Pulunuz cibinizdə qalsın! Dərinizi evdə gəncləşdirməyin ən gözəl yolları...

Pulunuz cibinizdə qalsın! Dərinizi evdə gəncləşdirməyin ən gözəl yolları...Gözəl bir dəriyə sahib olmaq və illərə meydan oxumaq hər qadının xəyalıdır. Bu baxımdan məhz dərimiz xarici görünüşümüzün ən mühüm parçasıdır.
İstədiyimiz qədər gözəl bir dəri və cizgilərə sahib olaq, ancaq dərimiz sağlam deyilsə, bunun heç bir qiyməti olmaz. Evdə dərini cavanlaşdırmağın yolları:
Ən sadə yolu sağlam qidalanmaqdır
Gözəl dəriyə sahib olmağın yolu onu qorumaqdan və baxımdan keçir. Dərinin qırışmaması, sallanmaması və ləkələnməməsi üçün ediləcək nəsnələr əslində çox sadədir. Ən asan yol isə sağlam qidalanmaqdır.
Dəri üçün bədənə lazımlı vitamin, mineral, antioksidan və protein qəbulu şərtdir. Buna görə öz balansında ət, süd məhsulları və çərəzlər yemək, qidalanmada meyvə, tərəvəz və paxlalılara yer vermək lazımdır. Onu da unutmayın ki, yüksək karbohidratlı qidalar dərini yaşlandırır, qırışdırır, sallanmasına səbəb olur. Buna görə xəmir işi və şəkərli qidalardan uzaq durun.
Erkən yaşda dəridəki sallanma və üz ovalının pozulmasının ən əsas səbəblərindən biri isə kökəlib arıqlamaqdır. Buna görə kökəlməməyə çalışın.

Qırışmanın ən əsas səbəbi günəşdir
Üz dərisinin qırışmasının ən vacib digər səbəbi isə günəşdir. Təəssüf ki, sadəcə yayda deyil, qışda da pəncərənin arxasında otağa saçan günəş şüaları bizi yaşlandırır. Yay, ya qış demədən bayıra çıxarkən ən az 30 qoruyucu faktorlu günəş kremi vurmağı unutmayın. Bu arada göz ətrafı və boyun dərisini də günəşdən qorumağa laqeyd yanaşmayın.
Dərimizin ifraz etdiyi yağlar çox sevilməsə də, əslində çox faydalıdır. Misal olaraq, dərinin sebum yağı dəri üçün faydalı olan vitamin, mineral, antioksidan tərkiblidir. Sebum dərini qidalandırır. Sebum az olan bölgələrdə hüceyrə də azdır. Bu kasadlıq gözətrafı, boyun və əllərdə daha çox olduğundan həmin bölgələr daha tez qırışır və sallanır. Bu, eyni zamanda quru dərilərin niyə tez qırışdığını da açıqlayır. Buna görə gözətrafı, əl və boyun bölgələri üçün gənc yaşlardan etibarən zəngin nəmləndirici kremlər istifadə edilməlidir.
Üz qırışması və sallanmasına səbəb olan bir digər səbəb isə üzüstü və ya yan yatmaqdır. Əslində ən ideal yatış forması kürəyi üstə olsa da, bir çox insan bunu bacarmır. Ancaq kürəyi üstə yatmağı vərdiş halına gətirin.
Kök və şiş üzlər daha tez sallanır. Bu cür üzlərə hər səhər masaj edilməlidir. Gözətrafı, alın, orta və alt üz və boyuna içəridən bayıra doğru drenaj masaj etmək dəridə yığılan mayeləri ataraq üzə ağırlıq etməsinə və buna bağlı sallanmasına əngəl olur. Sabahlar üz şişdiyi üçün masajlar erkən saatlarda edilməlidir.

