Qadınlarda ən çox aşkarlanan ginekoloji şişlər: Necə qorunmaq olar?

Qadınlarda ən çox aşkarlanan ginekoloji şişlər: Necə qorunmaq olar?"Ginekoloji xərçəng qadınlarda bədxassəli şişlərin təxminən 15%-ni təşkil edir". 
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Onkoji Klinikasının onkoginekoloqu Əkbər İbrahimov deyib. Həkimin onkoloji xəstəliklər barədə ATU mətbuat xidmətinə verdiyi müsahibəni təqdim edirik.
- Bu gün onkoloji xəstəliklər bütün dünyada ciddi problem hesab edilir. Bu xəstəliklərin sürətlə yayılmasına səbəb nədir?
- Bütün dünya üzrə qlobal xərçəng statistikasının və Dünya Səhiyyə Təşkilatının 2018-ci ildə verdiyi hesabatında 18 milyon yeni xəstələnmə, 9.6 milyon isə ölüm hadisəsi qeydə alınıb. Sadəcə, bu rəqəmlərə diqqət yetirsək, onkoloji xəstəliklərin niyə bu qədər ciddi problem olduğu məlum olur.
- Qadınlarda daha çox hansı onkoloji xəstəliklərə rast gəlinir?
- Ümumiyyətlə, qadınlarda rast gəlinən bütün bədxassəli şişlərə görə il ərzində 8.6 milyon yeni xəstələnmə halı, 4.2 milyon isə ölüm hadisəsi qeydə alınır. Qadınlar arasında ən çox rast gəlinən bədxassəli şişlər süd vəzisi xərçəngidir - 24%, yoğun bağırsaq xərçəngi 9.5%, ağciyər xərçəngi 8.4%, uşaqlıq boynu xərçəngi isə 6.6% təşkil edir. Ölüm hallarına baxdıqda isə qadınlar arasında 15% süd vəzisi, 14% ağciyər, 9.5% yoğun bağırsaq, 7.5% isə uşaqlıq boynu xərçənginin payına düşür. Lakin qeyd etmək lazımdır ki, uşaqlıq cisminin və yumurtalıqların xərçəngi də geniş yayılıb. Ginekoloji xərçənglər qadın xərçəngləri arasında bədxassəli şişlərin təxminən 15%-ni əhatə edir. Bunun təxminən 7%-i uşaqlıq boynu xərçənginin, 5%-i uşaqlıq cismi xərçənginin və təxminən 4%-i isə yumurtalıq xərçənginin payına düşür.
- Bəs müasir onkoginekologiyada vəziyyət necədir?
- Əslində, müasir onkoginekologiyada ginekoloji xərçənglərin bir çoxunda praktik olaraq tam sağalma əldə edilə bilir. Xəstəliyin lokalizasiyası, xərçəngönü və erkən mərhələdə aşkarlanması həmçinin çox effektiv cərrahi və digər müalicə üsullarının tətbiq edilməsi böyük rol oynayır. Bunların hesabına proqnoz dediyim kimi hazırda ürəkaçandır. Qısası, müasir onkoginekologiyada əvvəlki illərdən fərqli olaraq, xərçəng xəstələrində sağalma göstəriciləri çox yüksəkdir.
- Ginekoloji xərçənglərdə risk amilləri nələrdir? Ən çox hansı etioloji amilləri qeyd etmək olar?
- Bu sual da kifayət qədər vacib bir sualdır. Əvvəla qeyd edim ki, bədxassəli şişlərin etiologiyasında sadəcə 10% hallarda irsi-genetik amillər, qalan 90% hallarda isə xarici mühit amilləri rol oynayır. Bu səbəbdən də, risk amillərini vurğulamaq üçün yaxşı olar ki, ən çox rast gəlinən ginekoloji xərçənglərin spesifik özünəməxsus risk amillərinə toxunum. Məsələn, uşaqlıq boynu xərçənginə baxsaq, adı keçən xəstəlik o qədər ciddi bir problemdir ki, bunun üzərində dayanmadan keçə bilməzdim. Hesablamalara görə, il ərzində 570 min yeni xəstələnmə halı, 311 min isə ölüm hadisəsi qeydə alınır. Bu rəqəm qadınlar arasında onkoloji xəstəliklərdən ölüm səbəbi kimi 4-cü yerdə durur. Təsadüflərin əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə qeydə alınır. Xüsusən, Afrika və Cənubi-Mərkəzi Amerika ölkələrində uşaqlıq boynu xərçəngi yüksək yayılma göstəricilərinə malikdir. Həmin coğrafi regionlarda hər 100 min qadına, təxminən 16 yeni xəstələnmə, təxminən 9 ölüm qeydə alınır. Hesablandıqda hər 2 dəqiqədə bir qadın bu xəstəlikdən dünyasını dəyişir. Bu xəstələrin demək olar ki, 99%-da insan papilloma virusu və ya Human Papilloma Virusu etioloji səbəbdir. İnsan papilloma virusunun uşaqlıq boynu xərçəngi ilə əlaqəsi artıq danılmaz və qaçılmaz bir həqiqətdir. İnsan papilloma virusunun 200-ə yaxın tipləri var ki, bunların əsas yoluxma yolu cinsidir. Digər risk amillərinə cinsi fəaliyyətə erkən yaşda başlamaq, tez-tez cinsi partnyoru dəyişmək, həmçinin anamnezdə dəri-zöhrəvi xəstəliklərin olması, erkən yaşda evlənmə və erkən yaşda doğuş etmiş qadınlar, siqaretçəkmə, sosial-iqtisadi vəziyyətin aşağı olması uşaqlıq boynu xərçənginin risk faktorlarına aiddir.
