Qanı təmizləyən və xərçəngi müalicə edən 6 min illik möcuzəvi resept

Qanı təmizləyən və xərçəngi müalicə edən 6 min illik möcuzəvi reseptBal və tahinidən (küncüt pastası) hazırlanan qarışığın 6 min illik yaşı var.
Publika.az xəbər verir ki, bu resept qədim Yunanıstan və Yaxın Şərqdə ən çox istifadə edilən müalicə üsullarından biri olub. Yeri gəlmişkən, müalicəvi qarışıq Homerin "İliada" əsərində "Intrion" adı ilə keçir. Bu vasitə həm dadlıdır, həm də müalicəvi xüsusiyyətlərə malikdir.
Bu iki maddənin birləşməsi orqanizmi sink, dəmir, lif, maqnezium, kalsium, mis, onun yaxşı işləməsi üçün lazım olan bir sıra vitaminlər, xüsusən B qrupu və digər faydalı maddələrlə təmin edir. Araşdırmaya görə, təbii maddələrin bu birləşməsi qanda yağı, xüsusilə LDL və HDL xolesterini tənzimləmək üçün təsirlidir.
Qarışıq aritmiyanın, yüksək qan təzyiqinin aradan qaldırması, qan dövranının və limfanın yaxşılaşması üçün mükəmməl vasitədir. Nəticə etibarı ilə tahinili (küncüt pastası) bal sizə ağır və fiziki iş üçün lazımlı enerjini və gücü verəcək. Tədqiqatlar göstərir ki, qarışığın müntəzəm istifadəsi xroniki yorğunluq, həyəcan və depressiya problemlərini həll edə bilər. Lakin o öz təsirini 3 həftə müntəzəm istifadədən sonra göstərir. Yeni tədqiqatlar da təsdiq edib ki, qarışıq depressiyanın azaldılması, ateroskleroz, skleroz və yüksək qan təzyiqi üçün effektivdir.
Tahinli balın tərkibinə orqanizmin sağlamlığı üçün faydalı olan 182 element, xüsusilə hüceyrə səviyyəsində xərçəngin və başqa ciddi xəstəliklərin inkişafının qarşısını alan güclü antioksidantlar daxildir.
İnqrediyentlər:
- 300 qram tahini (küncüt pastası)
- 300 qram təbii bal
Tahini həm özünüz hazırlaya, həm də mağazalardan tapa bilərsiniz.
Küncüt pastasının hazırlanması
2 stəkan küncütü 1 x.q. küncüt yağı və 1 x.q. zeytun yağı ilə blenderdən keçirin.
Tahinli balın hazırlanması
Kasada tahinini və balı qarışdırın. Buraya zövqə uyğun olaraq bir ovuc xırdalanmış qoz, badam, püstə və fındıq əlavə etmək olar. Qarışığı bankaya tökün və soyuducuda 1-1,5 aya yaxın saxlayın.
Uşaqlara bir çay qaşığı kifayətdir, böyüklər isə hər gün 1-2 xörək qaşığı qəbul edə bilərlər.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1151   Tarix: 10 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

geyim seçimi gözəllik məhsulları geyim və ayaqqabılar cantalar 2026 arıqlama pəhriz süd vəziləri qəlyanaltılar kosmetika novruza aid hakistalar məsəllər pomidor intim arıqla