşahidə etmişəm. Türk seriallarını izləyən kütlənin düşüncə səviyyəsi, adi film izləyənlərin düşüncə səviyyəsindən qat-qat aşağıdır, cahildir. Türk seriallarını təhlil etsək görəcəyik ki, illərlə dəyişməyən süjet var. Kasıb qız varlı ailənin oğluna ərə gedir. Həbsxana, xəstəxana, uşaq oğurluğu və sair kimi ssenarilər illərlə dəyişmir. Serialdakı rol adlarını yeni doğulan uşaqlara qoyurlar, hərçənd ki, uşağın özünəməxsus məna daşıdığı adı olmalıdır. Böyüdükcə adının serialdan götürüldüyünü öyrənir, həmin obrazı izləyərək onun kimi olmağa çalışır və əsl kimliyi basdırılmış olur. Əlavə olaraq doğma ana dilimiz unudulur. Çox sıx-sıx gənc qız və oğlanların türkcə danışmasına rast gəlirəm. Türk kəlmələri Azərbaycan dili kimi qəbullanır. Çoxu öz dilimizdəki tərcüməni bilmir. Şiddət, zorakılıq, yeni doğulmuş uşaqdan imtina kimi ssenarili filmlər artır və mütləq şəkildə fəsadlar zamanla özünü göstərir".
Psixoloq vurğulayıb ki, türk serialları izləyənlərin beyni donuq olur. Onun qənaətincə, belə adamlara sual verirsən, sanki qısaqapanma yaşanır: "Dünən 12 yaşlı şagird qızla söhbət edirəm, 15- ə yaxın türk serialı adı çəkdi. Anası fəxrlə deyir ki, gecə-gündüz izləyir, üstəlik mənə də danışır. Amma bir şeir və ya yaşına uyğun hansısa hekayə adını soruşdum. heç nə bilmədiyi üzə çıxdı. Hərçənd ki, dərslərindən beş qiymət alır. O da əzbərçiliklə. Özünü ifadə etmək üçün bir neçə sual verdim, bir cümləni 3-4 dəfə təkrar etməklə guya uzun şəkildə özünü təqdim edirmiş kimi göstərdi. Halbuki 12 yaşında kiçik yeniyetmə, əl işlərindən tutmuş, dərsdən əlavə maraqlı bilgilərə sahib olmalı, sərbəst şəkildə söhbət etməlidir. Uşağın şəxsi bacarıqlarını inkişaf etdirməlidir valideyn. Gələcəyi ilə bağlı xəyal gücünü gücləndirməlidir. Amma şüuraltında seriallardan parçalar, həyatının eyni şəkildə təkrarlanmasına səbəb olur. Çünki nə izləyirsən, nə yeyirsən, nə dinləyirsən osan. Məhz türk serialları izləyənlərin beyni donuq olur, sual verirsən sanki qısaqapanma yaşanır".
S.Bağırova söyləyib ki, seansa müraciət edənlər sırasında serial izləyənləri o dəqiqə sezmək olur: "Halbuki, digər xarici seriallar da mövcuddur. Hansı ki, insanı aydınlandırır. Əlavə yeni bilgi əldə etməyə, yaxud düşünməyə sövq edir, vəziyyətə başqa tərəfdən baxmağı öyrədir. Təəssüf ki, bu ssenari bizim insanlara maraqlı deyil. Çünki çoxu sevgiyə, sevgi dolu sözlərə acdır. Qadınların kişilərdən görmədikləri romantik davranışları izləyərək ac emosiyasını təmin etmiş olurlar, bədbəxt olanlar isə uşaqlar və cəmiyyətdir".
Milli.Az

Xəbərlər     Baxılıb: 1509   Tarix: 25 sentyabr 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

hamilelikde qidalanma yay geyimləri 2026 toy gecesi dərslər bas ortuleri qış salatları hekayələr sevgi kosmetika sekis hakista birlik vicdan mekteb