Qafqazlıların uzunömürlülük SİRRİ - Dietoloq açıqladı
Rusiyalı dietoloq Andrey Bobrovski kababı Qafqaz xalqlarının uzunömürlülüyünün əsası adlandırıb.
Milli.Az xəbər verir ki, o, bir çox qidalanma mütəxəssislərinin ətin ömrü qısaltması ilə bağlı səsləndirdiyi fikirləri təkzib edib.
"Məşhur Qafqaz uzunömürlülüyünün sirri ətdədir. Aydındır ki, dünyanın o yerlərində hava daha təmizdir, suyun dadı fərqlidir, meyvə-tərəvəz daha çox yetişdirilir, amma son araşdırmalara görə uzunömürlülüyə səbəb olan ən vacib amillərdən biri yağın tərkibidir", - həkim bildirib.
Dietoloqun fikrincə, ət və balıqda olan doymamış yağlar vacibdir. Qafqazda quzu əti kabab üçün istifadə olunur ki, onun da tərkibi yetkin qoçun ətindən fərqlənir. Ancaq həkim donuz əti kababının tərkib baxımından faydalı olmadığını söyləyib: "Bu vəziyyətdə quzu əti düzgün bişirilməli və yeyilməlidir. Əti manqalda qızartmaq əlverişlidir, çünki bütün artıq yağları çıxara bilər. Ət yeyərkən eyni miqdarda tərəvəz və göyərti istifadə edin". (publika.az)
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir