Qanımızı necə təmizləyək...

Qanımızı necə təmizləyək...Bu müasir köməkçi müalicəvi üsul hal hazırda tibbdə çox geniş istifadə olunur.

Plazmaforez müxtəlif xəstəliklərin və pozulmaların müalicəsi zamanı köməkçi vasitə kimi (əsas müalicə ilə yanaşı) istifadə oluna bilər. Nəzərinizə çatdıraq ki, plazmaforez müstəqil müalicə üsulu deyil, plazmorez yalnız əsas müalicə ilə yanaşı istifadə oluna bilər.

İnsanının qanında çoxlu sayda müxtəlif elementlər var — qan hüceyrələri (eritrositlər, leykositlər, trombositlər və s.), bakteriyalar və viruslar, müxtəlif anticisimlər, autoimmin komplekslər, toksinlər, şlaklar, orqanizmin fəaliyyəti nəticəsində əmələ gələn parçalanma məhsulları və s. Bütün bu elementlər qanın plazmasında (maye hissəsində) olur. Bu elementlərin bəziləri qanda həddən artıq miqdarda toplandıqda bu müxtəlif xəstəliklərin və pozulmaların səbəbi olur — xroniki infeksiyalar, intoksikasiyalar, allergiyalar, dəri xəstəlikləri, hamiləlik zamanı pozulmalar və s.

Plazmaforezin (plazmaferez də deyilir) mənası ondan ibarətdir ki, xüsusi apparatın köməyi ilə qan ziyanlı maddələrdən təmizlənir. Həmçinin plazmaforezin nəticəsində qanın laxtalanması, hemodinamika (qanın damarlar və kapilyarlarla hərəkəti) yaxşılaşır ki, bunun nəticəsində orqanizmin qan dövranı və bütün orqanların fəaliyyəti yaxşılaşır, orqanizm təmizlənir və cavanlaşır. Məhz bu səbəbdən plazmaforez müxtəlif cavanlaşdırıcı metodikalarda da geniş istifadə olunur.

Plazmaforez müxtəlif xəstəliklər və pozulmalar zamanı köməkçi vasitə kimi istifadə olunur:

— xroniki və kəskin intoksikasiyalar (zəhərləmələr),

— atopik dermatit, psoriaz, neyrodermit,

— alkoqolizm nə narkomaniyanın müalicəsi,

— bronxial astma, xroniki bronxit, plevrit,

— qlomerulonefrit, böyrək çatışmazlığı,

— bəzi qan xəstəlikləri,

— bəzi sinir sistemi xəstəlikləri (sklerozlar, polinevrit, Alsheymer xəstəliyi),

— kolit, Kron xəstəliyi, qara ciyər diffuz xəstəlikləri, virus hepatitləri,

— birləşmə toxumasının xəstəlikləri (revmatoid artrit, qırmızı qurdeşənəyi, poliartrit),

— şəkərli diabet, autoimmun tireoidit, tireotoksikoz,

— bəzi ürək xəstəlikləri və pozulmaları (ürəyin işemik xəstəliyi, hipertoniya, autoimmun kardiopatiyalar),

— plazmaforez kosmetologiyada da istifadə olunur (akne və civzələrin müalicəsi zamanı).

Hamiləlik zamanı plazmaferez xroniki infeksiyaların müalicəsi zamanı, rezus-knfliktin müalicəsi məqsədi ilə və həmçinin ciftdə qan dövranı pozulmaları zamanı istifadə olunur.

Plazmaforez həmçinin hamiləlik zamanı ağır toksikozların müalicəsində, antifosfolipid sindromu (AFS) zamanı istifadə olunur.

Lakin plazmaforezin bütün bu gözəl xüsusiyyətlərinə baxmayaraq, bu müalicəvi prosedurdur, və bu prosedurun da müəyyən əks-göstərişləri (bəzi qan, ürək xəstəlikləri, beyin qan dövranının kəskin pozulmaları, psixiki pozulmalar və s.) və yanaşı təsirləri (anafilkatik şok, qanaxma, hipotoniya və s.) mövcuddur. Bu səbəbdən plazmaforez yalnız həkim tərəfindən və yalnız bu prosedura ciddi zərurət yarandıqda xəstəyə təyin oluna bilər.

Yalnız plazmaforezin istifadəsi xəstəliyi tam və effektli şəkildə müalicə edə bilməz. /saglamolun.az/

Sağlamlıq     Baxılıb: 2708   Tarix: 27 oktyabr 2015
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

turlar.az

həkim məsləhəti kosmetoloq toy gecesi ərzaqlar morugun faydalari terevezler mayasiz pizza xemiri kosmetika kurtlar vadisi maya maskasi xerçeng cinsi elaqe veten haqqinda bayati