Pulunuzu koronavirusdan bu üsulla qoruyun - ViDEO
Türkiyənin Altınordu ilçəsində yaşayan 55 yaşlı Orxan Sarı koronavirusla mübarizə üsuluna görə diqqət çəkib.
Milli.Az xəbər verir ki, 25 ildir market işlədən Sarı müştərilərdən aldığı pulları 100 dərəcə temperaturda qaynayan suya ataraq dezinfeksiya edir.
Ətrafdakılar onun yeni kəşfinə koronavirusla mübarizədə "Qara dəniz üslubunda həll" adını veriblər.
İş adamı açıqlamasında bildirib ki, insanlar pulu hətta əllərini ağız suyu ilə nəmləyərək sayırlar. Bu isə virusun yayılması üçün münasib şərait yaradır: "Gün ərzində əldən-ələ gəzən pulların virusu yayma riski yüksəkdir. Koronavirus yayılmadan öncə də müştərilərdən qəbul etdiyim pulları odekolonla dezinfeksiya edirdim. Əskinasları qaynar suya atıb çıxardıqdan sonra zərər görmürlər. Beləliklə müştərilərə təmiz pullar ötürürəm. Üslubuma yanaşmalar müxtəlifdir". (publika.az)
Milli.Az /news.milli.az
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir