Qaçmaqla arıqlamağı düşünürsüz? Yanılırsız

Qaçmaqla arıqlamağı düşünürsüz? Yanılırsız"The Guardian" soruşur: "Adamlar niyə qaçırlar? Bu sual psixoloqlardan tutmuş fizioloqlara qədər bütün alimləri valeh edib".
Məqalədə deyilir ki, 2014-cü ildə Böyük Britaniyada 10 milyon qaçışçının arasında keçirilmiş sorğuya alınan əsas cavablar " sağlamlıq üçün", "stresdən xilas olmaq üçün" və "yarış üçün" olub.
Lakin Avropa boyunca 3500 həvəskar qaçışçının arasında aparılmış sorğuda respondentlərin 40 faizi "arıqlamaq üçün" cavabını veriblər.
BBC-yə istinadən bildirilir ki, adamların bir çoxu artıq çəkidən xilas olmaq üçün qaçsa da, qaçış bu məqsədə bir çox hallarda qulluq edə bilmir.
Nəzəri baxımdan hər şey çox sadədir. 450 qram çəkidən xilas olmaq üçün 3500 kalori itirmək lazımdır. Bu 56 kilometr qaçış deməkdir. Odur ki, məsələ düşünüldüyü qədər də sadə deyil.
"The Guardian" yazır ki, burada insanın təkamül nəticəsində əldə etdiyi bioloji xüsusiyyət maneəyə çevrilir. Başqa sözlərlə, nə qədər çox idman edirsinizsə, orqanizm bir o qədər itirdiyini bərpa etməyə çalışır. Bu insan orqanizmindəki təbii mexanizmdir və onun aclıqdan ölməməsi üçün təşəkkül tapıb.
Arizona Universitetinin idman elmi professoru Glenn Gaesser deyir ki, insan bədəni çəkini kamil tənzimləyən mexanizmə malikdir.
Onun sözlərinə görə bizim bədənimizin özünün daxili çəki itirmə limiti var. Ona görə də bizim çəkimiz, iraq olsun, həyat tərzini pozan ciddi dəyişiklik, məsələn faciə və xəstəlik olmasa, ildən-ilə adətən sabit qalır.
Alimlər deyirlər ki, idmanın ardınca orqanizmdə kiçik, lakin mühüm kompensasiya prosesləri gedir. Əsas etibarilə hüceyrə səviyyəsində, xüsusilə yatdığımız vaxt metabolik əmsal azalır. Bu isə o deməkdir ki, idman hərəkətləri nəticəsində çəkiniz azaldıqca və hər dəfə idman etdikcə kalorilərin "yandırılması" ləngləşir. Başqa sözlərlə, çəki atmaq və arıqlamaq idman etdikcə çətinləşir. Bu xüsusilə də idmanla yanaşı yeməyi azaldanlara aiddir.
Alimlər bu fikirdədirlər ki, qaçmaqla arıqlaya bilməməyimizin əsas səbəbi qaçışdan sonra həyat sürətimizin azalmasıdırImage copyrightMARK KOLBE/ GETTY
Image caption
Alimlər bu fikirdədirlər ki, qaçmaqla arıqlaya bilməməyimizin əsas səbəbi qaçışdan sonra həyat sürətimizin azalmasıdır
Üstəlik burada müəyyən psixoloji və davranış dəyişikliyi də baş verir ki, çəki azaltmağınıza mane olur. Ya şüurlu, ya da şüuraltı səviyyədə biz idman zamanı yandırdığımız kaloriləri şişirtməyə meyl edirik. Yəni belə düşünürük ki, bir xeyli çəki azaltmışıq və enerji, dəqiq deyilsə yemək qəbulunu çoxaldırıq.
Bu bir çox insanları heyrətə gətirən fenomendir. İdman edirik, amma çəki azalmır ki, azlamır. Doktor Gaesser deyir ki, nə işdirsə idman təmrinləri reklamlarına baxan şəxslər adətən yediklərindən artıq qida qəbul edirlər.
Bu ona görə baş verir ki, idman bizim yemək davranışımıza birbaşa təsir edir. Əgər idmanla müntəzəm məşğul olmaq uzun müddətdə nəhayət bizə iştahamızı qısmaq qabiliyyəti verirsə də, başlanğıcda və qısa müddətdə idman etdiyimizə görə beyin bizdən qida qəbulu şəklində kompensasiya və mükafat tələb edir.
İdman təmrinlərinə başladığımız ilk vaxtlarda daha yağlı və enerjili yeməklərə meylimiz də bununla əlaqədardır.
Alimlər bu fikirdədirlər ki, qaçmaqla arıqlaya bilməməyimizin əsas səbəbi qaçışdan sonra həyat sürətimizin azalmasıdır.
Professor Gaesser deyir ki, idman edən insanlar şüuraltı səviyyədə öz davranışlarını dəyişirlər.
Bir elmi araşdırmada deyilirdi ki, həftədə 3 və ya beş gün, hər gün 30-40 dəqiqə olmaqla qaçan adamlar günün qalan hissəsində sadəcə olaraq heç bir şey etmirlər. Məsələn, onlar idman etmədikləri vaxtlarda günə 7 min addım yeriyirdilərsə, idmana başladıqdan sonra bunu tərgidirlər.
Professor deyir ki, arıqlamaq üçün qaçanların çoxu bu tip adamlardır və arıqlaya bilməyənlər də elə onlardır.
Gaesser məsləhət görür ki, qaçmağa başlayan insanlar başqa fiziki fəaliyyətlərini azaltmamaq üçün özlərinə nəzarət etməlidirlər.
Professor deyir ki, adamlar belə bir həqiqəti başa düşməlidirlər: kalori qəbulunu üç dəfə azaltmağınız hələ çəkinizi üç dəfə azaltmaq imkanı deyildir.
Həmişə yadda saxlamaq lazımdır ki, hər bir insanın özünəməxsus metabolizmi və çəki atmaq hüdudu vardır.
Lakin bütün bu elmi mülahizələrə baxmayaraq Gaesser deyir ki, qaçmaq bütün hallarda artıq çəkini atmağın ən ağlabatan vasitəsi olaraq qalır, ən azı ona görə ki, qaçış zamanı bədənimizdəki müxtəlif qrupa daxil əzələlər hərəkətə gəlir.
Məsələn məlumdur ki, su ilə havanın temperatur fərqinə görə üzgüçülük arıqlamaq üün qaçmaq qədər effektli deyil.
Digər tərəfdən biz başqa idman növlərinin, məsələn xizək və ya velosiped sürməyin nə qədər kalori yandırdığını bilmirik, çünki bu sahədə dəqiq elmi araşdırmalar aparılmayıb.
Amma qaçışın yeriməkdən daha effektli olması elmsiz də şübhə doğurmur, çünki biz qaçdığımız zaman yeridiyimizdən daha çox enerji sərf edirik.// milli

Xəbərlər     Baxılıb: 2421   Tarix: 04 noyabr 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

Limonlu çay içənlərin DİQQƏTİNƏ

Limonlu çay bəzi hallarda sağlamlığa müsbət təsir göstərsə də, hər kəs üçün eyni dərəcədə faydalı deyil. xəbər verir ki, həkim Yekaterina Antipova bildirib ki, limon həzmi stimullaşdırır, orqanizmin tonusunu və enerjisin

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir

Ənənəvi tibbin minilliklər boyu davam edən sirri müasir elmlə qarşılaşır. Hər səhər acqarına qəbul edilən bu qarışım təkcə immunitet sistemini gücləndirmir, həm də ateroskleroza qarşı qalxan təmin edir. . xəbər verir ki

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Bu saatlarda çölə ÇIXMAYIN

"Tozcuqların havadakı konsentrasiyası günün müxtəlif saatlarında dəyişir". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onu

turlar.az

donlar 2026 reseptler yaz geyimleri 2026 moruğun faydasi maraqli pecenyeler veten haqqinda atalar sozu qadın və cəmiyyət kosmetika bayatılarımızda vətən həsrəti veten faydalı məsləhətlər bakire sağlamlığa aid atalar sözləri