Putinin gəncliyində çəkildiyi filmlər: "İjor batalyonu" və "Blokada" - FOTO - VİDEO

Putinin gəncliyində çəkildiyi filmlər: 1970-ci illərdə Vladimir Putin "Lenfilm"in bir neçə filmində kaskadyor kimi çəkilib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mediası V. Putinin çəkiliş meydançasındakı həmkarlarına istinadən xəbər yayıblar.
Gələcək prezident məşqçi Anatoli Raxlinin sambo (sonradan cüdo) seksiyasında tanış olduğu dostu Arkadi Rotenberqlə filmlərdə rol alıb. Onlar hər ikisi idman ustası olub və yarışlarda birgə iştirak ediblər.
1950-ci illərdə güləşçi – Anatoli Raxlinin məşqçisi Aleksandr Massarski "Lenfilm"də tryuk çəkilişləri üzrə məsləhətçi təyin olunur. Anatoli Raxlin sonradan Putinin məşqçisi və "Turbostroitel" klubunun seksiyasının rəhbəri olur. "Lenfilm"də tamhüquqlu kaskadyorlar komandası olmadığı üçün çəkilişlərə idmançılar cəlb olunub. Belə ki, Raxlin "Prezidentin senseyi" adlı bioqrafiyasında yüzdən çox filmdə oynadığını yazıb.
Putinin gəncliyində çəkildiyi filmlər: Vladimir Putin və Vasili Şestakov məşq zamanı. 1971-ci il (Foto: EPA)
Rotenberq "İjor batalyonu" ("İjorskiy batalyon") filmində ikinci dərəcəli rol almağa nail olur. O, çəkilişin iştirakçısı Pyotr Tarxanovun sözlərinə görə, müdafiəni tutan sadə İjor fəhləsi rolunu oynayıb. Həmin filmdə Putinin digər tanışı, Dövlət Dumasının keçmiş deputatı, Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov da rol alıb.
Şestakov bildirib ki, Putin "İjor batalyonu"nun çəkilişlərində kaskadyor kimi iştirak edib. "Biz onunla "Blokada" və "İjor batalyonu"nda rol aldıq", - deyə Şestakov bildirib. Onun sözlərinə görə, hər ikisinin iştirak etdiyi üçüncü film var də idi, lakin o, adını xatırlaya bilmir.
Putinin gəncliyində çəkildiyi filmlər: Arkadi Rotenberq (soldan dördüncü)
"Kiminlə oynamaq bizim üçün fərq etmirdi", - deyə Şestakov bildirib. "Həmin vaxt bunun üçün bizə çox yaxşı pul verilirdi. Biz tələbə idik, amma məsələn, "Qafqaz" restoranına gedə bilirdik. Əgər onsuz da orada mənim mühəndis maaşım 110 rubl idisə, çəkiliş gedəndə gündə 75 rubl alırdım. Yəni, bu qədər cəlbedici pul idi", - Şestakov əlavə edib.
Digər keçmiş güləşçi Nikolay Vaşilin də Putinin "Lenfilm"də kaskadyor olduğunu təsdiqləyib. Vaşilin də Raxlinlə məşğul olub, sonra studiyada tryuklar üzrə quruluşçu olub (xüsusən də "DArtanyan və üç muşketyor" filmində).
Putinin gəncliyində çəkildiyi filmlər: Arkadi Rotenberq (solda), Vasili Şestakov (mərkəzdə)
"Onları "Blokada" epopeyası kimi çəkilişlərə çağırmışdılar. Vilayət partiya komitəsinin 10 min nəfərlik kütləni təmin etməklə bağlı əmri var idi. Və bütün tələbələr, hərbi məktəblər, idman cəmiyyətləri insanları xüsusi sığınacağa gətirilirdi. Sadəcə kütləyə 3 rubl, biz isə bir çəkiliş günü üçün 10 rubl ödəyirdilər. Buna görə də biz bunu çox sevməyə başladıq", - deyə Vaşilin bildirib.

Maraqlı     Baxılıb: 2528   Tarix: 31 may 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

turlar.az

kosmetik vasiteler geyim seçimi qaşların formalari sevgi dünyası ayaqqabi ve cantalar morugun faydalari göyəmin faydası kosmetika xerçeng qiz evi vicdan oğlaq gozellik