Yumurtalıq xərçənginin risk amilləri haqqında da qısa məlumat verim. Yumurtalıq xərçəngi diaqnozu ilə il ərzində 295 min xəstələnmə, 185 min isə ölüm hadisəsi qeydə alınır. Yumurtalıq xərçəngi ən çox inkişaf etmiş və sosial-iqtisadi vəziyyətin yüksək olduğu ölkələrdə təsadüf edilir. Xəstəlik əsasən 63-65 yaşı əhatə edir. Yumurtalıq xərçəngi üçün əsas risk amilləri yaşlanma, menstrual tsiklin erkən yaşda başlaması, heç doğuş etməmiş qadınlar, endometrioz xəstəliyini qeyd edə bilərəm. Xəstələrin təxminən 10-15%-də əsas səbəb irsi-genetik amillərdir, bunlara BRCA-1 və BRCA-2 gen mutasiyaları, həmçinin Linç sindromunu misal göstərmək olar. Adı keçən xəstəlik Amerika, Kanada, Yeni Zenlandiya, İsrail və Şimali Avropa ölkələrində daha çox təsadüf edilir. Bu dediyim coğrafi regionlarda xərçəngdən dünyasını dəyişən qadınlar arasında əsas ölüm səbəbi yumurtalıqların bədxassəli şişləri hesab edilir.
Uşaqlıq cisminin xərçəngindən də qısaca bəhs etmək istərdim. Yenə də statistik məlumatlara əsasən, hər il 328 min yeni xəstələnmə, 90 min ölüm hadisəsi qeydə alınır. Bu rəqəmlər qadınlar arasındakı bütün bədxassəli şişlərdən xəstələnmə göstəricisinin 4.4%-ni təşkil edir. Uşaqlıq cisminin xərçəngində də yumurtalıq xərçəngində olduğu kimi yaşlanma etioloji amildir. Qadının yaşı 50-70 arası olduqda risk 1.5%-ə qədər artır. Həmçinin hiperestrogeniya yaradan bütün faktorlar uşaqlıq cisminin xərçəngi üçün risk amili sayılır. Digər risk amillərinə isə uşaqlıq cismi üçün xərçəngönü problem sayılan atipik hiperplaziya, tamoksifen preparatından uzun müddətli istifadə, qadının klimaks dövrünə gec girməsi, heç doğuş etməmiş, yumurtalıq polisistozu sindromu olan qadınlar, piylənmə, şəkərli diabet, menopauzadan sonra sadəcə estrogen tərkibli hormonal müalicənin alınması, irsi-genetik amil olan Linç sindromu, yumurtalıqda estrogen sintezi edən şişlərin olmasını misal göstərə bilərik.
- Bəs qadınlar ginekoloji xərçəngdən necə qoruna bilər? Xəstəliyin ilkin əlamətləri nədir?
- Bu sual çox geniş cavab tələb edir. Qısaca desəm, xəstəliyin əlamətləri xəstəliyin lokalizasiyasından və mərhələsindən asılıdır. Belə ki, uşaqlıq boynu və uşaqlıq cismi xərçəngi zamanı əsas simptom anormal qanama simptomudur, bu da bir neçə şəkildə təzahür edə bilər. Xəstədə menstrual siklusun gur qanamalı olması, menstrual siklusun uzun olması və ya iki menstrual siklus arasında ara qanamaların olması, cinsi bərabərlik zamanı kontakt qanamanın olması patoloji əlamətlərdir. Yumurtalıq xərçəngində isə simptomlar fərqlidir. Əsasən yumurtalıqdan qaynaqlanan törəmənin yaratdığı kütlə simptomları, yəni qarında və çanaqda küt ağrılar, çanaqda təzyiq hissi, qarın və çanaq nahiyəsinin böyüməsi, qarında maye toplanması və kütlənin yer işğal etməsinə bağlı olaraq iştahanın azalması, köp, qəbzlik kimi qeyri-spesifik əlamətlərlə üzə çıxa bilir. Onu da vurğulayım ki, ginekoloji xərçənglərin cəmi 5%-ni təşkil edən xarici cinsiyyət üzvlərinin xərçəngi - vulva xərçəngini də unutmamalıyıq. Bu zaman vulva - xarici cinsiyyət orqanları nahiyəsində ələ gələn törəmə, sağalmayan yara, qaşıntılı zədələnmələr şəklində özlərini göstərə bilərlər.
