'Qadın sünnəti' nədir?

BMT-nin bildirdiyinə görə dünyada hər 20 qız uşağı və qadından biri fərqli metodlarla sünnət edilir. Günümüzdə dünyada sünnət edilmiş 200 milyona yaxın qadın yaşayır.
Qadın çoxalma orqanlarının "sünnəti" (Female genital mutilation- FGM) olaraq da bilinən bu əməliyyatla, ya körpə ikən, ya da bir az böyüdükdən sonra qadınların çoxalma orqanları kəsilib çıxarılır və ya anatomiyaları dəyişdirilir.
Qadın sünnətinin həm fiziki, həm də zehni sağlamlıq baxımından qalıcı təsirləri var.
Kenyanın Isiolo bölgəsində yaşayan Borana qəbiləsindən Bishara Sheikh Hamo, 11 yaşında ikən sünnət edilib. O, BBC-ə müsahibəsində bildirib ki, nənəsi saf və təmiz olmaq üçün hər qızın bunu etməsi lazım olduğunu deyirdi.
'Qadın sünnəti' nədir?Ancaq Bişaraya həyatı boyunca idrara çıxma problemləri, təkrarlanan infeksiyalar və heyz pozulmaları kimi problemlərdən, vaxtı gələndə ancaq keysəriyyə əməliyyatı ilə doğuş edə biləcəyindən heç kim bəhs etməyibmiş.
Bugün isə Bişara artıq özü qadın sünnətiylə mübarizə aparır.

Qadın sünnəti nə deməkdir?

Bu prosedurla qəsdən qadınların xarici genital hissəsinin, klitoris və vagina dodaqlarının kəsilməsi, ya da çıxarılması nəzərdə tutulur.
Ümumdünya Səhiyyə Təşkilatının (WHO) bildirdiyinə görə tibbi olmayan səbəblərlə qadınların çoxalma orqanlarını yaralayan hər növ prosedur bu kateqoriyaya daxil edilə bilər.
Ancak qadınların çoxu öz razılıqları olmadan sünnət edilir, ya da bunu etməyə məcbur edilirlər.
Qadınların özlərinə olan baxışını zədələyərək psixologiyalarına təsir edən bu əməliyyat başqalarıyla əlaqələrinə də neqativ istiqamətdə təsir edir.
'Qadın sünnəti' nədir?Baru Unicef-ə görə Afrika, Asiya və Orta Şərq və immiqrant cəmiyyətlərdə sünnət edilmiş olan 200 milyondan çox qız uşağı və qadın yaşayır.
4 digər qız uşağıyla birlikdə sünnət edildiyini söyləyən Bişara, gözlərini və əllərini bağladıkdan sonra ayaqlarımı iki yana açdırıb, vaginanın dodaq hissələrini kəsdiklərini söyləyir.
"Bir neçə dəqiqə sonra kəskin bir ağrı hiss etdim. Qışqırdım, amma məni duyacak kimsə yox idi. Qalxmağa çalışdım, amma kimsə ayaqlarımdan tutdu. Ola biləcək ən ağır tibbi müdaxilələrdən biri olduğu kimi, heç gigiyenik deyildi. Oradakı bütün qızlarda da eyni kəsici aləti istifadə etdilər."
Ağrı kəsici olarak istifadə etdikləri, ənənəvi bir bitki ədviyyatından ibarət idi.
"Ayaqlarımı keçi kimi bağlayıb üzərimə tökdülər. 'Növbəti, növbəti' deyə bağıraraq, digər qızları da sünnət etdilər."
Qadın sünnəti bir çox ölkədə qadağan olsa da, Afrika, Asiya və Orta Şərqdə müntəzəm olaraq edilən bir proseduradır.
Bu ölkələrdən dünyanın başqa yerlərinə köç edən qruplar arasında da geniş yayılmışdır.
Misirli bloqqer Omnia Ibrahim da sünnət edilən qadınlardan birinin belə söylədiyini deyir: "Buz kütləsinə dönürsən. Heç bir şey hiss etməyib, heç kimi sevə bilmir arzulaya bilmirsən".
İbrahim, "insan bədəni seks deməkdir və seks günahdır" cümləsiylə böyüdüyünü söyləyir.
"Ağlım bədənimi üzərindəki bir lənət kimi görməyə başlamışdı. Cinsi meylim mövzusunda fikirlərim qarışmışdı. Qorkmam lazım olduğunu söylədikləri üçünmü seksə nifrət edirdim, yoxsa ürəyimmi istəmirdi?"

'Qadın sünnəti' nədir?Qadınların sünnətə zorlanmasının, ya da yönəlməsinin fərqli səbəbləri var: Cəmiyyət tərəfindən qəbul edilmə istəyi, din və inanclar, gigiyena mövzusunda səhv məlumatlar bunlardan bəziləridir.
Qadın sünnəti, bəkarəti qorumaq üçün bir üsul olaraq da görülür. Bəziləri qadının sünnət olaraq kişilərdə cinsi istəyi artıracağını, daha "evləniləsi" olacağını iddia edir.
Bəzi mədəniyyətlərdə yetkinliyə keçmə ritualı olaraq baxılır və bu prosedur evliliklərdən öncə də bir ön vacibat olarak tətbiq edilir. Bəzilərində isə sünnət olmayan qadınlar "sağlam olmayan, pis, ya da dəyərsiz" olaraq görülür.
Hansı ölkələrdə bu adət daha çox yayılıb?
Unicef - in bildirdiyinə görə Afrika və Orta Şərqdə 29 ölkədə bu prosedur geniş yayılıb.
Halbuki bu ölkələrdən 24-ündə qadın sünnətini qadağan edən bəzi qanunlar mövcuddur.
Qadın sünnətinin qadağan olduğu İngiltərədə belə bir çox körpə və yeni doğulanlar getdikcə daha çox bu prosedura məruz qalırlar.

Maraqlı     Baxılıb: 3740   Tarix: 03 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

turlar.az

kosmetika mehsullari donlar 2026 kosmetoloq gözəl xanım haqista uşaq yeməyi ayaqqabi ve cantalar kosmetika hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz ekizler bürclər novruz bayramına aid hakışta ginekoloq