Qan analizində kalsiumun yüksək çıxması...

Qan analizində kalsiumun yüksək çıxması...Azərbaycan əhalisinin əksəriyyətində uşaqdan böyüyə D vitamini azlığı var. Buna bağlı olaraq da, kalsium, fosfor defisiti realdır. İnsanlar həkim məsləhəti ilə bu analizləri verir, baxmayaraq ki, özəl klinikalarda vitamin və mikroelement analizləri heç də ucuz deyil. Amma gəl ki, analiz verilsə də, onu düzgün təhlil edən azdır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, analizində kalsium kimi vacib element yüksək və hətta normadan artıq çıxanlar sevinməsin. Çünki normal savadlı həkim bu analizə əsasən kalsium defisitinin olmamasından əmin olmaz.
Bu barədə revmatoloq-terapevt, doktor İradə Rəhimova maraqlı açıqlama verib.
"Əgər xəstənin qan analizində kalsium çox və yüksək çıxıbsa, həkim və xəstə sevinməyə tələsməməlidir. Bunu görən kimi həkim deyir, kalsium yaxşıdır, sizə kalsium lazım deyil. Əgər qanda kalsium yüksək çıxırsa, ondan şübhələnmək lazımdır ki, deməli sümüklərdə kalsi azdır, qan onu belə deyək, sümükdən yuyub çıxarır. Ona görə analizdə yülsək çıxır. Sümüklərdə kalsiumun normada olmasını dəqiqləşdirmək lazımdır.
Azərbaycanda 80% əhalidə kalsium normada ola bilməz. Çünki düzgün qidalanmırlar və günəş işığında bədənin müəyyən hissələri açıq gəzmirlər.
Yaşlılarda kalsium çatışmazlığına bağlı sümük, diz, oynaq ağrıları, osteoporoz zamanı həkimlər çox zaman diprospan iynəsi yazır. Amma hər ayağı bir az ağrıyan xəstəyə bu iynəyi qətiyyən təyin etmək olmaz. Avropada bu hallarda çox gözəl bir dərman var- Ostiongimon təyin olunur. Onun tərkibində həm fosfor, həm də kalsium var. Bizdə həkimlər bu dərmanları yazmır, çoxu da bilmir. Nə yazırlar? Adi kalsium tablet, sirop, vitamin tabletləri, hansı ki, onlar adi uşaq dərmanlarıdır".
Həkim kalsium, fosfor üçün yaxşı qidalanmağın vacib olduğunu bildirib.
"Hər gün bolluca meyvə, tərəvəz yeyilməlidir. Xaş yeyilməlidir. Xaşdakı, toyuqdakı sümüklərin içində orqanizmə lazım olan bütün maddələr var. Ən gözəl kalsium mənbəyi ağ küncütdür. Onu gündə bir ovuc yeyin.
Günəş altında olmaq lazımdır. Qapalı geyinib küçədə gəzməklə də D vitamini əldə etmək olmur. Eləcə də idman, gimnastika etmək lazımdır ki, qan dövranı yaxşılaşsın".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1992   Tarix: 01 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

geymler 2026 qadin dunyasi sac duzumleri bilik haqqinda atalar sözləri dirnaq ucun maskalar qadindunyasi.az gözəllik kosmetika seksi faydalı məsləhətlər qizliq perdesi banan həmidə