Qadınların 1 nömrəli qatili olan "Kişi xəstəliyi"

Qadınların 1 nömrəli qatili olan "Kişi xəstəliyi"Qadınlar infarkt və ürək xəstəliklərinə daha meyillidirlər. Eyni zamanda qadınların yaşadığı infarkt sinə ağrısı şikayəti ilə özünü göstərmir.

Qadınsaytı.az Sputnik-ə istinadən xəbər verir ki, ürək xəstəlikləri daha çox "kişi xəstəliyi" olaraq qəbul edilsə də, ürək xəstəlikləri qadınlar üçün bir nömrəli ölüm səbəbidir. 80-ci illərdən bu günə qədər infarkt hallarının azalması müşahidə edilsə də, 50-60 yaşlı qadınlarda bu hal getdikcə artır.

Belə ki, kişilərdə infarkt sonrası ölüm halları 36 faiz olduğu halda, qadınlarda bu rəqəm 47 faiz təşkil edir. Mütəxəssislərə görə, hamiləlik və digər metabolik problemlər qadınlarda damar tutulmalarına səbəb ola bilir.

Buna görə də qadınların ürək-damar xəstəlikləri ilə əlaqəli tez-tez müayinələrdn keçməsi məsləhət görülür. Hamiləlik zamanı təzyiq ürək xəstəliyini 6 dəfə, diabet riskini isə 3 dəfə artırır. Bu risk doğuşdan 10 il sonra belə ortaya çıxa bilər.

Qadınlarda infarkt özünü nəfəs çatışmazlığı, yorğunluq, çənə və ya dişlərdə ağrı, qollarda ağırlıq hissi və həzmsizlik problemi ilə büruzə verir. Qadınlar anidən gələn yorğunluq, sinə üzərində ağırlıq, mədə ağrısı, boyun, kürək, çənə, sağ qol və sağ çiyində ağrı, ani soyuq tərləmə halları yaşayırlarsa, mütləq həkimə müraciət etməlidirlər.

ABŞ mütəxəssisləri iddia edirlər ki, qadınlarda ürək xəstəlikləri və infarkt riskinin çox olması onların damarlarının daha nazik, ürək damarlarının isə dar və uzun olması ilə bağlıdır.

Qadınların infarkt səbəbləri belədir: qadınların ürəyi daha kiçikdir, ürəyin atış sayı az, nəbz sayı yüksəkdir və menstruasiya dövründə qan laxtalanması elektrokardioloji problemlərə yol açır.

Mütəxəssislər qadınlara 40 yaşından sonra tez-tez həkim müayinəsini də məsləhət görürlər.

Xəbərlər     Baxılıb: 1967   Tarix: 22 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

makiyaj etmek qaydalari donlar 2026 adlarin menasi goz altı qırışlar 2026 yay ayaqqabilari erotik geyim cümə gününün duası kosmetika dostluq sac duzumleri vətən haqqında bayatı seksler haxisdalar