- Onkoginekologiyada hansı qorunma üsulları vardır? Xəstələr hansı vasitələrlə bu xəstəliklərdən qurtula və ya yan keçə bilər?
- Bu da çox vacib bir sualdır. Yenə də ümumi onkoloji prinsiplərdən yola çıxaraq vurğulayım ki, onkologiyada profilaktikanın 3 forması var: Birincili profilaktikada hədəf xərçəngin yaranmasının qarşısını almaqdır. İkincili profilaktikada hədəf şikayəti olmayan xəstələrdə erkən diaqnozun qoyulmasıdır. İkincili profilaktika başqa sözlə, skrininq proqramı adlanır. Üçüncülü profilaktikada isə əsas hədəf xərçəng xəstələrində yaşama müddətini və həyat keyfiyyətini artırmaq hesab edilir. Reproduktiv orqanlar üzərindən yuxarıda qeyd etdiyim qorunma üsullarına qısaca toxunmaq istəyirəm. Məsələn, yumurtalıq xərçəngi zamanı riski azaldan amillərdən biri oral kontraseptivlərdir. Xanımlar 5 il nizamlı oral kontraseptivlərdən istifadə edərsə yumurtalıq xərçəngi riski 60% azalır. Mexanizm odur ki, bu preparatlar hesabına ovulyasiya sayı azalır. İkinci qoruyucu amil ana olmaqdır. Ən azı 1 övlad sahibi olmaq yumurtalıq xərçəngi riskini 30-40% azaldır. Digər qorunma üsulu südəmizdirmədir. Sonuncu qorunma üsulu isə cərrahi üsulla uşaqlıq borularının bağlanması, uşaqlıq borusunun və yumurtalıqların çıxarılmasıdır. Bu əməliyyatlardan sonra yumurtalıq xərçəngi riski azalır. Göründüyü kimi, bunlar hamısı birincili profilaktikaya aiddir. Təəsüflə qeyd etmək istəyirəm ki, ikincili profilaktika üçün skrininq testi iqtisadi və effektivlik cəhətdən yumurtalıq xərçəngindən qorunmada uğurlu ola bilməyib. Hazırda rutin skrininq proqramı yumurtalıq xərçəngində tətbiq edilmir. Uşaqlıq boynu xərçəngi üçün isə qorunma üsulları həm birincili qoruma, həm də ikincili qoruma mövcüddur. İkincili qorunmaya - skrininqə pap-smear testi və HPV-DNT testləri aiddir. Birincili qorunmaya siqaretçəkmədən uzaq durma, baryer kontraseptivlərdən istifadə etmək, monoqamiya, kişilərdə sünnət proseduru və vaksinasiya aiddir. Amma bunlar arasında ən vacibi uşaqlıq boynu xərçənginə yaxalanmamaq üçün HPV peyvəndinin tətbiqi və skrininqə (pap-smear testi və HPV-DNT testlərini) ciddi riayət etməkdir. Uşaqlıq ciminin xərçəngi üçün hazırda rutin skrininq proqramı tətbiq edilmir. Sadəcə Cowden sindromu, Linç sindromu kimi bəzi irsi-genetik mutasiyaları olan xəstələrdə profilaktik histerektomiya 35 yaşdan sonra tövsiyyə edilməlidir.
- Sizin klinikada hansı müayinə və müalicə üsulları vardır?
- Təbii ki, innovasiyanın onkoginekologiyada tətbiqi də artıq öz faydasını göstərib. Müayinə üsulları genişdir və xəstəliyin lokalizasiyasına görə hər orqanın özünəməxsus həssas müayinə üsulları var. Bunlara USM, KT, MRT, kolposkopiya, bəzi seçilmiş xəstələrdə PET KT və İntraoperativ təcili patohistoloji müayinələrini misal çəkə bilərəm. Müalicə üsulları da xəstəliyin yerləşdiyi orqana, lokalizasiyasına, xəstəliyin yayılmasına, mərhələsinə və xəstənin ümumi vəziyyətinə görə dəyişə bilir. Açıq və laparoskopik cərrahi operasiyalar, şüa, kimyəvi, hədəf, hormonal terapiyalar və immunoterapiya onkoginekologiyada geniş tətbiq edilən müalicə üsullarıdır. Klinikamızda adlarını çəkdiyim bütün üsullar dünya protokollarına tam uyğun formada tətbiq edilir. Sevindirici haldır ki, klinikamızın 5 və 10 illik sağalma göstəriciləri standartlardan geri qalmır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1407   Tarix: 28 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son günlər əhali arasında geniş yayılan və müxtəlif əlamətlərlə müşahidə olunan xəstəlik narahatlıq doğurur. Bir çox insan uzun müddət davam edən qripəbənzər simptomlardan şikayət edir, bəzilərində isə xəstəlik fərqli formalard

