Qadın üçün geriyədönməz proses – SİMPTOMLARI VƏ MÜALİCƏSİ

Qadın üçün geriyədönməz proses – SİMPTOMLARI VƏ MÜALİCƏSİAile.lent.az Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun məqaləsini təqdim edir.

Qadının yetkinlik dövrü kimi fizioloji olan bu dövrünə klimaks deyilir. Bu dövrdə reproduktiv dövr başa çatır, yumurtalıqların funksiyaları əhəmiyyətli dərəcədə azalır və qadın üçün doğma qabiliyyətinin başa çatdığı bir dövr başlayır. Bu dövrə "klimaks", əlamətlərinə klimaks simptomları, menopauza sindromları və ya sadəcə menopauza deyilir. Əsasən meydana çıxma səbəbinin yumurtalıqların yaşlanması olması qəbul edilir. Menopauza kəlməsi qadın üçün geriyədönməz bir prosesi ifadə edir. Əgər qadın 1 il müddətində menstruasiya olmayıbsa, həmin qadın menopauzaya girmiş hesab edilir. Bu dövrdən sonrakı müddətə menopauzadan sonrakı dövr, bu dövrdən əvvəlki müddətə isə menopauzadan əvvəlki dövr deyilir. Əksər hallarda bu müddət 40-60 yaş arası olur. Menopauza qadından-qadına dəyişərək müxtəlif şiddətdə, erkən əlamətlər dediyimiz nevroloji və psixoloji simptomlarla təzahür edir. Diaqnozun qoyulması üçün əvvəllər istifadə edilən metod olan uşaqlıq yolu yaxmasının götürülməsi həssaslığı az olduğu və menopauza dövründə qadından-qadına dəyişdiyi üçün artıq istifadə edilmir. Menopauzadan sonrakı dövrə daxil olmuş qadınlarda ən mühüm laborator göstəricilər estrogenin 20-dən az, FSH və LH-ın ən az 3 dəfə müayinə zamanı 40-dan çox olmasıdır. FSH və LH-ın səviyyələri menopauzadan 3 il sonra maksimum səviyyəyə çatır və sonra mərhələlərlə azalır. Menopauzadan əvvəlki dövrdə menstruasiya olmayan qadınlarda yaşın fərqi olmadan hamiləlik ehtimalı düşünülməlidir.

Menopauzadakı simptom və əlamətlər

Qadınların təxminən 70-80%-də estrogen çatışmazlığı ilə bağlı olan simptom və əlamətlər meydana çıxır. Menopauzada estrogen çatışmazlığı ilə bağlı simptomlar dərhal meydana gəlir. Buna baxmayaraq, qadında menopauzadan sonrakı dövrdə mühüm əhəmiyyət kəsb edən ürək-damar xəstəlikləri və sümük əriməsi ilə bağlı patologiyalar gec dövrdə təzahür edir. İstilik və tərləmə qadınlarda ən çox müşahidə edilən menopauza şikayətləridir. Eyni zamanda qadınlarda ürək sıxıntısı, narahatlıq, iştahanın azalması, yaddaş və diqqət zəifləməsi, dəyişkən ruhi vəziyyət, libido itkisi müşahidə edilə bilər. Digər bir mühüm məsələ menopauza ilə birlikdə sümük toxumasındakı dəyişikliklərdir.

Menopauzanın müalicəsi

Bu müalicəni menopauzadan əvvəl (pre-menopozal) dövr və menopauzadan sonrakı (post-menopozal) dövr olaraq iki hissəyə ayırmaq olar.

Menopauzadan əvvəlki dövrdə müalicə

Menopauzanın səbəbi yumurtalıqların yaşlanaraq funksiyalarını itirməsidir. Bu dövrün xüsusiyyəti FSH və yumurtalıqlardan sintez olunan estrogenlərin əvvəlki ritmik sintezini itirməyə başlamasıdır. Bu vəziyyətdə müalicə xəstənin şikayətlərinə əsasən müəyyən edilir. Bu dövrdə həkimi və xəstəni müalicəyə vadar edən mühüm şikayətlər hərarət və nizamsız menstruasiya qanaxmalarıdır. Həyata keçiriləcək müalicələr əsasən hormonal müalicələrdir. Lakin dozaları menopauzadan sonrakı dövrün müalicəsindən çox fərqlənir. Məqsəd xəstənin müəyyən dövrlərdə menstruasiya qanaxmasının baş verməsini təmin etmək və xəstəni rahatlatmaqdır.

Menopauzadan sonrakı dövrdə müalicə

Əsas məqsəd itirilmiş estrogen hormonunu bərpa etməkdir. Estrogen müalicəsindəki ən mühüm problem hansı hormonların, hansı şəkildə, hansı yolla və necə istifadə edilməsidir. İstilik şikayətləri olduqda və ya uşaqlıq yolu incəlmələrinin qarşısının alınması lazım gəldikdə xəstədən asılı olaraq müalicənin üsul və müddətini müəyyən etmək olar. Menopauzanın gec təzahür edən problemi olan sümük əriməsinin sürətlənməsi və ürək-damar xəstəliyi riskinin artması zamanı isə xüsusi olaraq fərd üçün müalicə dozasını təyin etmək mümkün olmur. Bu məqsədlə müalicələr müxtəlif araşdırmalardan əldə edilmiş nəticələr çərçivəsində planlaşdırılır. Mütləq şəkildə etibar etdiyiniz təcrübəli həkiminizlə məsləhətləşməlisiniz və unutmamalısınız ki, menopauza dövründəki hormonal müalicə çox təhlükəli ola bilər.

Menopauzadan sonrakı dövrdə qanaxmanız olubsa, yəni 1 il müddətində menstruasiyadan kəsildikdən sonra vaginal qanaxmanız baş veribsə, bu zaman 30-40% hallarda uşaqlıq daxili bir patologiya aşkar edilir və bunların 10%-i xərçəng olur. Bu zaman mütləq ginekoloqa müraciət edin və uşaqlıq boşluğundan analiz üçün biopsiya (toxuma nümunəsi) götürülməlidir. Unutmayın ki, erkən dövrdə aşkar edilən hətta uşaqlıq xərçənglərinin müalicələrinin nəticələri ürək açandır.

Gözəllik və Moda     Baxılıb: 2862   Tarix: 16 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

turlar.az

geyim dəbləri kosmetika mehsullari toy gecesi gavalı salatı buxaq salat reseptləri pizza reseptləri kosmetika novruza aid hakışda vətən statuslar novruza aid hakisdalar gözellik