Böyük ombalar necə dəb oldu?

Böyük ombalar necə dəb oldu?Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşlü qadınların sayı günü-gündən çoxalır.
Arıq olan da etdirir, kök olan da
Əksər qadınlar bədənlərinin var olan quruluşundan məmnun olmur, ya sinəsi kiçikdir deyə düşünür, ya da ombaları balacadır deyə fikirləşir. Yaşlanma, arıqlayıb-kökəlmə, keysəriyyə əməliyyatı zamanla bədənə öz izlərini qoyur, əgər aktiv həyat tərzi keçirmirsənsə, daim hərəkətdə deyilsənsə, bədən öz görüntüsünü zamanla dəyişir. Əvvəllər bu görüntünü gözəlləşdirmək üçün idman ən çox seçilən üsul olurdu, amma hazırda qadınlar bədənin əməliyyatla formaya salınması üsuluna üstünlük verirlər.
Hərəkətsizlikdən, çəki artmasından, yaşlanmadan sonra bəzən omba nahiyəsində deformasiyalar yarana bilər. Bəzən genetik deformasiyalar da ombanın qeyri-estetik görünməsinə səbəb olur. Xüsusilə, piylənmə omba və qarın bölgəsində estetik görünməyən sallanmaya səbəb ola bilər. Amma bəzən kifayət qədər arıq, normal çəkili qadınlar da omba əməliyyatı etdirirlər. Ona görə omba estetikası iki cür olur. Birincisi, artıq çəkinin, piylənmənin yaratdığı fəsadlardan sonra omba nahiyəsinin quruluşunun itməsi və bədən xətlərinin ortaya çıxarılması üçün edilən omba əməliyyatı, ikincisi isə çəkisi az olan xanımların ombasının ölçüsünün kiçik olması şikayətinə görə edilən böyütmə əməliyyatı. Artıq çəkili qadınlarda xüsusilə omba nahiyəsinin yan hissəsində çoxlu yağlanma olur. Piylənməsi həddən artıq olan nahiyələrdən piyləri çıxararaq omba nahiyəsinə yeridilir, çəkisi az olan qadınlarda omba dikləşdirmə əməliyyatı implantlar ilə həyata keçirilir.
Əcaib quruluşlu qadınlar çoxalır
Əvvəllər belə əməliyyatlara səhnə adamları, müğənnilər ehtiyac duyardı, indi ev xanımları da bu əməliyyata girirlər. Tibbdə "Braziliya ombası" kimi tanına bu cür ombalar Braziliyada yerli qadınların normal quruluşudur, lakin daha təbii formada. Əməliyyatla edilən dikləşdirmə süni forma olduğu üçün ilk baxışdan anlaşılır.
Əslində, bu əməliyyat reklam edildiyi qədər asan və sadə əməliyyat deyil, riskləri çoxdur. Dünyanın bir çox ölkəsində bu əməliyyatdan sonra həyatını itirənlər də var. Qadınlar bu riski gözə alaraq əməliyyata girirlər. Araşdırmalar sübut edir ki bədən quruluşu bir çox hallarda qidalanma ilə bağlıdır. Bədənindən narazı olan insanlar onu dəyişdirmək istəyərkən bilmədən yanlış üsullara əl atırlar. Araşdırmadan, dəqiqləşdirmədən bədən formalaşdırma əməliyyatına girən qadınlar əməliyyatdan sonra kiçilmiş qarınlarından, incəlmiş bellərindən və böyük ombalarından razı qalırlar.
Bütün zamanlarda zəriflik və incəlik anlayışı gözəllik və cəlbediciliyin göstəricisi kimi qəbul edilib. Amma bu cəlbedicilik qadınların başına bəla olur. Qaş düzəltmək yerinə vurub göz çıxarmaqları onlara baha başa gəlir. Bir zamanlar azacıq ətli-qanlı qadınlar daha gözəl hesab edilsə də, kaman qaşlar, incə dodaqlar gözəllik etalonu sayılmayalı çox zaman olub. İndi arıq, sinəsi və ombası süni formada böyüdülmüş, qaşları rənglənmiş, dodaqları şişirilmiş, çənəsi itilənmiş qadınlar sayılır etalon. Təbii ki, gözəllikdən anlamayanlar üçün.
Gözəllik normalardır
Çərçivədən, hədəqədən çıxılmadığı müddətcə gözəllik spesifik olmalıdır. Birinə gözəl görünən böyük dodaqlar digərində ikrah yaradır. İnsanlar öz bədənini olduğu kimi sevmədiyi üçün bu proses uzanacaq. Əvvəlcə öz bədənimizi olduğu kimi qəbul etməliyik. Təbii ki, ətrafımızın və cəmiyyətin bizə biçdiyi don bir çoxu üçün önəmli olsa da, nəyin yaxşı olacağını insan özü müəyyən etməlidir. Sağlam bədənə sahib olmaq həm də sağlam psixologiya deməkdir. Sağlam və düzgün qidalanmaq, idmanla məşğul olmaq çox vacibdir. Xarici görünüşümüzü modaya uyğun dəyişməyə çalışsaq, sonunda özümüzü qeyri-adekvat görməyə başlayarıq. Neçə ki indi çoxları o vəziyyətdədir.
İstədiyimiz qədər trendlərlə ayaqlaşmağa çalışaq, ruhumuz həmişə olduğu kimi qalacaq. Əgər biz öz nəfsimizi qidalandıraraq, inkişaf etdirərək gözəlləşdirsək, bu, zahiri görkəmimizdə, davranışımızda da özünü göstərər. Ətrafımız bizi zahiri görkəmimizə görə deyil, daxili gözəlliyimizə görə sevməli və qəbul etməlidir. İnsanın ruhunun gözəlliyi simasında da əks olunur. Özünü olduğun kimi qəbul etsən, insanlar səni olduğun kimi qəbul edəcəklər. Əsas olan insanların səni necə gördüyü deyil, özünü necə gördüyündür.
 
Lalə Mehralı / gencaile.az

Gözəllik və Moda     Baxılıb: 8364   Tarix: 01 sentyabr 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

turlar.az

geyim dəbləri kosmetik vasiteler toy gecesi kombinler 2026 yay seksi geyim döşləri necə böyütmək olar moda kosmetika sac duzumleri hakisda salam nağıllar uzeyir