.

Hamının sevərək yediyi balıq ZƏRƏRLİ İMİŞ

Tuna balığı sağlamlıq üçün ən zərərli balıq növlərindən biri hesab olunur. -a istinadən xəbər verir ki, bunu rusiyalı terapevt və dietoloq Marqarita Korolyova deyib. Mütəxəssis bildirib ki, qida üçün istifadə olunan tun

.

Yuxudan oyanan kimi bunları edin

Mütəxəssislərin fikrincə, canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. xəbər verir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizin fəaliyyətin

.

"Novruz"da bunu etmək qəti QADAĞANDIR

Novruz bayramı bolluq, bərəkət və zəngin süfrələrlə yadda qalır. . Həkimlər xəbərdarlıq edir ki, məhz bu günlərdə demək olar hər kəsin etdiyi bəzi vərdişlər sağlamlıq üçün ciddi risk yarada bilər. . Bayramın dadını çıxarma

.

Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı

Təbiətin bizə təqdim etdiyi şəfalı bitkilərdən faydalanmaq sağlam həyata doğru atılan mühüm bir addımdır. Anadolu torpaqlarında yetişən və əldə edilməsi ən asan antibiotik mənbələrindən biri olan bu bitkini qidalanmanız

.

Tromb ola biləcəyini göstərən əsas narahatedici ƏLAMƏTLƏR

Trombozun simptomları qəfil ortaya çıxa və ya zəif şəkildə hiss oluna bilər. Tromboz qan damarında trombun (qan laxtasının) əmələ gəlməsidir. xəbər verir ki, tromb sıx bir laxtadır və o, qan damarını qismən yaxud tam şəkild

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ramazandan sonra necə qidalanmaq lazımdır?

Ramazan ayının başa çatması ilə orqanizmin adi qidalanma rejiminə keçidi diqqətlə tənzimlənməlidir. xəbər verir ki, mütəxəssislər bildiriblər ki, uzun müddət oruc tutduqdan sonra birdən-birə ağır və yağlı qidalara üstünlü

.

Yanından keçirik, amma şəfasınl bilmirik

Kənd yollarında, boş ərazilərdə çox vaxt fikir vermədən yanından keçib getdiyimiz yabanı bitki əslində təbiətin ən güclü şəfa qaynaqlarından biridir. .  xəbər verir ki, xalq arasında "turşəng" və ya "quzuqulağı"

turlar.az

hamilelikde qidalanma gozel gorunmek kosmetik vasiteler qripdə nə etməli paxla cigirtmasi sanamalar tecavuze ugrayan qadinlar kosmetika gözəllik xerçeng webnem tovuzlu intim munasibetler vətənə aid bayatılar