Mətbəxdəki qidalardan faydalanın
Mətbəximiz möcüzələrlə doludur. Bunlardan faydalanmaq lazımdır. Limon, kivi, üzüm, alma, naringi, portağal kimi nə qədər meyvə varsa, duşa girmədən əvvəl dərinizə sürtərək vitamin və antioksidanla dərinizi doldura bilərsiniz.
Ancaq bunu etdikdən sonra dəridə göynəmə, ya qaşınma hiss edilsə, dəri dərhal yuyulmalıdır. Dərisi quru olanlar zeytun yağı, qarğıdalı yağı və üzüm çəyirdəyi yağından faydalana bilərlər. Yulaf və kəpəkdə dərini sakitləşdirən maddələr və B vitamini var. Dərisi həssas olanlar isə yulaf və kəpəyi bir tülbənd içində ilıq suda 10 dəqiqə saxladıqdan sonra tülbəndi sıxsın, sıxılan suyu üzlərinə sürtsünlər. Dəridə 5 dəqiqə saxladıqdan sonra durulasınlar

Pilinq həftədə bir dəfə edilməlidir
Səhərlər dəmlədiyiniz çay artıq qalıbsa, bununla üzünüzü yuyun və sonra su ilə durulayın. Çaydakı maddə şişkinliyi götürür və polifenollarla qidalandırır. Pilinqlə dərini canlandırmaq üçün düyü unu, dərisi həssas olanlar isə yulaf unu götürsünlər. Duş zamanı bu unlardan bir çay qaşığı götürüb üzünüzü ovun və sonra durulayın.
Unutmayın, pilinqi həftədə bir dəfə edin.

aile.lent.az

Gözəllik və Moda     Baxılıb: 11450   Tarix: 01 avqust 2016
f Paylaş

Oxşar xəbərlər

.

Cazibadar görünmək istəyən qadınlar üçün 4 qayda

Unudulmaz qadın olmaq əslində çətin deyil. Cazibədar qadınlar həmişə özünə güvənən qadındır. Heyrətlənən və sevilən qadın olmaq əslində heç də çətin deyil. Cilvəli və incə xanımlar hər mühitdə özlərinə diqqət çəkməyi bacarırlar

.

Fransız makiyajını necə etmək olar?

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı his

.

Qəpik-quruşa başa gələn məlhəm: Və ya qüsursuz ərəb şahzadələrinin 8 gözəllik sirri

Şərq gözəlləri cazibədarlıqlarını qorumaq üçün təbii yanaşmaya sadiq qalır və bu baxım sirlərini nəsildən-nəsilə ötürürlər. Qərb kosmetologiyasında çıxan yeni məhsullar, yerini çox zaman ənənəvi üsullara verir. " sayt

.

Gəlinlər üçün zərif dırnaq modelləri – FOTOLAR

Qadınların toy günü gəlinliklə, makiyajla yanaşı, ən diqqət etdikləri şeylərdən biri də dırnaq modelləridir. Toy günü gəlinlər daha çox düz rənglərə və minimalist toxunuşlara üstünlük verməlidir. Çünki belə çalarlar onlar

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Böyük ombalar necə dəb oldu?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Tünd dərilər üçün xüsusi makiyaj DETALLARI

Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri rənginə görə fərqlənir. Açıq dəri işığı fərqli şəkildə əks etdirdiyi halda, tünd dərili insanlar tamamilə fərqli şəkildə göstərir. Dərinin rənginə uyğu

.

Diqqəti cəlb etmək istəyirsinizsə… – QADINLAR OXUSUN

Cazibədar görünmək, əks çinsin xoşuna gəlmək hər bir qadının arzusudur. Siz də diqqəti cəlb etmək istəyirsinizsə, onda aşağıda göstərilən məlumatlara diqqət yetirin. Saç düzümünüzə fikir verin. Çalışın saç düzümünüzə qarş

.

Qadınları daha cavan göstərən saç modeli

Saç ustası Qari Duqlas "Bob" modelini qadınlara daha cavan göstərən saç düzümü adlandırıb.  Yaş artdıqca saç quruluşu da dəyişir. Beləliklə, dəri daha az sebum istehsal etməyə başladığı üçün saçlar daha incə v

turlar.az

sonxeber.az yemek reseptleri qadin sayti sac duzumleri maraqli pecenyeler üzü nəmləndirən maska azad qadin tük çıxartma kosmetika zencefil aydin sani orqazm gozde olar aslan