Qaraciyər sirrozundan necə qorunmaq olar?
Kaliforniya Universiteti, Royal Free Hospital, Oksford və Kembric universitetlərindən alimlər qrupu tərəfindən aparılan yeni araşdırma qaraciyər sirrozunun inkişafı üçün risk faktorlarını aşkar edib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, araşdırmalara görə, sirrozun yaranmasında təkcə istehlak edilən spirtin miqdarı deyil, həm də içkilərin istehlakının xarakteri həlledici rol oynayır. Tədqiqatçılar 300.000-dən çox yetkin insanın məlumatlarını təhlil edərək, içmə vərdişlərinə, genetik quruluşa və sağlamlıq vəziyyətlərinə, o cümlədən tip 2 diabetə diqqət yetiriblər.
Əgər həftədə ən azı bir dəfə gündə təxminən 12 vahid spirt içirsinizsə (bu, təxminən 1,8-2,5 litr pivə və ya bir şüşə şərab deməkdir), normal həddə içənlərlə müqayisədə sirozun inkişaf riski üç dəfə artır.
Qaraciyər sirrozuna genetik meyli olan insanlarda bu ciddi xəstəliyə tutulma ehtimalı 4 dəfə çoxdur. Əgər sizdə 2-ci tip diabet varsa, qaraciyər sirrozu riskiniz ikiqat artır.
Alkoqoldan sui-istifadə, yüksək genetik risk və diabetin olması ilə birlikdə, sirozun inkişaf riskini altı dəfə artıra bilər.
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
6 ayda Türkiyədə 8 maşhur vəfat edib
Ebruya qarşı böyük tərbiyəsizlik etmişəm' - Sərdardan illər sonra etiraf
18 yaşı tamam olmayan oğlunun maşın sürən görüntüsünü paylaşdı
Səyahət edənlər daha çox yaşayırlar
Türkan: 'Vaxtilə bizi tənqid edənlər indi özləri meyxanaçılarla oxuyurlar
Deniz Akkaya saxlanıldı
Ər çörəyi yeyəndə kökələcəm' - Səmra
Elgiz Əkbərin anası vəfat etdi
Viktor Uillis vəfat etdi
Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO